Bu, seriyanın ikinci məqaləsidir. Burada yeni baş nazir Paşinyanın başladığı qanunsuzluqla mübarizənin bütün təfərrüatları var " />

Ermənistanda korrupsiya ilə mübarizə: JAMnews-un yeni Ermənistan hökumətinin ilk addımları haqqında seriyasından

Bu, seriyanın ikinci məqaləsidir. Burada yeni baş nazir Paşinyanın başladığı qanunsuzluqla mübarizənin bütün təfərrüatları var

Foto: Tiqran Petrosyan

Müstəqil Ermənistan tarixində 2018-ci ildə ilk dəfə inqilab nəticəsində hakimiyyət dəyişdi. Uzun sürən kütləvi etiraz aksiyalarına müxalifətçi deputat Nikol Paşinyan başçılıq edirdi. Və mayın 8-də parlament məxməri inqilabın liderini baş nazir postuna seçdi.  

JAMnews baş nazirin ilk addımlarına həsr olunan məqalələr seriyasını təqdim edir. Bu məqalədə Ermənistanda korrupsiya ilə  mübarizənin bütün təfərrüatları var.

•  Məqalənin birinci seriyasında yeni hökumətin tərkibi haqqında hər şey 

 К

Bu gün Ermənistanda korrupsiya milli təhlükəsizliyə təhdid kimi qəbul edilir. Müstəqil Ermənistan hökuməti bütün vaxtlarda korrupsiya ilə mübarizəni öz prioritet vəzifəsi elan edib, bununla belə o, stabil olaraq artıb. Ölkənin yeni hökuməti ilk dəfə olaraq korrupsiya ilə mübarizəni elan etməkdən əlavə real addımlar atıb. Amma əvvəlcə bəyanatlar haqqında.

Nikol Paşinyanın antikrrupsiya çıxışları

Baş nazir seçiləndən xeyli əvvəl Nikol Paşinyan dəfələrlə, o cümlədən də parlament tribunasından korrupsiya ilə mübarizənin vacibliyi ilə bağlı bəyanatlar verib. O, açıq şəkildə Ermənistan hökumətini ən rüşvətxor hökumət adlandırıb. İyunun 7-də isə artıq baş nazir postunu tutan Paşinyan hökumət proqramını təqdim edərkən deyib:  

“Biz korrupsiyanın və qərarların qəbulunun korrupsiya mexanizmlərinin kökünü kəsəcəyik. Əminəm ki, bunu asanlıqla edəcəyik, çünki dövlət başçısı korrupsiyaya batmayanda və heç bir korrupsiya intriqalarında əli olmayanda bu, korrupsiyanın məhvi üçün vacib məqamdır”.

Yeni antikorrupsiya komissiyası

Ermənistanın hər yeni hökuməti korrupsiya ilə mübarizə qurumlarının yaradılmasına başlayıb. Antikorrupsiya mərkəzlərinin yaradılması, müzakirə və konfransların təşkilinə böyük vəsaitlər xərclənib. Yeni ədliyyə naziri Artak Zeynalyan mayın 18-də, təyinatından dərhal sonra deyib:

“Hökumət effektiv mübarizə üçün lazımi zəmanətlər və alətləri olan antikorrupsiya orqanı yaratmağı planlaşdırır”.

Korrupsiua ilə mübarizə artıq başlasa da, antikorrupsiya orqanı hələ də yaradılmayıb.

Qalmaqallı ifşaların bi günü

Ermənistan sakinləri artıq hər gün açılan korrupsiya işləri ilə bağlı xəbərlər almağa alışıb. Vergi və hüquq-mühafizə orqanlarının işə nə dərəcədə ciddi başlamasını gün ərzində açılan işlərin sayından anlamaq olar. Misal üçün, iyulun 16-da məlum olub ki,

  • Mineral su istehsalçıları təbii ehtiyatların istismarına görə 230 milyon dram (təxminən $480 min) ödəməyiblər.
  • Keçmiş parlament deputatı Mqer Sedrakyanın, deputat Qaqik Sarukyanın və Dövlət Gəlirləri Komitəsinin keçmiş başçısı Vardan Arutunyanın qaz doldurma stansiyalarında 946 milyon dram (təxminən 2 milyon dollar) həcmində pozuntular aşkar edilib.
  • Parament deputanı Aşot Arsenyan 1300 seçicini ələ almaq üün 13 milyon dram ($27 min) xərcləyib.
  • Loriy vilayətinin Mesavan icma başçısı dövlətə 7 milyon 217 min dram ($15 min) həcmində ziyan vurub.
  • Araqasotn vilayətinin Vardablur icmasının keçmiş başçısı Artavazd Qalstyan 4,5 milyon dram (təxminən $10 min) mənimsəyib.  
  • Yerevan məktəblərindən birinin direktoru iki müəllimlə birlikdə iri məbləğdə pul mənimsəyib.
  • Respublika hərbi vergi məntəqəsinin keçmiş işçisi həkimlər, hərbi komisarlıq və yükəsik rütbəli məmurlarla korrupsiya sövdəlöşməsində 40-dan çox çağırışçının yalançı diaqnozla xidmətdən azad olmasını və ya təxirə salınmasını təşkil edib 

