“Mayın 4-də anladım ki, hər şey bitib”. Veteranlar müharibəyə necə getdiklərini və nələrdən keçdiklərini xatırlayırlar " />

Gürcüstanda 9 may. Onlar artıq az qalıb

“Mayın 4-də anladım ki, hər şey bitib”. Veteranlar müharibəyə necə getdiklərini və nələrdən keçdiklərini xatırlayırlar

Mayın 9-da Tbilisidə naməlum əsgər abidəsi qarşısında məşəli yandırdılar. Məşəl burada əbədi deyil və ancaq Qələbə günündə yandırılır.

Bu dəfə də yağışlı hava bir az əhvala soğan doğradı.

İldən ilə Vake parkında hərbi forma geyinən və faşizm üzərində Qələbəni qeyd edən insanların sayı azalır. Sinəsini orden və medallar bəzəyən yaşlı kişilərə nadir hallarda rast gələrsiz.

Bəzən onlar küçələrdə görünür – artıq qocalmış, beli bükülmüş, əsa ilə, ehtiyatla yolun kənarıyla gəzirlər, sanki qalan piyadalara mane olmağa qorxurlar.

Cəbhə musiqisinin sədaları altında vals da bu il olmadı – yağış yağırdı, yaş da o yaş deyil. Veteranlar həvəslə uzun-uzadı cəbhə həyatlarından danışır və bəzən söhbətləriylə yorub-yormadığını xəbər almaq üçün sözlərini kəsirdilər. 72 il keçib, amma yenə də gözləri yaşla dolur.

“Veteranlarla iş üzrə dövlət xidməti”nin məlumatına görə, Gürcüstanda bu gün Böyük Vətən Müharibəsinin 922 veteranı var.

Mayın 9-da gürcü veteranları birdəfəlik müavinət alacaqlar – 600 lari (təxminən 250 dollar).

Böyük Vətən Müharibəsi illərində Gürcüstan cəbhəyə 700 min əsgər – əhalinin təxminən üçdə birini göndərib. Onlardan 35 nəfəri general oldu. 300 mini isə sonda evinə qayıtmadı.

Mixail Mxeidze, 94 yaş:

“Müharibəyə çağırılanda 17 yaşım varıydı. Xonidə yaşayırdım. O vaxt üçüncü Ukrayna cəbhəsində döyüşürdüm, Dnepri, Dnepropetrovsku, Krivoq Roqu keçmişəm, artilleriyaçı olmuşam. Baxın, sağ əlimin barmaqları çatmır. Biz faşizm üzərində qələbə çaldıq. 9 may böyük gündür”.

İvlita Kuçaidze, 96 yaş

“Müharibəyə 19 yaşımda apardılar. Tibb bacısıydım. Hospitalımız cəbhənin arxasınca gedirdi. Ukrayna, Belarus, Polşanı keçmişik. 44-cü ildə hospitalda olanda və yatalaq xəstəliyindən əziyyət çəkəndə bizi bombardman etməyə başladılar. Çarpayının altında gizlənməyə imkan tapdım. Hər şey sakitləşəndən sonra, barmağımı tərpədə bilmirdin, ətraf xarabalığa dönmüşdü. Qurşaqdan aşağı heç nə hiss etmirdim, belə dağıntıların altında uzanmışdım. Həmin gecə üç yoldaşımı itirdim. Xadimə qadının üstünə dəmir düşdü, ölümü dəhşətliydi. Hər şeyi bu günkü kimi xatırlayıram”.

Vaxtanq Tvaşavadze, 92 yaş

“Müharibəyə gedəndə hələ 17 yaşım tamam olmamışdı. Tbilisidə, Naxalovkada anadan olub böyümüşəm. Məndən böyük olan bütün dostlarımı cəbhəyə çağırdılar. Onları müharibəyə yola salırdım, Plexanovada, klubun yanında dayanmışdıq, onda da podpolkovnik mənim kim olduğumu xəbər aldı. Məni aparmırdılar cəbhəyə, gedənlər isə onların dostu olduğumu dedi. O da dedi ki, nə yaxşı oğlandır. Məni də götürdülər.

Biz Qafqazı, Çeçen-İnquş vilayətini aldıq. Qafqazdan tutmuş Kizlyara qədər Avropanın yarısını keçmişəm. Bütün Ukraynanı, Rusiyanı, Moldaviyanı, Rumıniyanı, Macarıstanı, sonra da Yuqoslaviyanı, sonra da yenə Macarıstanı, Çexoslovakiyanı və Hitlerin anadan olduğu Avstriyanı gəzmişəm. Qələbə xəbəri gələndə Vyanadan 40 kilometr aralıdaydıq.

Griqori Panasyan, 92 yaş

“Müharibəyə könüllü getdim. 17 yaşım varıydı. Bu, 43-cü iliydi. Getdim, ona görə ki, hamı gedirdi, mənsə tək qalırdım. Gürcü divizionuna düşdüm. Sevastopolun yanında əsl dəhşətiydi, bütün anlar dəhşətliydi. Özüm də təəccüblənirəm ki, hələ də sağam”.

Ofeliya Karapetyan, 91 yaş

“16 yaşım varıydı məni müharibəyə aparanda. Arsenalda tibb bacısı işləyirdim, yaralılara qulluq edirdik. Xalqa, insanlara xidmət etmək çox xoşuma gəlirdi, Stalini çox sevirdim. 45-ci ildə qələbədən xəbər tutanda çox sevindik. Bu xəbər gələndə yaralını müalicə edirdim”.

Nikoloz Çaraşvili, 96 yaş

“Müharibəyə gedəndə 17 ya 18 yaşım varıydı. Tbilisidə, Naxalovkada yaşayırdım. Məni çağırmadılar, könüllü getdim. Çünki vətənim – Sovet İttifaqı ağır günlərini yaşayırdı. Məni məktəbdən apardılar. Təxminən 4 il ərzində Stalinqraddan Berlinə qədər piyada getmişik, döyüşə-döyüşə. Ən yaxşı faşistlər üzərində qələbə çaldığımız günü xatırlayıram. Bu haqda mayın 4-də xəbər tutdum, Almaniyada Elba çayı üzərində idik və hər şeyin bitdiyini anladıq”.

Bu gün ənənəvi olaraq, kommunistlər olmadan keçə bilmədi

Nor stalinistlərin olmadan

Çərşənbə günü Veterans park

 


More on JAMnews