Üçüncü gündür ki, məhkəmə iclası ilə paralel olaraq məhkəmə binası qarşısında iki aksiya keçirilir – Robert Koçaryanın lehinə və əleyhinə. Bütün təfərrüatlar materialda" />

Ermənistanın eks-prezidentinin həbsdən azad edilməsi məsələsi uzanır

Üçüncü gündür ki, məhkəmə iclası ilə paralel olaraq məhkəmə binası qarşısında iki aksiya keçirilir – Robert Koçaryanın lehinə və əleyhinə. Bütün təfərrüatlar materialda

Yenilənib

15 may 2019

Məhkəmə Ermənistanın eks-prezidenti Robert Koçaryan haqda həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı məsələnin baxışını davam etdirib. Bu gün də qərar qəbul etmək mümkün olmayıb – yenə də nəzərdə tutulan bütün çıxışlara vaxt çatmayıb. Növbəti iclas mayın 16-a təyin edilib.

Prokurorluq bu günkü iclasın demək olar ki, ən başından prosesin qapalı keçirilməsi ilə bağlı vəsatət qaldırıb. Hakim ittiham tərəfinin vəsatətini təmin etməyib. Koçaryanın vəkilinin uzun çıxışı da hər kəsin iştirakı ilə səslənib. Hakimin məhkəməni uzatmaq cəhdinin sezildiyi ilə bağlı qeydinə cavab olaraq müdafiəçi bildirib ki, əgər nəhayət, böyük auditoriya qarşısında çıxış eləmək imkanı olmasaydı, o, işin təfərrüatlarını ətraflı təqdim etməzdi.

Eks-prezidentin işi üzrə məhkəmənin əvvəlki iclasları qapalı rejimdə keçirilib.

İşin bütün təfərrüatları və əvvəlki iki gün ərzində məhhkəmə iclaslarının necə keçdiyi haqda aşağıda.

14 may 2019

İki gündür ki, Ermənistanın keçmiş prezidenti Robert Koçaryan haqda həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı məhkəmə prosesi gedir. O, digər şəxslərlə əvvəlcədən əlbir olaraq konstitusiya quruluşunu devirməktə ittiham olunur və bu iş üzrə 2018-ci ilin dekabrında həbs olunub. Amma sonra, 2019-cu ilin fevralında Robert Koçaryan əlavə olaraq 927 milyom dram (3 milyom dollara yaxın) rüşvət almaqda da günahlandırılıb.

Məhkəmə Ermənistanın eks-prezidenti Robert Koçaryan haqda həbs qərarı çıxarıb

• Ermənistanın eks-prezidenti Robert Koçaryan həbsdən sonra siyasətə qayıdır

Ermənistanın ikinci prezidentinə qarşı xüsusi böyük məbləğdə rüşvət almaqla bağlı ittiham irəli sürülüb

İkinci prezident ittihamların heç birini qəbul etmir, onun vəkilləri dəfələrlə müvəkkilərinin haqqında həbs qətimkan tədbirinin dəyişdirilməsi haqda vəsatət qaldırsalar da vəsatətləri rədd edilib. Rədd cavabı Koçaryan azadlıqda olarsa, öz əlaqələrindən yararlanaraq istintaqın ədadlətli gedişatına təsir edə biləcəyi ilə əsaslandırılıb.

Məhkəmə prosesinin ilk günündə iclas uzanıb və hakim David Qriqoryan iclası təxirə salmalı olub. İkinci gün, iş gününün sonunda müttəhimin vəkilləri hakimdən xahiş ediblər ki, iclas növbəti gün davam etdirilsin.

Ermənistan sakinləri prosesin gedişatını müzakirə edir və səbrsizliklə məhkəmənin qərarını gözləyirlər. Qərarı daha bir gün gözləmək lazım gələcək.

JAMnews bu işi izləməyə davam edir və hökm oxunan kimi məhkəmə qrarını da təqdim edəcək.

Koçaryanın iştirakı ilə

Koçaryan haqda həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı məhkəmə prosesi mayın 13-də başlayıb. Koçaryanın özü də məhkəmədə iştirak edib. Tərəfdarları onu alqışlarla və “Azadlıq” şüarı ilə qarşılayıb.

