“Məxməri” inqilab iştirakçıları parlament çoxluğuna ümid edirlər, keçmiş iqtidar partiyası isə Milli Məclis seçkilərində açıq-aşkar autsayder durumundadır. JAMnews baş tutacaq seçkilər haqda suallara cavab verir" />

İnqilabdan sonrakı Ermənistan dekabrın 9-da yeni parlamentini seçməyə hazırlaşır

“Məxməri” inqilab iştirakçıları parlament çoxluğuna ümid edirlər, keçmiş iqtidar partiyası isə Milli Məclis seçkilərində açıq-aşkar autsayder durumundadır. JAMnews baş tutacaq seçkilər haqda suallara cavab verir

Ermənistanda inqilabdan sonar respublika miqyasında ilk seçki keçiriləcək. Ölkə növbədənkənar parlament seçkilərinə hazırlaşır. Bu seçkilərdə 11 siasi qüvvə: 2 blok və 9 partiya iştirak edir. Seçkilər dekabrın 9-da baş tutacaq.

Seçkilərdə hansı siyasi qüvvələr iştirak edəcək?

Parlament seçkilərində 2 blok

  •   “Mənim addımım” (“məxməri” inqilab lideri Nikol Paşinyanın rəhbərliyi altında)
  •   “Biz”

9 partiya iştirak edir

  •  Ermənistan Respublika Partiyası (keçmiş iqtidar)
  •  Çiçəklənən Ermənistan
  •  Milli Tərəqqi
  •  Xristian Xalq Oyanışı
  •  “Sasna tsrer” (“Sasunlu qəzəblilər”)
  •  “Orinats yerkir” (“Qanunçuluq ölkəsi”)
  •  “Daşnaksütun” Ermənistan İnqilab Federasiyası
  •  Maariflənmiş Ermənistan
  •  “Vətəndaş qərarı” Sosial-Demokrat Partiyası.

5 faizlik keçid baryerini aşan partiyalar Milli Məclisə keçə biləcək. Bloklar üçün keçid paryeri 7 faizdir.

Nikol Paşinyanın keçmiş tərəfdarları, ötən çağırış parlamentdə onunla birlikdə “Yelk” fraksiyasında yer alanlar indi seçkilərə ayrıca qatılıblar. Bu, “Biz” bloku  və Maariflənmiş Ermənistan Partiyasıdır.

Seçkiqabağı kampaniya necə keçib?

Keçmiş iqtidar – Ermənistan Respublika Partiyasından (siyahıda ilk sırada keçmiş müdafiə naziri Vigen Sarqsyanın adıdır) başqa prakrtiki olaraq bütün siyasi qüvvələr potensial seçicilərlə küçə görüşləri keçiriblər. “Respublikaçılar” bəyan ediblər ki, insanlarla görüşürlər, amma bu görüşlərin yeri və zamanı haqda əvvəlcədən heç bir məlumat verilməyib.

• Ermənistanda seçki – böhrandan mümkün çıxış yolu

Ermənistanda “məxməri inqilab” lideri hesab edir ki, onun hökuməti xalq qarşısında bütün öhdəliyini yerinə yetirib 

• Ermənistan və “post-sovet” hərbi blokunun digər üzvləri arasında qalmaqal yetişir

Keçmiş iqtidar partiyası Ermənistanda keçiriləcək parlament seçkilərində iştirak edəcək

“Mənim addımım” blokunun seçicilərlə görüşü kifayət qədər canlı keçib: baş nazir səlahiyyətlərini erinə yetirən Nikol Paşinyan bütün vilayət və şəhərlərdə seçicilərlə görüşlərdə iştirak etmək üçün xüsusi olaraq  iki həftəlik məzuniyyətə çıxıb. Paşinyan təşviqatı əsasən keçmiş hakimiyyətin tənqidi üzərində qurub.

Paşinyanı səfərlərində həyat yoldaşı – Anna Hakopyan və komandasının bəzi üzvləri müşayiət edib. İnqilab lideri vilayətlərdə çıxış etdiyi müddətdə onun blokundan olan digər namizədlər də vaxtı boşuna itirməyiblər – onlar Yerevanın müxtəlif ərazilərində seçicilərin kiçik qrupları ilə görüşüblər.

