“Zlata Stoupa” pabında matəm mərasimindən iki gün sonra Veranı yad ediblər" />

Çex sayağı vidalaşma

“Zlata Stoupa” pabında matəm mərasimindən iki gün sonra Veranı yad ediblər

“Zlata Stoupa” pabının sahibi pan Vladimir artıq uzun illərdir ki, foto çəkməklə məşğuldur. Şəkillərini pabının divarlarına asmağı sevir və vaxtaşırı olaraq onları dəyişir.

1

2

Pani Vera “Zlata Stoupa”da daimi müştəri idi. Təxminən 25 il ərzində o, demək olar ki, hər gün əri ilə birlikdə “Zlata Stoupa”ya gəlib, dostları ilə görüşür, çaxır içirdilər. Hətta ərinin ölümündən sonra da qadın paba vəfalı qalır. Burada özünü yaxşı hiss edirdi, burada onu çoxları tanıyır və sevirdi.  

3

Həmin gün Vera “Zlata Stoupa”da yoxuydu, amma burada olanların hamısı: ən yaxın dostları və yaxınları, pabın sahibi onun haqqında danışırdılar. Onlar Veradan danışır, gülməli əhvalatları xatırlayır, həm gülür, həm də ağlayırdılar.  

Vera onları bir həftə əvvəl tərk edib. “Zlata Stoupa”da iki gün əvvəl keçən matəm mərasimindən sonra Veranı yad edirdilər. Veranın yaxınları onun sevdiyi pivəni içir və sevdiyi yeməkləri yeyirdilər. O da bura yığışanların yanında, onların xatirələrində idi.  

Bu məclisi Veranın oğlu və qızı təşkil edib ki, insanlar onların analarını onun sevdiyi yerdə xatırlayıb, yad etsinlər.

Bu hekayədə qəribə heç nə yoxdur. Çexlər ənənəvi olaraq ateist olur və qonşu Avropa xalqlarından fərqli olaraq, öz yaxınları ilə kilsə və qəbiristanlıqlarda deyil, mərhumun həyatında getməyə sevdiyi yerlərdə vidalaşırlar.

4

“Biz kilsəyə deyil, sevdiyimiz yerlərə, misal üçün, pivəxanaya gedirik, çünki bu, bizim, yəni çexlərin mədəniyyəti və həyat tərzinin vacib bir hissəsinə çevrilib. “Zlata Stoupka”da tələbəlik illərində əvvəl qardaşım, sonra da mən işləmişik. Valideynlərim üçün bura daimi getdikləri yer olub, burada onlar görüşüb, vaxt keçirirdilər. Başqa cür də edə bilməzdik: anamı bu gün burada yad etməsəydik bizə acıqlanardı”, – Veranın qızı Qabriela deyir.

Dərc olunub:  26.12.2016


More on JAMnews