Xüsusi əməliyyatlar və iri vergi öddəyicilərində axtarışalr

Hüquq-mühafizə orqanları və vergi orqanlarının işçiləri mayın 25-dən iyunun 18-nə qədər xüsusilə iri oğurluqlarla bağlı işlərin üstünü açıb::

  • “Norfolk Consulting” dövlətə 3,3 milyard dram (təxminən $7 milyon) ödəməyib.
  • “Security dream” və “Elips” şirkətlərinin rəhbərliyi 1 milyard 16 milyon dramlıq (2 milyon dollardan çox) oğurluq edib.
  • “Qümri Qaredjur” şirkəti 30 milyon dram ($ 750 min) həcmində vergiləri gizlədib.
  • “Spayka” büdcəyə ümumilikdə 2 milyard dram ($ 4 milyondan çox) vergi ödəməyib.
  • Nəqliyyat vasitələrinin texniki baxışını həyata keçirən şirkətlər 3 milyard dramdan çox (4 milyon dollardan çox) mənimsəyib.  
  • Yol polisi və Məcburi İcra Xidməti işçiləri əmlakı və gəliri olmayan 478 şəxsin adına 100 minə yaxın cərimə yazıblar və 1,4 milyard drama yaxın (təxminən 3 milyon dollar) mənimsəyiblər.  

“Özününkülərin” arasında yoxlamalar

Nikol Paşinyan bildirib ki, ona hakimiyyətə gəlməyə kömək edən biznesmen deputatlar qarşısında özünü borclu saymır. Onlara məxsus şirkətlərdə də pozuntular aşkar edilib.

Milli Təhlükəsizlik Xidməti deputat Samvel Aleksanyana məxsus “Yerevan Sity” supermarketlər şəbəkəsi tərəfindən dövlətə ziyan vurduğunu bildirib.

Pozuntular həm də Ermənistanın ən varlı adamlarından biri olan parlament frakskiyalarından birinin deputatı Qaqik Sarukyanın qaz doldurma məntəqələrində də aşkar edilib.

• Ermənistanın ən iri supermarketlərindən biri illərlə vergi ödəməkdə yayınıb 

• Ermənistanda vergidən yayınma ilə bağlı cinayət işi qaldırılıb, orada oliqarxların adları hallanır.  

Amma ən iri korrupsiya qalmaqalı general və deputat Manvel Qriqoryanın evində və obyektlərində üzə çıxdı. Onun əsgər paylarını oğurlayıb, şəxsi zooparkını yemlədiyi təxmin edilir

Onun anbarlarında Qarabağda 2016-cı ilin aprel ayında gərginlik yaşanan zaman Ermənistanın hamılıqla – adi vətəndaşlar, hətta sosial təminatsız olan insanlar, həm də müxtəlif ictimai və kommersiya təşkilatları tərəfindən toplanan ərzaqlar da tapıldı. Qriqoryanı həm də silah və hərbi sursatların qanunsuz yolla əldə edilməsi və saxlamasında ittiham etdilər.

Dövlət büdcəsinə hansı məbləğ qaytarılıb

İyulun 10-da hökumət iclasında Ermənistanın baş naziri Nikol Paşinyan deyib:

“Müxtəlif hüquq-mühafizə orqanları tərəfindən açılan cinayət işləri çərçivəsində 1 iyul tarixinə olan məlumata görə, təkcə vergi öhdəlikləri üzrə 20 milyard 622 milyon dram həcmində zərər və ya ödənilməyən, amma ödənməli olan vergilər ödənilib, bərpa edilib. Söhbət 42 milyon dollardan gedir”.

Dövlət Gəlirlər Komitəsi başçısı David Ananyan deyib ki,

bu təkcə 73 şirkətin yoxlanmasının nəticəsidir və bu rəqəm artacaq. Dövlət büdcəsinə isə hələlik 800 milyon dram daxil edilib, çünki bu, ilkin hesablamadır.

Bəs korrupsionerlərin işi necə olacaq?

Nikol Paşinyan deyib:

“Məqsədimiz mümkün qədər çox adam həbs etmək deyil, dövlətə dəyən ziyanın qaytarılması mexanizmlərini işləyib hazırlamaqdır”.

Artıq dəfələrlə bildirilib ki, cinayət işləri dövlətə zərərin qaytarılması səbəbindən bağlanıb.  

İfşalara cavab

İfşalardan sonra bir sıra şirkətlər adını təmizə çıxarmaq qərarına gəlib.

“Spayka”, “Security Dream”,”Ellips” şirkətləri bildirib ki, Dövlət Gəlirləri Komitəsi heç nəyin üstünü açmayıb, sadəcə onların adına ləkə vurmaq istəyir.  

Vergi ödəməyən qazdoldurma stansiyalarının rəhbərləri də deyiblər:

“Cinayət işlərinin əsasında ədalət məhkəməsi və qanunun aliliyi ilə problemləri olan tam əsassız hesablamalar durur”.

