Ermənistanda koronavirusdan bir gündə iki nəfər ölüb
Ermənistanda bir gündə koronavirusdan iki nəfər ölüb.
Aprelin 10-da səhər koronavirusdan başqa ikitərəfli pnevmoniyadan əziyyət çəkən 72 yaşlı kişinin öldüyü haqda məlumat yayılıb.
“Bundan başqa, xəstənin xronoloji xəstəlikləri – yüksək arterial təzyiqi, prostat vəzinin adenoması da olub”, – Erçəmistan Səhiyyə Nazirliyinin mətbuat katibi Alina Nikoqosyan Facebook səhifəsində yazıb.
- Qafqazda koronavirus. Koronavirus epidemiyası ilə bağlı xəbərlər və hadisələr
- Yerevanda epidemiya, fövqəladə vəziyyət – bu necə görünür? Video
On ikinci xəstənin ölümü haqda bir qədər sonra səhiyyə naziri Arsen Torosyan parlamentin səhiyyə və sosial məsələlər üzrə komissiyasının iclasında bildirib.
Nazir qeyd edib ki, xəstənin ölümü ilə bağlı hələlik rəsmi məlumat yoxdur, amma onun 81 yaşlı kişi olduğu məlumdur. Torosyanın sözlərinə görə onun da əlavə xəstəlikləri olub.
“Bizim məqsədimiz ölüm halının aşağı səviyyədə saxlanılmasıdır. Biz özümüzü xəstəxana fondu və ağciyərlərin süni ventilyasiyası aparatları sarıdan əmin hiss edirik… Amma biz ən pis ssenarilərə hazır olmalıyıq”, – nazir bildirib.
İndi artıq ölkədə 12 ölüm, 937 yoluxma halı qeydə alınıb, 149 nəfər sağalıb.
Koronavirusun daha çox yayılmasının qarşısının alınması məqsədilə martın 16-dan aprelin 14-ə qədər Ermənistanda fövqəladə vəziyyət elan edilib. Ərzaq mağazaları və apteklərdən başqa bütün obyektlər bağlıdır.
Martın 25-dən insanların hərəkətinə sərt məhdudiyyət gətirilib. Evdən ancaq xüsusi ehtiyac olduğu təqdirdə, həm də şəxsiyyəti təsdiq edən vəsiqə və doldurulmuş “hərəkət anketi” ilə çıxmaq mümkündür. Anketdə hər kəs öz şəxsi məlumatlarını, evdən çıxma məqsədini və ehtimal olunan qayıtma saatını qeyd etməlidir. Pozuntulara polis nəzarət edir.
Bütün ictimai nəqliyyat, o cümlədən də metro dayandırılıb.