Koronavirus

Koronavirus və ya COVID-19 koronavirus infeksiyasının yayılması 2019-cu il dekabrın sonunda Çinin Xubey əyalətinin Uhan şəhərində başlayıb. Virus ildırım sürətilə yayılıb. 2019-cu il dekabrın 31-də Çin hakimiyyəti Ümumdünya Səhiyyə Təşkilatına naməlum mənşəli pnevmaniyanın yayılması haqda məlumat verib. 2020-ci il yanvarın 22-dən Uhan şəhəri və ətraf rayonlar karantinə bağlanıb. Buna baxmayaraq, virus Çinin demək olar ki, bütün əyalətlərinə, daha sonra isə bütün dünyaya yayılıb.

 

Çindən kənarda koronavirusun ən çox yayılma ocaqları Cənubi Koreya, Yaponiya, İran və İtaliyada qeydə alınıb. Ümumdünya Səhiyyə Təşkilatı mümkün pandemiya haqda xəbərdarlıq edib.

 

Xəstəliyin dünyada yayılmasını onlayn-xəritədən izləmək mümkündür.

 

Uhanda peyda olana qədər bu koronavirus haqda heç kimə heç nə məlum deyildi. Böyük ehtimalla bu virus insana hansısa vəhşi heyvandan keçib, amma alimlər hələ virusun mənşəyi ilə bağlı dəqiq mənzərəni verə bilmirlər.

Rusiya pandemiya piki astanasında

Hökumət yeni vergilər tətbiq edir, varlılar tibbi texnika alır, mütəxəssislər karantin tələb edir, sakinlər isə təbiətdə kabab çəkir

Ən Populyar

Xəbərlər

Multimedia