Gübrələrə subsidiyaların verilməsi proqramı üzrə 38 milyon dramın (80 min dollar) mənimsənilməsində ittiham olunan şirkət də adının ləkələndiyini deyir və Baş Prokurorluğa şikayət verib.

Kçmiş prezidentin yaxınlarına qarşı kampaniya

Korrupsiyaya qarşı mübarizə Ermənistanın üçüncü prezidenti Serj Sarqsyanın yaxınlarına da gəlib çatdı. Qanunsuz varlanma ittihamları prezidentin qardaşı Levon Sarqsyan, həm də onun oğlu və qızına qarşı da irəli sürülüb. Evlərində 6,6 milyon dollar həcmində əmanət qəbzləri aşkar edilib. Onlar həbs edilib, sonra da ölkədən çıxma iltizamı ilə azad ediliblər.  

Daha sonra Milli Təhlükəsizlik Xidməti prezidentin ikinci qardaşı Aleksandr Sarqsyanın evində xüsusi əməliyyata başlayaraq, onu və oğlu Ayk Sarqsyanı saxlayıb, Ayk sonradan on il bundan əvvəlki iş üzrə həbs edilib.

•  Ermənistanın keçmiş prezidenti Serj Sarqsyanın qardaşı oğlu sui-qəsd cəhdində şübhəli bilinir 

Qanunsuz varlanma ittihamı həm də Serj Sarqsyanın keçmiş mühafizə rəisi Vaçaqan Kazaryana qarşı da irəli sürülüb.

Onda milyonlarla dollar aşkar edilib, öz sözlərinə görə, bu haqda etika komissiyasına məlumat verməyi unudub.

Avropa İttifaqı yeni hökuməti dəstəkləməyə hazırdır

Ermənistanda inqilabi proseslər başa çatandan dərhal sonra Avropa İttifaqı Nikol Paşinyanın korrupsiya ilə mübarizəsini dəstəklədiyini bildirib.

İyulun 16-da Aİ-nin Ermənistandakı nümayəndə heyətinin başçısı Pyotr Svitalski bildirib ki, əvvəlki hökuməti dəstəkləyən Aİ bununla belə antikorrupsiya komissiyasının işində iştirak etməkdən imtina edib, çünki onu müstəqil saymayıb.  

Ermənistan isə Avropadan daha çox şeylər gözləyir. Brüsselə bu yaxınlarda etdiyi səfərdən sonra baş nazir deyib:

“Avropadakı tərəfdaşlardan biri ilə görüş zamanı mən Aİ-nin inqilabdan sonra Ermənistana yardımın həcmini artırmaması ilə bağlı təəccübümü bildirdim. Aİ-nin yüksəkvəzifəli məmurlarından biri cavab verdi: “Niyə belə deyirsiz? Biz 10 milyon avro əlavə etmişik”. Mən də dedim ki, müxtəlif cinayət işləri üzrə artıq 42 milyon dollar yığmışıq, məşhur korrupsionerlərdən birini yaxşıca silkələsək, ciblərindən elə həmin məbləğ çıxacaq”.

Səfir Svitalski bundan sonra deyib:

“Yeni hökumət bildirib ki, Ermənistanın Aİ-yə münasibətdə siyasəti dəyişməyəcək, buna görə də Aİ-nin Ermənistana münasibətdə siyasətinin dəyişəcəyini gözləməyə dəyməz”.

Hakimlərin müstəqilliyi

Ermənistanın korrupsiyaya qarşı mübarizəsinin prioritet istiqamətlərindən biri də ədalət mühakiməsidir. Baş nazir təyin olunandan 10 gün sonra Nikol Paşinyan özünün “Facebook” səhifəsində deyib:  

“Rüşvət almağa cəhd edən istənilən hakim bilməlidir ki, arxasınca gələcəklər. Cənablar və xanımlar, Baqramyan 26-dan [prezident administrasiyasının ünvanı – JAMnews] hakimlərə göstərişlər verilməyəcək. Heç bir hakimiyyət nümayəndəsinin hər hansı bir işlə bağlı hakimə göstəriş verməyə ixtiyarı yoxdur”.

Mübarizənin mənfi effekti

Korrupsiyaya qarşı mübarizə ölkə sakinlərinin birmənalı dəstəyini və biznes dairələrindən birmənalı olmayan əks-səda aldı. Hər yerdə yoxlamalar keçirilir, biznes gözləmə mövqeyindədir, sərmayələr qoyulmur, ixtisarlar gedir.  

Əvvəlki hökumətin vaxtında bizneslə məşğul olanların çoxu korrupsioner hesab olunur. Bu da onları ehtiyatlı davranmağa məcbur edib ki, vəziyyət ümumilikdə iqtisadiyyata təsir edir.   

Korrupsiya ilə mübarizə isə davam edir.

• Bu seriyadan olan üçüncü məqaləsində JAMnews Seçki Məcəlləsindəki islahatlardan danışacaq

Facebook Comments

More on JAMnews