Sekçiqabağı kampaniyanın episentri məhz paytaxtdır. “Mənim addımım” blokundan başqa Maariflənmiş Ermənistan və Çiçəklənən Ermənistan partiyaları da vilayətlərdə fəal təşviqat kampaniyası aparırlar.

Namizədlər nə təklif edir?

Seçkilərdə iştirak edən praktiki olaraq bütün siyasi qüvvələr xalqın iqtisadi həyatını yüngülləşdirəcəklərini vəd etməklə uğura ümid bəsləyirlər. Sərmayə mühitinin yaxşılaşdırılacağı və yeni iş yerlərinin yaradılacağı haqda vədlər də səslənir. Məsələn, Nikol Paşinyan artıq şəkər, duz, soda, şüşə, tekstil, lift və televizor istehsallarının başlanacağı anonsunu səsləndirib.

Çiçəklənən Ermənistan əmindir ki, ixrac istiqamətli iqtisadiyyat qura biləcəyinə əmindir. Bu partiyanın lideri oliqarx Qaqik Sarukyan kreditlər üzrə faiz dərəcələrini vəd edir ki, onun fikrincə, bu, kiçik biznesin inkişafına gətirib çıxaracaq.

Xarici siyasətdə dəyişiklik gözləmək lazımdırmı?

Seçkiyə qatılan siyasi qüvvələr arasında “Sasna tsrer”, Maariflənmiş Ermənistan və “Biz” bloku qərbyönlüdür. “Sasna tsrer” Rusiyanın təşəbbüsü ilə yaradılan inteqrasiya təşkilatlarından – Avrasiya İqtisadi İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı – çıxmaq niyyətini açıq bəyan edir.

Bütün qalan partiyalar, o cümlədən də Nikol Paşinyanın “Mənim addımım” bloku xarici siyasətin hazırkı yönünü saxlamaq niyyətindədir. Amma bununla belə Nikol Paşinyanın yaxın silahdaşı, Ermənistanın diaspora nazirinin səlahiyyətlərini yerinə yetirən Mxitar Hayrapetyan öz blokunun xarici siyasətini “Ermənistan mərkəzli” və “ermənipərəst” kimi dəyərləndirir.

“Hakimiyyətə gələn zaman “Mənim addımım” sırf ermənipərəst xarici siyasət yürüdəcək. Xarici tərəfdaşlarımızla münasibətlərimiz ermənipərəst siyasət üzərində qurulacaq; onların rusiyapərəst və ya qərbyönlü istiqaməti ikinci dərəcəli əhəmiyyət kəsb edir”.

Prioritetlər sırasında Hayrapetyan Rusiyanı önə çəkir. Amma əmin edir ki, bu digər istiqamətlər üzrə əməkdaşlıqdan imtina demək deyil:

“Bizim üçün Rusiya ilə qardaş və dost münasibətləri qoruyub, möhkəmləndirmək hədsiz vacibdir. Digər tərəfdən isə Avropa razılaşması və Avropa İttifaqı ilə viza rejiiminin liberallaşdırılması çərçivəsində işlərin həyata keçirilməsi önəmlidir. Bundan başqa, biz ABŞ-la münasibətlərə, həmçinin də İran və Gürcüstanla iqtisadi əlaqələrin formalaşdırılmasına önəm veririk”.

“Respublikaçıların” siyahısında birinci olan keçmiş müdafiə naziri Vigen Sarqsyanın sözlərinə görə, bu partiya maraqların balansına əsaslanan xarici siyasəti davam etdirmək niyyətindədir:

“Bizim xarici siyasətimiz bizim bazarımızda böyük maraqların toqquşmasından qaynaqlanmırdı, əksinə, onların maraqlarının kəsişdiyi nöqtədə qurulurdu. Biz hesab edirdik ki, Ermənistanbundan qazanacaq. Biz “ya, ya da” yox, “həm, həm də” siyasətini bəyan etdik və təcrübədə həyata keçirdik. Və elə edə bildik ki, Ermənistan bir tərəfdən Avrasiya İqtisadi İttifaqının üzvü oldu, digər tərəfdən isə Avropa İttifaqı ilə çərçivə sazişi imzaladı. ABŞ, Çin, Yaxın Şərq ölkələri və İranla gözəl münasibətlərə sahibdi”.

