Ermənistanın ikinci prezidenti özü Milli Təhlükəsizlik Xidmətinə gəlib – hökmün həyata keçirilməsi üçün ardınca müstəntiqin gəlməsini gözləməyib " />

Məhkəmə Ermənistanın eks-prezidenti Robert Koçaryanın həbsi ilə bağlı qərar qəbul edib

Ermənistanın ikinci prezidenti özü Milli Təhlükəsizlik Xidmətinə gəlib – hökmün həyata keçirilməsi üçün ardınca müstəntiqin gəlməsini gözləməyib

Ermənistan məhkəməsi ölkənin ikinci prezidenti Robert Koçaryanın həbsi ilə bağlı qərar qəbul edib. O, 2008-ci il kütləvi iğtişaşlar işi üzrə konstitusiya quruluşunu devirməkdə günahlandırılır.

Məhkəmə qərarı

Ermənistanın ikinci prezidenti Robert Koçaryanın həbsi ilə bağlı qərarı Apellyasiya Məhkəməsi qəbul edib. Daha doğrusu, bu, baş prokurorun Robert Koçaryanın azadlığa buraxılması ilə bağlı daha əvvəl qəbul olunmuş qərardan şikayət verməsi nəticəsində baş verib.

“Apellyasiya məhkəməsi ilk məhkəmə instansiyasının həbslə bağlı qərarını qüvvədə saxlayıb. Apellyasiya məhkəməsinin qərarına əsasən, Koçaryan həbs olunmalı idi”, – Robert Koçaryanın vəkillərindən biri, Hayk Alumyan bildirib.

• İnqilabdan sonrakı Ermənistan dekabrın 9-da yeni parlamentini seçməyə hazırlaşır

• Ermənistanda növbəti korrupsiya qalmaqalı baş verib. Parlament deputatını həbs gözləyir

Robert Koçaryanın müraciəti

Eks-prezident təslim olmaq üçün özü Milli Təhlükəsizlik Xidmətinə gəlib. Bundan dərhal sonra vəkillər mətbuat konfransı təşkil edib.

“Robert Koçaryan məhkəmənin hökm qərarını müstəntiqə göndərəcəyini və onun da hökmü həyata keçirmək üçün onun ardınca gələcəyini gözləməyib. O, könüllü şəkildə Milli Təhlükəsizlik Xidmərinə gəlib”, – Hayk Alumyan deyib.

Mətbuat konfransında Ermənistanın ikinci prezidentinin müraciəti də oxunub. Müraciətdə Robert Koçaryan bəyan edib ki, onun işi siyasi kontekst daşıyır və qərar hakimiyyətin sərt təzyiqi altında qəbul edilib. 

Növbəti addımlar

Robert Koçaryanın vəkilləri artıq bildiriblər ki, Avropa İnsan Haqları Məhkəməsinə müraciət etməyə hazırlaşırlar. Üstəlik onlar bununla paralel olaraq qərardan Ermənistan Kassasiya Məhkəməsinə də şikayət edəcəklər.

Robert Koçaryanın ilk həbsi və azad edilməsi

“1 mart” işi üzrə ilk dəfə Robert Koçaryan 28 iyul 2018-ci ildə həbs edilib. O zaman Yerevan ilk instansiya məhkəməsi bununla bağlı qərar qəbul edib. Xüsusi İstintaq Xidməti Robert Koçaryana qarşı konstitusiya quruluşunun devrilməsi ittihamını irəli sürüb.

Amma iki həftədən sonra Robert Koçaryan həbsdən azad edilib. Apellyasiya məhkəməsi ilk instansiya məhkəməsinin onun həbsi ilə bağlı çıxardığı qərarı qanuna zidd hesab edib.

Tarixçə

19 fevral 2008-ci il prezident seçkilərindən sonra Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın rəhbərlik etdiyi blokun tərəfdarları seçki nəticələrinə yenidən baxılmasını tələb etmişdi. Onlar bildirirdilər ki, əslində Levon Ter-Petrosyan qələbə qazanıb. On gün, martın 1-ə qədər minlərlə insan fasiləsiz aksiyalar keçirərək küçələri tərk etməmişdi.

2008-ci il matın 1-də nümayişi dağıdarkən silahdan istifadə edilmiş, insanlar həlak olmuşdi – səkkiz nəfər sadə vətəndaş, iki nəfər polis əməkdaşı. Bu hadisələr zamanı ölkə prezidenti Robert Koçaryan idi. O, fövqəladə hal elan etmişdi. Ötən 10 il müddətində “1 mart” işinin araşdırması heç bir nəticə vermədi. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, səsvermə nəticəsinə əsasən Serj Sarqsyan prezident seçilmişdi, amma həmin vaxt o, hələ vəzifə başında deyildi.


More on JAMnews