İlk gün ikinci prezidentin vəkilləri hakim David Qriqoryanın prosesə sədrlik etməsinə etiraz bildiriblər. Onlar bunun üçün üç əsas gətiriblər. Qeyd ediblər ki, ittiham tərəfinə rəhbərlik edən prokuror Artur Davtyan məhkəmə zalına xidməti girişdən daxil olub. Bu, onlarda hakimin tərəflərin bərabərliyi prinsipinə əməl etmədiyi fikrini yaradır.

Hakimə etiraz üçün ikinci əsas kimi vəkillər hakimin qısa müddətdə 80 cildlik işlə tanış olmasının qeyri-mümkünlüyünü göstəriblər.

Üçüncü əsas hakim David Qriqoryanın nizam-intizam cəzası alması olub. Daha əvvəl o, Robert Koçaryana qarşı qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı məsələyə baxmaqdan imtina edib və Ali Məhkəmə Şurası ona bununla bağlı töhmət elan edib. Mayın 7-də məsələ yenidən David Qriqoryana verilib.

Hakimlər Koçaryanın işinə baxmaqdan imtina edirlər

David Qriqoryan bu işdən imtina etməyə çalışan yeganə hakim deyil. Daha üç hakim: Nelli Baqdasaryan, Harutyun Manukyan və Vardan Qriqoryan da Ermənistanın ikinci prezidenti Robert Koçaryan haqda qətimkan tədbirinin dəyişdirilməsi işinə baxmaqdan imtina ediblər.

Ali Məhkəmə Şurası hakim Nelli Baqdasaryana tötmət elan edib, Hatutyun Manukyana isə xəbərdarlıq edib.

Ədliyyə naziri Artak Zeynalyan bəyan edib ki, Ali Məhkəmə Şurası hakimlərin işdən imtinasında siyasi motivin olub-olmadığını aydınlaşdıracaq.

Toqquşmalar – məhkəmə zalının xaricində

Məhkəmə zalından kənarda eks-prezidentin tərəfdarları və əleyhdarları arasında toqquşmalar baş verib.

Koçaryanın tərəfdarları “Vendettasız ədalətli məhkəmə prosesi” yazılmış plakatlarla gəlib, “Robert Koçaryana azadlıq!” şüarını səsləndiriblər.

İlk gün əleyhdarlar araında “uzanlıqlı” etiraz aksiyaları ilə məşhur olan fəal Vardqes Qaspari də olub və o “Robik qatildir” şüarını səsləndirib. Bu, Koçaryanın tərəfdarlarını qəzəbləndirib, onlar bu hərəkəti Koçaryanın günahsızlıq prezumpsiyasının pozulması kimi dəyərləndiriblər. Qarşıdurma nnaşlayıb, ikinci prezidentin tərəfdarları fəalın əlindəki plakatı alıblar, onlardan biri Qasparinin sifətinə butulka ilə zərbə enndiriblər.

Mahiyyətcə siyasi məhbus. Qaspari özünü onlara aid etmir

Polislər vaxtaşırı olaraq aksiya iştirakçılarını ayırmağa çalışıb. Koçaryanın tərəfdarlarından üç nəfər saxlanılıb, iki nəfər könüllü şəkildə polis idarəsinə gəlib. Bütün saxlanılanlar azad edilib. Hadisənin araşdırılması davam edir.

Eks-prezidentin azad edilməsinin əleyhinə və lehinə aksiyalar məhkəmə prosesinin ikinci günündə də davam edib. Bu aksiyalar məhkəmə iclasından bir neçə saat əvvəl başlayıb. Vəziyyət fövqəladə dərəcədə gərgin olub və polis iki aksiya iştirakçıları arasında canlı sədd çəkib ki, toqquşmalara imkan verməsin.

Məhkəmə işinin detalları

Məhkəmənin ikinci günündə hakim birincisi, Koçaryanın vəkillərinin hakimə etiraz vəsatətinin rəddi ilə bağlı qərarını elan etdi. Daha sonra eks-prezident haqda həbs qətimkan tədbirinin dəyişdirilməsi haqda işlə bağlı dinləmə davam edib.