İnqilabdan sonra Nikol Paşinyan bəyan edib ki, Ermənistanın xarici siyasətində sensasiya gözləmək lazım deyil.

Nüfuzlu erməni ekspert Boris Navasardyan hesab edir ki, Ermənistanın başqa ölkələrlə münasibətlərinin istiqaməti dəyişməyib, amma məzmunu dəyişiib:

“Respublika Partiyası Ermənistanın təhlükəsizliyini möhkəmləndirməyə və ona beynəlxalq çəki gətirməyətirməyə can atırdı. Və bunun üçün əsas vasitə suverenliklə alver idi. Yəni hakimiyyət hansısa geo-siyasi mərkəzlərə, ilk növbədə isə Rusiyaya güzəştə gedirdi ki, əvəzində nəsə əldə etsin.

Rusiya ilə qarşılıqlı münasibət yeni hakimiyyət üçün də birinci yerdədir. Amma prinsipial fərq ondadır ki, “Mənim addımım” öz xarici siyasətini milli suverenlik və ölkə maraqları üzərində qurmaq niyyətindədir və suverenliklə alver etməyi planlaşdırmır”.

Bu cür siyasət Rusiya ilə münasibətləri pisləşdirməyə bilməz, ən azı zaman-zaman – ekspert belə hesab edir.

Ermənistan Parlamenti yenə də seçki məcəlləsinə “inqilabçı” hökumətin təklif etdiyi dəyişiklikləri qəbul etmədi

Ermənistan parlamenti baş naziri seçmədi ki, özü-özünü buraxsın

• Avropa İttifaqı – Ermənistan münasibətləri “məxməri inqilabdan” sonra. Niyə sıçrayış baş vermədi?

Qarabağ münaqişəsi üzrə planlar nədən ibarətdir?

“Mənim addımım” Qarabağ üzrə danışıqlar prosesini fəallaşdıra və irəliləyişə nail ola biləcəkmi? Bu məsələdə çox şey Azərbaycan tərəfindən asılı olacaq – inqilabçı lider Paşinyanın tərəfdarı Mxitar Hayrapetyan bəyan edib:

“Biz problemin sülh yolu ilə həllinin tərəfdarıyıq. Amma Qarabağı münaqişə tərəflərindən biri kimi danışıqlar prosesinə cəlb etməyə çalışırıq. Çünki hesab edirik ki, Qarabağ respublikasının öz hakimiyyəti var və Nikol Paşinyan Artsax adlndan danışıqlar aparmaq niyyətində deyil”.

“Respublikaçılar” bəyan edirlər ki, Qarabağ məsələsi ATƏT-in Minsk Qrupu çərçivəsində və xalqların öz müqəddaratını təyin etmək haqqı əsasında nizamlanmalıdır
Ekspert Boris Navasardyan güman edir ki, Qarabağ cəbhəsində dəyiçikliklər gözlənilmir. Danışıqlar prosesi üzrə müəyyən irəliləyişlər olacaq, amma sıçrayışlar olmayacaq:

“Düşünmürəm ki, Paşinyan əvvəlki hakimiyyətə xas olan olan status-kvonun saxlanması ideyasını yüz faiz dəstəkləyəcək. Amma Azərbaycan tərəfindən heç bir hazırlıq olmadan Ermənistan hər hansı güzəştə getməyəcək. Bakının ritorika və davranışında isə dəyişiklik gözləmək çətindir”.

Korrupsiya ilə mübarizə olacaqmı?

Hakimiyyətə gələndən sonra Nikol Paşinyan korrupsiyaya qarşı sərt mübarizəyə başlayıb. Parlamentarilərin və məmurların iri korrupsiya ifşaları nəticədə dövlər büdcəsinə on milyon dollardan çox vəsait geri qayıdıb.

