Əhalinin yarısı Gürcüstanı təhlükəsiz hesab edir, yarısı isə bu fikirlə razı deyil " />

Gürcüstanda NATO və Avropa İttifaqının dəstəklənməsi güclənir, Rusiya təhdidlə assosiasiya olunur -– NDI

Əhalinin yarısı Gürcüstanı təhlükəsiz hesab edir, yarısı isə bu fikirlə razı deyil

“Avropa İttifaqının tərəfdarlarının sayı 71 faizdən 80 faizə qalxıb”, – 2017-ci ilin aprel ayında Milli Demokratiya İnstitutu və Qafqaz Tədqiqat Resurs Mərkəzinin keçirdiyi ictimai fikrin tədqiqatından alınan məlumatlar bundan xəbər verir.

Tədqiqata əsasən, NATO-ya inteqrasiya kursunun dəstəklənməsi möhkəm olaraq qalır – 68 faiz alyansa üzvlüyü vacib sayır. Aİ-yə münasibətlə müqayisədə bu göstərici yaşlı nəslin nümayəndələri arasında və milli azlıqların məskunlaşdığı rayonlarda daha aşağıdır. NATO-ya üzv olmağın tərəfdarları hesab edirlər ki, bu addım ölkənin təhlükəsizliyini möhkəmləndirəcək (71 faiz), bununla yanaşı 30 faiz düşünür ki, NATO-ya üzvlük ölkənin iqtisadiyyatına xeyir gətirəcək. Tədqiqatın məlumatları əhalinin NATO haqqında kifayət qədər məlumatlı olmadığını nümayiş etdirir. Misal üçün, əhalinin dörddə bir hissəsi (23 faiz) hesab edir ki, Gürcüstan artıq alyansa üzvdür.

Əhalinin əksər hissəsi (78 faiz) əmindir ki, Rusiya qonşu ölkələr üçün təhdiddir. Əhalinin az qala yarısı hesab edir ki, son illərdə Rusiya Gürcüstan üçün neqativ rol oynayıb (41 faiz) – iqtisadiyyata (41 faiz), təhlükəsizliyə (41 faiz), siyasətə (42 faiz). 47 faiz respondent əmindir ki, Gürcüstanda Rusiya təbliğatı işləyir və o, gürcü telekanalları, siyasi partiyalar və sosial media vasitələri tərəfindən yayılır.

“Avropa İttifaqı və NATO-ya üzvlüyün Rusiya tərəfindən aqressiya ilə qarşılanması və gürcü mədəniyyəti və özgürlüyünə zərər yetirməsi ilə bağlı fikirlərin olduğunu xüsusiylə qeyd etmək lazımdır, – Tornton bildirib. – Vacibdir ki, ölkə liderləri və digər rəsmi şəxslər yaşlı nəslin nümayəndələrinin, kənd yerlərinin və milli azlıqların kompakt yaşadığı ərazilərin sakinlərinin məlumatlandırılmasına xüsusi diqqət yetirsinlər. Onlar effektiv və qabaqlayıcı mesajlarıyla yayılan dezinformasiyalarla mübarizə aparmalıdırlar”.

Sorğu iştirakçılarının Sovet İttifaqının dağılmasının nə dərəcədə yaxşı və ya pis olması ilə bağlı fikirləri də bölündü: 48 faiz bunu pozitiv hadisə hesab edir, 42 faiz isə əks fikirdədir.

Milli təhlükəsizlik məsələsi ilə bağlı fikirlər də fərqlidir. Əhalinin yarısı (52 faiz) Gürcüstanı təhlükəsiz ölkə hesab edir ki, qalan yarısı isə başqa fikirdədir.


More on JAMnews