Robert Koçaryan artıq 2008-ci ildə konstitusiya quruluşunun devrilməsi ilə bağlı iş üzrə həbs olunmuşdu. O, özünə qarşı irəli sürülən heç bir ittihamı qəbul etmir " />

Ermənistanın ikinci prezidentinə qarşı yeni – böyük miqdarda rüşvət götürmə ittihamı irəli sürülüb

Robert Koçaryan artıq 2008-ci ildə konstitusiya quruluşunun devrilməsi ilə bağlı iş üzrə həbs olunmuşdu. O, özünə qarşı irəli sürülən heç bir ittihamı qəbul etmir

Ermənistanın Xüsusi İstintaq Xidməti ikinci prezident Robert Koçaryana yeni ittiham irəli sürüb. İndi də o xüsusilə böyük miqdarda rüşvət almaqda ittiham olunur.

Koçaryanı konkret olaraq nədə ittiham edirlər

Robert Koçaryana qarşı irəli sürülən yeni ittiham Silva Ambarsumyanın rüşvət vermək haqqında ərizəsi ilə bağlıdır.

Sahibkar Silva Ambarsumyan ötən ilin noyabr ayında bildirib ki, Ermənistanın eks-prezidentləri Robert Koçaryan və Serj Sarqsyan ondan böyük miqdarda rüşvət alıblar. Bu, Koçaryanın prezidentliyi dövründə olub. Serj Sarqsyan həmin vaxtlar baş nazir idi.

Məhkəmə Ermənistanın eks-prezidenti Robert Koçaryanın həbsi barədə qərar qəbul edib

Ermənistanın keçmiş prezidenti Robert Koçaryan konstitusiya quruluşunun devrilməsi ittihamı ilə həbs edilib

Ermənistanın eks-prezidenti Robert Koçaryan həbsən sonra siyasətə qayıdır

Ermənistanda ölkənin keçmiş prezidenti Robert Koçaryanı həbsdən azad ediblər

“Mən ərəblərlə müqavilə bağladım, mane olmasınlar deyə həm Ermənistanın prezidenti Robert Koçaryana, həm də baş nazir Serj Sarqsyana pul ödədim”, – o vaxt mətbuat konfransında Ambarsumyan bildirib.

Onun sözlərinə görə, söhbət ərəb şeyxinə mədənçıxarma şirkətinin 100% səhmlərinin satışından gedirdi. Müqavilənin məbləği 40 milyon dollar təşkil etdi.

Vəkillər nə deyir

Robert Koçaryanın vəkili Ruben Saakyan JAMnews-a bildirib ki, keçmiş prezident özünü bu iş üzrə günahkar saymır və siyasi motivli olduğunu düşünür:

“Koçaryan özünün günahkar bilmir, çünki bu, absurddur. Biz diletantlarla işləyirik, çünki onlar ölkə rəhbərliyinin siyasi istəyini əməl edir. Burada nədən danışmaq olar? Burada hüquqdan söhbət belə gedə bilməz. Silva Ambarsumyanın işi də buna aiddir”. 

Ruben Saakyan həm də bildirib ki, Silva Ambarsumyanın işi “1 mart” işi ilə bərabər eyni icraata götürülüb.

“Ümumiyyətlə aydın deyil ki, bunun “1 mart” işi ilə nə əlaqəsi var ki, eyni çərçivədə olsun [ittiham irəli sürülsün]”, – deyə keçmiş prezidentin vəkili Aram Orbelyan bildirib.

“1 mart” işi və ya Koçaryanın həbsinin ön tarixçəsi

Koçaryan artıq 2018-ci ilin dekabr ayından “1 mart” işi ilə bağlı həbsdədir. Söhbət 2008-ci il hadisələrindən gedir. Belə ki, prezident seçkilərindən sonra Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın tərəfdarlarının etiraz aksiyası keçirilirdi. Onlar onun qələbəsində əmin idilər və seçkilərin nəticələrinin yenidən nəzərdən keçirilməsini tələb edirdilər. Mərkəzi Seçki Komissiyası isə səsvermənin nəticəsində Serj Sarqsyanı qalib elan etdi.

Nümayiş dağıdılan zaman hərbi silahdan istifadə edildi, 10 nəfər həlak oldu. Həmin vaxt ölkə prezindenti hələ ki Robert Koçaryan idi. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, seçilən Serj Sarqsyan hələ vəzifə başına keçməmişdi. Buna görə də hazırda nümayişin dağıdılmasında və konstitusiya quruluşunun devrilməsində Koçaryan ittiham olunur.

“1 mart” işi üzrə istintaq Ermənistandakı “məxməri” inqilaba qədər aparılmırdı. İnqilabın lideri Nikol Paşinyanın başçılığı altında yeni hökumət dərhal bu işdən yapışdı.

Nəticədə, 2018-ci ilin iyul ayında Robert Koçaryana qarşı artıq 1 mart 2008-ci il hadisələri ilə bağlı iş üzrə konstitusiya quruluşunun devrilməsi ittihamı irəli sürülüb.

İyulun 28-də o, ilk dəfə “1 mart” işi üzrə həbs olunub. Amma iki həftə sonra buraxılıb. Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin onun həbsi ilə bağlı qəbul etdiyi qərarı qanunsuz elan edib. Azad etmə üçün əsas Robert Koçaryanın keçmiş prezident kimi toxunulmazlığı ilə bağlı konstitusiya maddəsi oldu.

Sonra, noyabrın 15-də Kassasiya Məhkəməsi işi yeni istintaqın aparılması üçün Apellyasiya Məhkəməsinə göndərib.

Dekabrın 7-də Apellyasiya Məhkəməsi keçmiş prezidentin təkrar həbsi ilə bağlı qərar qəbul edib.

Həmin gündən etibarən də Ermənistan prezidenti həbsdədir. Eks-prezidentin çoxsaylı vəsatətləri və şikayətləri uğursuz olub.

Robert Koçaryan özünə qarşı irəli sürülən ittihamları qəbul etmir və bildirir ki, Ermənistanın indiki hakimiyyəti ondan qisas almağa çalışır.

 Koçaryan niyə öz həbsini siyasi sifariş hesab edir

Ermənistanın indiki baş naziri Nikol Paşinyan 2008-ci il prezident seçkilərində prezidentliyə namizəd Levon Ter-Petrosyanın maraqlarını müdafiə edib. O, seçkilərin nəticələri elan olunandan  sonra başlayan etiraz aksiyalarında da fəal iştirak edib. Faciəvi 1 mart hadisələrindən sonra müxalifətçi 1 il 4 ay müddətinə kütləvi iğtişaşların təşkili ittihamlarına görə gizli fəaliyyətə keçib.

1 iyul 2010-cu ildə Paşinyan könüllü şəkildə prokurorluğa gəlib və 7 il müddətinə həbs olunub. 1 il 11 aydan sonra Ermənistanın müstəqilliyinin 20 illiyi ilə bağlı keçirilən amnistiyaya düşür. Hüquq müdafiəçiləri hesab edir ki, hakimiyyət beynəlxalq qurumların təzyiqi altında bu addımı atmalı olublar.


More on JAMnews