Ermənistanda on birinci ölüm və yeni 16 yoluxma halı
Aprelin 10-u səhər Ermənistanda koronavirusdan on birinci ölüm qeydə alınıb. Ölən şəxs 72 yaşlı kişi olub.
“Pasiyentdə ikitərəfli pvevmoniya ilə müşayiət olunan koronavirus xəstəliyi təsdiqlənmişdi. Bundan başqa onda xroniki xəstəliklər – yüksək arterial təzyiq, prostat vəzinin adenoması müşahidə olunurdu”, – Facebook səhifəsində Ermənistan Səhiyyə Nazirliyinin mətbuat katibi Alina Nikoqosyan yazıb.
Aprelin 10-u səhər 16 yeni yoluxma halı da təsdiqlənib. Yoluxanların ümumi sayı 937 nəfərə çatıb. Sağalanlar 149 nəfərdir, 777 nəfər hələ də stasionarda saxlanılır. 5160 keçirilmiş test mənfi nəticə verib.
Martın 16-dan aprelin 14-ə qədər koronavirisin daha da yayılmasının qarşısını almaq üçün Ermənistanda fövqəladə vəziyyət elan olunub. ərzaq mağazası və apteklərdən başqa bütün obyektlər bağlıdır.
Martın 25-dən insanların hərəkətinə ciddi məhdudiyyət tətbiq olunub. Evdən yalnız xüsusi ehtiyac olduğu zaman, üzərində pasport və doldurulmuş “hərəkət anketi” ilə çıxmaq mümkündür. Həmin anketdə hər kəs öz şəxsi məlumatını, evdən çıxma məqsədi və qayıtması ehtimal olunan saat göstərilməlidir. Rejimin pozulmasına polis nəzarət edir.
Bütün ictimai nəqliyyatın, o cümlədən də metronun hərəkəti dayandırılıb.
Yerevanda epidemiya, fövqəladə vəziyyət – bu necə görünür? Video