İttiham tərəfi qətimkan tədbirinin dəyişdirilməməsi tələbi ilə çıxış edib – mövqeyini də eyni səbəblə əsaslandırıb: Koçaryan işin obyektiv istintaqına mane ola bilər.

Müdafiə tərəfi Dağlıq Qarabağın hazırkı və keçmiş prezidentlərinin – Bako Saakyan və Arkadi Qukasyanın bəyanatlarını təqdim edib. Onlar NK-nın ilk prezidenti və Ermənistanın ikinci prezidenti haqda həbs qətimkan tədbirinin dəyişdirilməsini istəyiblər və Koçaryanın azadlıqda istintaqın gedişatına mane olmayacağına zəmanət verməyə hazır olduqlarını bildiriblər.

Vəkillər yenə də bu prosesin siyasi intiqam cəhdi olduğunu bəyan ediblər. Onlar Koçaryanın ittiham olunduğu məsələni müvəkkillərinin nöqteyi-nəzərindən detallı təsvir ediblər.

Koçaryan özü də bir neçə dəfə vəkillərinin çıxışına müdaxilə edib, müstəntilərin və ümumilikdə ilkin istintaqın işi ilə bağlı narazılığını dilə gətirib.

“İnsanlar dindirilir və [müstəntiqlər] görəndə ki, dindirmə zamanı onlara lazım olan cavabı ala bilmirlər, daha dərinə getmirlər, mahiyyəti üzrə suallar vermirlər, davam etmirlər. İşin mahiyyəti budur. Mən düşünürəm ki, bu insanlar gəlməlidir və burada [məhkəmədə] ifadə verməlidir”, – Robert Koçaryan deyib.

“1 mart” ili və Koçaryanın həbsinə gətirib çıxaran hadisələr

2018-ci ilin dekabrından Koçaryan “1 mart” işi üzrə həbsdədir. Söhbət 2008-ci il hadisələrindən gedir. O zaman, prezident seçkilərindən sonra Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın tərəfdarlarının təşkil etdiyi aksiyalar davam edirdi. Onlar liderlərinin qalib olduğuna əmin idilər və seçki nəticələrinə yenidən baxılmasını tələb edirdilər. Mərkəzi Seçki Komissiyası isə səsvermə nəticələrinə əsasən, Serj Sarqsyanı qalib elan etmişdi.

Nümayişin dağıdılmasında silah tətbiq olunmuş, 10 nəfər həlak olmuşdu. Həmin vaxt ölkənin prezidenti Robert Koçaryan idi. Mərkəzi Seçki Komissiyasının məlumatına əsasən, prezident seçilən Serj Sarqsyan hələ vəzifə başına keçməmişdi. Buna görə də nümayişin amansızca dağıdılmasında və konstitusiya quruluşunun devrilməsində hazırdda Koçaryan ittiham olunur.

“1 mart” işi üzrə istintaq Ermənistanda baş tutan “məxməri” inqilaba qədər ölü nöqtədən tərpənməyib. İnqilab lideri Nikol Paşinyanın başçılığı altında yeni hökumət dərhal bu işin üstünə düşüb.

Nəticədə 2018-ci ilin iyulunda Robert Koçaryana qarşı artıq 1 mart 2008-ci il işi üzrə konstitusiya qurulunun devrilməsi ilə bağlı ittiham irəli sürülmüşdü.

İyuıun 28-də o bu ittihamla ilk dəfə həbs edilmişdi. Amma iki həftə sonra azad olunmuşdu. Apellyasiya Məhkəməsi ilk instansiya məhkəməsinin onun haqqında çıxardığı həbs qərarını qanunsuz elan etmişdi. Robert Koçaryanın eks-prezident kimi konstitusiyada təsbit olunan toxunulmazlıq hüququ buna əsas olmuşdu.

Daha sonra noyabrın 15-də kassasiya məhkəməsi işə yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarıb.

2018-ci il dekabrın 7-də apellyasiya məhkəməsi yenidən eks-prezidentin həbsi haqda qərar çıxarıb.

