Qarabağ münaqişəsi

Qarabağ münaqişəsi

Qarabağ müharibəsi Azərbaycanın keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti və ətraf rayonları ərazisində 1991-1994-cü illərdə ermənilərlə azərbaycanlılar arasında baş tutan silahlı münaqişədir. Müharibə atəşkəsin еlan olunması ilə bitdi, amma atışmalar hələ də ara-sıra davam edir.

 

Ermənilərin məskunlaşdığı Dağlıq Qarabağ Respublikası dünyanın heç bir dövləti, o cümlədən də Ermənistan tərəfindən tanınmayan de-fakto müstəqil respublika kimi mövcuddur. Azərbaycan Qarabağı və müharibə vaxtı zəbt edilən ətraf əraziləri işğal olunmuş hesab edir və onların qaytarılmasını tələb edir. Münaqişənin nizamlanması ilə bağlı beynəlxalq vasitəçiliklə keçirilən danışıqlar indiyə qədər heç bir nəticə verməyib.

 

Sonuncu dəfə aprel müharibəsi” və ya “dördgünlük müharibə” adını alan tammiqyaslı hərbi əməliyyatlar “ 2016-cı ilin aprel ayında baş verib. Nəticədə hər iki tərəfdən onlarla adam həlak olub.

Ən Populyar