Cənubi Osetiyanın keçmiş prezidenti indiki prezidentə qarşı iddia irəli sürəcək

Cənubi Osetiyada seçkiqabağı çəkişmələr, təfərrüat

Cənubi Osetiyanın indiki prezidenti Leonid Tibilov apreldə keçiriləcək seçkilərdə prezident postuna namizəd kimi qeydiyyatdan keçməməlidir – Cənubi Osetiyanın tanınmış siyasətçisi Eduard Kokoytı Sxinvalda tərəfdarlarının qarşısında bu bəyanatla çıxış edib.

Thumbnail and cover

 

Cənubi Osetiyanın keçmiş prezidenti Kokoytının özü bir neçə gün bundan əvvəl, artıq fəal seçkiqabağı kampaniyasının böyük hissəsi arxada qalandan sonra qeydiyyatdan keçə bilməyib.

“MSK indiki prezident Tibilovu da qeydiyyatdan çıxarmalıdır. Həm fəaliyyətdə olan prezidentin, həm də MSK-nın qanunu pozması ilə bağlı sübutlar var. Prezident deklarasiyada maşının olması faktını gizlədib və bunu qeyd etməyib, Mərkəzi Seçki Komissiyası isə onu seçkilərə buraxıb. Bu da onun seçkiqabağı kampaniyada iştirakının qadağan edilməsi üçün əsasdır”, – “Regnum” agentliyinin məlumatına görə, Kokoytı bildirib.

 

Kokoytı görüşdə iştirak edən jurnalistlərə Cənubi Osetiyanın indiki prezidenti Leonid Tibilovun deklarasiya olunmamış “Chevrolet Niva” avtomobilinə sahib olması barədə sübutlar göstərib. Bundan başqa, jurnalistlərə nəqliyyat vergisi və cərimələrin ödənilməməsi barədə sənədlər də nümayiş olunub.

Cənubi Osetiyanın prezident seçkiləri haqqında konstitusiya qanununa əsasən, deklarasiyada əmlakın göstərilməməsi  qeydiyyata almaqdan imtina üçün əsas ola bilər.

Eduard Kokoytının özü aprelin 9-da keçiriləcək seçkilərdə prezident vəzifəsinə namizədliyini irəli sürmək hüququndan məhrum edildi. Onun deklarasiyasında xanımına məxsus avtomobil qeyd edilməmişdi – halbuki Kokoytı bu ittihamı rədd edir və bildirir ki, həmin avtomobil 2016-cı ilin avqust ayından onun ailəsinə məxsus deyil. MSK-nın məlumatına görə, Cənubi Osetiyanın keçmiş başçısı Eduard Kokoytı həm də son beş il ərzində respublika ərazisində daimi yaşamağı tələb edən oturum senzindən də keçə bilmədi.

Eduard Kokoytı bildirib ki, Rusiya Federasiyasına mülkiyyət hüququ ilə bağlı sorğular hələlik ancaq onunla bağlı göndərilib. İndi də o, məhkəmə qaydasında və ancaq qanun çərçivəsində ədalətin bərpa olunmasına çalışacaq.

Cənubi Osetiyada prezident seçkiləri aprelin 9-da baş tutacaq.

“Kavkazski uzel”in məlumatına görə, bu gün Cənubi Osetiya MSK üç namizədi qeydiyyata alıb:

  • indiki prezident Leonid Tibilovu,
  • parlament spikeri Anatoli Bibilovu,
  • DTK əməkdaşı Alan Qaqloyevi.

Parlament deputatı Alan Kozonov komissiyanın qərarını gözləyir. Cənubi Osetiyanın keçmiş başçısı Eduard Kokoytının namizədliyi qeydiyyata alınmayıb, özü də bu qərarın lehinə Mərkəzi Seçki Komissiyasının 15 üzvündən 14-ü səs verib.

Başqa namizədlər artıq ola bilməz, çünki qeydiyyat üçün sənədlərin qəbulu martın 5-də başa çatıb.

 

Cənubi Osetiyada vəziyyət gündən günə gərginləşir. Martın 3-də Eduard Kokoytının tərəfdarları Sxinvalda ümumxalq yığıncağı təşkil etmək istəyirdilər, amma meriya buna imkan vermədi. Səbəb kimi Kokoytının rəsmi prezidentliyə namizəd statusunun olmaması gətirildi.

Cənubi Osetiyada Kokoytını kim gözləyir? Görünür, müstəqillik tərəfdarları. Kokoytını kim gözləmir? Bu, daha çətin sualdır – Edurd Kokoytı və onun siyasətə indiki qayıdışı fenomeni haqqında yazı JAMnews-da

 

Məqalədə ifadə olunan fikirlər müəllifin terminologiya və nöqteyi-nəzərini əks etdirir, redaksiyanın mövqeliyə üst-üstə düşməyə bilər.

More on JAMnews