COVID-19 Gürcüstanda daha bir can aldı
Bu, Gürcüstanda pandemiya başlanandan ikinci ölüm halıdır
Aprelin 5-i saat 10:00-a olan məlumata əsasən, Gürcüstanda 170 koronavirusa yoluxma halı qeyd edilib. 5526 nəfər kanartində, 344 nəfər stasionarda nəzarət altında saxlanılır. Yoluxanlardan 36 nəfər sağalıb, 2 nəfər ölüb.
Birinci Universitet Klinikasının rəhbəri Levan Ratianinin sözlərinə görə, 81 yaşlı pasiyentin vəziyyəti ölümcül olub. O, infarkt miakarda keçirib, ikitərəfli pnevmoniyadan və yüksək təzyiqdən onda ürək çatışmazlığı yaranıb.
- Gürcüstanda koronavirusdan ilk ölüm halı
- Gürcüstanın bütün ərazisində sərt karantin və komendant saatı tətbiq olunub
- Gürcüstanda koronavirusun daxili yayılması təhlükəsinə görə iki şəhər – Marneuli və Bolnisi təcrid olunub
Gürcüstanda pandemiyaya qarşı mübarizə məqsədilə martın 21-dən fövqəladə vəziyyət elan olunub. Koronavirusun daxili yayılması təhlükəsi səbəbilə Marneuli və Bolnisi şəhərlərinin giriş və çıxışları bağlanıb. Martın 31-dən bütün Gürcüstan ərazisində 21:00-dan 6:00-a qədər komendant saatı tətbiq olunub.