Həmin gündən Ermənistanın ikinci prezidenti yenidən həbsxanadadır.

Robert Koçaryan bəyan edir ki, onun işi vendettodur, hazırkı Ermənistan hakimiyyəti ondan qisas almağa çalışır.

Koçaryan həbsini niyə siyasi sifariş hesab edir?

Ermənistanın hazırkı baş naziri Nikol Paşinyan 2008-ci il prezident seçkilərində prezidentliyə namizəd Levon Ter-Petrosyanın maraqlarını təmsil edib. O, seçki nəticələri elan ediləndən sonra başlanan etiraz aksiyalarında fəal iştirak edib. 1 mart faciəsindən sonra müxalif siyasətçi kütləvi iğtişaşların təşkilində ittiham olunduğu üçün bir il dörd ay müddətində gizlənib.

1 iyul 2010-cu ildə Paşinyan könüllü şəkildə prokurorluğa gəlib, həbs olunub və yeddi il müddətinə azadlıqdan məhrum edilib. Bir il 11 aydan sonra Ermənistnın müstəqilliyinin 20 illiyinə həsr olunmuş amnistiyaya düşüb. Hüquq müdafiəçiləri hesab edirlər ki, hakimiyyət beynəlxalq strukturların təzyiqi altında bu addımı atmağa məcbur olub.

Koçaryanın oğlunun bəyanatı

Eks-prezidentin kiçik oğlu Levon Koçaryanın mayın 13-də məhkəmə başlamazdan əvvəl jurnalistlərə bildirib ki, atasına qarşı irəli sürülmüş ittiham şəxsi intiqamdır:

“Mən hesab edirəm ki, bu, konkret şəxsi ittihamdır və təbii ki, mən atamın dediyi, vəkillərimizin dediyi hər şeylə razıyam. Bütün bunları siz görürsüz, bizim nöqteyi-nəzərimizi sübut edən çox sayda fakt vardı”.

Həmin faktların nədən ibarət olması ilə bağlı suala Levon Koçaryan belə cavab verib:

“Məncə “İstəsək də, istəməsək də həbs təyin olunmalıdır” ifadəsi”.

Söhbət Ermənistanın güc strukturlarının – Milli Təhlükəsizlik Xidməti və Xüsusi İstintaq Xidməti rəhbərlərinin tülüfon danışıqlarının dinlənilməsi nəticəsində əldə edilən səs yazısındakı ifadəədn edir. istintaq xidmətinin rəhbəri Sasun Xaçatryan səs yazısında Robert Koçaryana qarşı ittiham irəli sürmək və eks-prezidenti həbs etmək üçün məhkəmə qərarı almaq  niyyətində olduğunu deyir.

Güc strukturlarının yüksək vəzifəli şəxsləri arasında şəxsi söhbətin səs yazısı yayılıb. Onlar nə haqda danışıb?

Ermənistan mediası cüg strukturları rəhbərilərinin danışığının dinlənilməsini Robert Koçaryanın tərəfdarları tərəfindən təşkil olunduğu ehtimalı haqda yazıb.

“1 mart” işi üzrə başqa adamların adı gedir?

Bu iş üzrə daha üç keçmiş yüksək vəzifəli şəxs məsuliyyətə cəlb olunub:

  • Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan (2008-ci ildə o, Silahlı Qüvvələrin Baş Qərargah rəisi vəzifəsində olub).
  • SQ Baş Qərargahının keçmiş rəisi, KTMT-nin keçmiş baş katibi Yuri Xaçaturov (2008-ci ildə ER müdafiə nazirinin müavini, Yerevan Harnizonunun rəisi vəzifəsini tutub),
  • Baş nazirin keçmiş müavini Armen Gevorqyan (2008-ci ildə prezident apparatı rəhbəri və Təhlükəsizlik Şurasının katibi vəzifələrini tutub).

Amma onlar hazırda azadlıqdadır. Ohanyan və Gevorqyana ölkədən çıxmamaq haqda iltizam imzalatdırılıb, Xaçaturov girov hesabına azadlığa buraxılıb.

Facebook Comments

More on JAMnews