Ermənistanda korrupsiya ilə mübarizə: JAMnews yeni hakimiyyətin ilk addımları haqda silsiləsindən

Ermənistanda inqilabdan sonra ilk korrupsiya halı qeydə alınıb 

“Korrupsiya ilə mübarizə üçün əsas komponent rəhbərliyin siyasi iradəsidir. O da həm baş nazirdə, həm də hökumətdə var”, – Mxitar Hayrapetyan deyib.

Amma Boris Navasardyan güman edir ki, bu sahədə institusional dəyişikliklərə ehtiyac var:

“Əgər islahatlar aparılsa, əgər Avropa İttifaqı ilə əməkdaşlıq möhkəmləndirilsə, o zaman həqiqətən ciddi dəyişikliklər gözləmək mümkün olacaq”.

Miqrasiya haqda nə deyirlər?

Statistika Xidmətinin məlumatına əsasən, 1998-ci ildən Ermənistan əhalisi 360 mmin nəfər azalıb. Bu müddət ərzində insanlar kütləvi şəkildə daha yaxşı həyat ardınca gedib. Diaspora naziri səlahiyyətlərini yerinə yetirən şəxs həmvətənləri vətənə geri qaytarmağa məsul olanlardan biridir. Daha əvvəl Nikol Paşinyan bəyan edib ki, bu il Sovet İttifaqı dağılandan sonra ilk dəfə immiqrasiyanın müsbət gööstəricisi qeydə alınacaq:

“Qanunun gücü, insan haqlarının müdafiəsi, bizim həyata keçirmək istıdiyimiz iqtisadi inqilab – bu addımlar miqrasiyanın qarşısını alacaq”, – Paşinyan bildirib.

Onun sözlərinə görə, ilk növbədə ölkəni nisbətən yeni – 10-15 il əvvəl tərk edənlər qayıdacaq.

Seçkilərin favoritləri

Gözlənilən seçkilərin birmənalı favoriti Nikol Paşinyanın bloku hesab olunur. Yalnız ekspertlər yox, hətta rəqiblər də əmindirlər ki, “Mənim addımım” parlament çoxluğunu əldə edəcək, Paşinyanın özü isə baş nazir olacaq.

Minlərlə insan inqilab zamanı küçələrə çıxıb, inqilabı dəstəklədilər və hakimiyyət dəyişikliyi tələb etdilər, indi eyni coşqu ilə “Mənim addımım” blokunu seçkilərdə dəstəkləyəcəklər.

“Buna heç bir şübhə yoxdur, yeganə intriqa onların nə qədər səs toplayacağı ilə bağlıdır. Düşünürəm ki, 70 faiz səsə ümid edə bilərlər”, – Navasardyan deyir.

İkinci və üçüncü yerlər uğrunda ciddi mübarizə gedə bilər. Bu yerlər uğrunda mübarizədə açıq favorit yoxdur, Maariflənmiş Ermənistan və Çiçəklənən Ermənistanın şansları təqribən bərabərdir; Respublika Partiyası və “Biz” bloku da mübarizəyə qoşula bilər.

“Ermənistan qanunvericiliyinə görə, səs sayına görə üçüncü yeri tutan partiya keçid baryerini aşıb-aşmamasından asılı olmayaraq, parlamentə daxil olur. Buna görə də bu yer bu yer üçün çox ciddi mübarizə gedəcək”, – Boris Navasardyan hesab edir.

Hazırda parlament çoxluğunu təşkil edən “respublikaçıların” Milli Məclisə keçmək şansını dəyərləndirmək asan deyil. Hələ az əvvəl iqtidarda olan bu partiya hakimiyyəti inhisarda saxlayırdı, amma aprel inqilabından sonra açıq-aşkar autsayder durumuna düşüb və şokdan özünə gəliib-gəlmədiyi də hələ bəlli deyil.

Amma tərəfdarlarının sayı baxımından da onu lazımınca dəyərləndirmək gərəkdir. Hələ uzunmüddətli hakimiyyət dövrlərindən bəri onların sayı çoxdur. Onlar indi də hesab edrilər ki, yeni hakimiyyət təhlükəsizliyi və stabilli təmin etmək üçün yetərincə təcrübəyə malik deyil.

“Media-şəbəkənin” dəstəyi ilə

Facebook Comments

More on JAMnews