Azərbaycan və Ermənistan

Azərbaycan və Ermənistan – qonşu ölkələrdir, amma Qarabağ münaqişəsinə görə aralarında diplomatik münasibətlər yoxdur. Onlar arasında hökumətlərarası münasibətlər 1918-ci və 1921-ci illər arasında, Rusiya imperiyası dağılandan Birinci Ermənistan Respublikası və Azərbaycan Demokratik Respublikası yaranandan sonra başlayıb. Daha sonra hər iki respublika Sovet İttifaqının tərkibinə daxil olub. 1988-ci ildə SSRİ artıq dağılmaq üzrə ikən əhalisinin əksəriyyəti etnik ermənilərdən ibarət olan Azərbaycan tərkibindəki Dağlıq Qarabağ Muxtar Vilayətində vəziyyət gərginləşib. Bunun ardınca Qarabağ müharibəsi başlayıb. 1994-cü ildə atəşkəs razılaşması imzalanıb. Amma Ermənistanla Azərbaycan arasında bu günə qədər sülh əldə olunmayıb, münaqişə dondurulmuş hesab edilir, iki ölkə arasında sərhədlər bağlı, münasibətlər isə gərgin olaraq qalır. 2018-2019-cu illərdə ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə danışıqlar silsiləsi bərpa olunub, qarşılıqlı “xalqların sülhə hazırlanması təşəbbüsü” səsləndirilib, amma hazırda bunun real təzahürü özünü göstərməyib.

Ən Populyar

JAMnews-u dəstəkləyin

Biz JAMnews-da müstəqil redaksiya siyasəti seçmişik. Siz bizi dəstəkləyəcəksiz? Yoxlanılmış faktlar, balanslı, ağlabatan izahlar – JAMnews məhz bu cür jurnalistika ilə təmin etmək istəyir. Biz çoxsaylı komandayıq – regionun hər yanında yaşayan redaktorlar və jurnalistlər. Heç kim bizim üçün gündəm yaratmır, heç kim bizim redaktorları redaktə etməyə cəsarət etməz – buna görə də, biz sizə hər gün hadisələri reallığa maksimum yaxın nəql edirik. Sizin istənilən köməyiniz bizə işimizi davam etməyə dəstək olacaq və bir fincan qəhvənin dəyəri olan 1 dollar bizim üçün çox önəmlidir. Təşəkkür edirik!

JAMnews-u dəstəkləyin