İran

İran – Ermənistan, Türkiyə, Azərbaycan, İraq, Pakistan və Əfqanıstanla əhatələnmiş Asiya ölkəsidir. Paytaxtı Tehrandır. Fars körfəzinə və Xəzər dənizinə çıxışı var. Əhalisi 80 milyon nəfərdən çoxdur.

 

1979-cu il İslam inqilabından sonra ölkədə şəriət hakimiyyəti qurulub – dini rəhbər ölkənin idarə olunmasında xüsusi rol oynayır.

 

Dövlət dini islamın şiə təriqətidir.

 

Beynəlxalq aləm İran rejimini insan haqlarını pozduğu üçün tənqid edir. İranda ölüm hökmü qüvvədədir, ölüm hökmünə məhkum olunanları ictimai şəkildə asırlar. Ölkədə senzura hökm sürür, o cümlədən də internetdə.

 

İran dövlət kimi tanımadığı İsraillə, həmçinin ABŞ və onun müttəfiqləri ilə gərgin münasibətlərdədir.

 

Həyata keçirdiyi “nüvə proqramı” üzündən İrana qarşı beynəlxalq sanksiyalar tətbiq olunub.

Foto Reuters

Azərbaycanda “İran casusu” ovu davam edir

Azərbaycan hüquq-mühafizə orqanları daha bir “İran meyilli” qrupun həbs edildiyini elan edib. 8 nəfərdən ibarət qrup üzvləri İran xüsusi-xidmət orqanlarının tapşırığı ilə Azərbaycan “Kərimə” şəriət dövləti yaratmaq cəhdində ittiham edilirlər

Ən Populyar