Qafqazda koronavirus. 26-28 mart, 2020
-
Ermənistanda 35 yeni yoluxma halı, ümumilikdə 407 oldu
Yerevanda İnfeksion Mərkəzin reanimasiyasında 13 pasiyent var, onlardan ikisinin vəziyyəti kritik ağırdır.
Daha iki nəfər ağır, amma stabil vəziyyətdədir.
Qalan 9 nəfərin vəziyyəti stabildir.
28 nəfər sağalıb və xəstəxanadan evə buraxılıb.
Ermənistanda bir xəstə qadın martın 26-da vəfat edib.
-
Gürcüstanda 4 yeni yoluxma halı
Ümumilikdə Gürcüstanda koronavirusa yoluxanların sayı 85 nəfərə çatıb.
14 nəfər sağalıb və xəstəxanadan evə buraxılıb.
4,641 nəfər karantində, 239 nəfər stasionardadır.
Altı pasiyent kritik vəziyyətdədir.
Yoluxanlar arasında bir hamilə qadın və 10 uşaq var. Uşaqlardan ən balacası 2 yaşındadır. Bildirildiyinə görə, onların hamısının vəziyyəti yaxşıdır.
-
Ermənistanda 43 yeni yoluxma halı, ümumilikdə 372 nəfər oldu
28 nəfər sağalıb.
Bir pasiyent martın 26-da ölüb.
-
Azərbaycanda 43 yeni yoluxma halı, ümumilikdə 165 oldu
-
Gürcüstan Çinin “Shenzhen Bioeasy Biotechnology” şirkəti ilə koronavirusun yoxlanılması üçün ekspress-testlərin alınması haqda müqaviləni keyfiyyətlə bağlı şübhə olması səbəbilə pozub
215 min test almaq planlaşdırılmışdı, müqavilə məbləği 1 milyon 182.500 dollar təşkil edirdi.
İspaniyadakı tədqiqatlar göstərib ki, bu şirkətin istehsal etdiyi testlər yoluxmuş insanların yalnız 30 faizində koronavirusu aşkarlamağa imkan verir.
Bundan başqa İspaniya mediasının məlumatına əsasən, “Shenzhen Bioeasy Biotechnology” şirkətinin test satmaq üçün lisenziyası yoxdur.
-
Ermənistanda 39 yeni yoluxma halı, ümumilikdə 329 nəfər oldu
18 nəfər sağalıb.
Bir pasiyent martın 26-da ölüb.
-
Gürcüstanda 4 yeni yoluxma halı, ümumilikdə 81 oldu
6 pasiyentin vəziyyəti ağırdır.
Ümumilikdə yoluxanlardan 13 nəfər sağalıb.
4,505 nəfər karantində, 247 nəfər stasionarda saxlanılır.
-
Saakaşvilinin kitabxanası Qərbi Gürcüstanda izdihamlı aksiya toplayıb, maska və əlcək paylayıb. Epidemioloqlar qəzəblənib
Çox sayda insanın iştirak etdiyi bu aksiya Qərbi Gürcüstanda, Zuqdidi şəhərində baş tutub. Burada eks-prezident Mixail Saakaşvilinin yaratdığı prezident kitabxanası əhaliyə tibbi maska, əlcək və sanitayzerlər paylayıb.
Gürcüstanda fövqəladə vəziyyət hökm sürür, 10 nəfərdən artıq insanın toplaşdığı istənilən tədbir qadağandır.
Xəstəliklərə Nəzarət Mərkəzi aksiyanı kəskin tənqid edib, çünki bu tədbir koronavirusun daha da yayılması təhlükəsi daşıyır.
“Hazırda piar üçün çox pis zamandır. Evləri gəzib, bu əşyaları ailələrə paylamaq olardı axı”, – mərkəz rəhbəri Paata İmnaişvili deyib.
Kitabxana nümayəndələri bildirirlər ki, insanlar tövsiyə olunmuş iki metrlik məsafəni gözləyiblər.
-
Azərbaycanda koronavirus: üçüncü ölüm, 26 yeni yoluxma halı, beş yeni sağalan
Azərbaycanda koronavirusdan üçüncü ölüm və 29 yeni yoluxma halı qeydə alınıb.
Bununla yanaşı daha əvvəl yoluxan beş nəfər sağalıb və xəstəxanadan evə buraxılıb.
Üçüncü qurbanın 59 yaşlı kişi olduğu və martın ortasında Türkiyədən gəldiyi məlumdur. “Report”un verdiyi məlumata görə, o, xroniki bronxitdən əziyyət çəkirmiş. Mərhumun ailə üzvləri və onunla təmasda olan digər insanlar karantin altına alınıb.
Beləliklə, Azərbaycanda virusa yoluxanların sayı 122 nəfərə çatıb.
3 nəfər ölüb, 15 nəfər isə sağalıb.
Virusun üzə çıxarılması üçün 20 000-dən çox test edilib.
Region sakinləri arasında ilk yoluxma halları qeydə alınıb.
-
Ermənistanda koronavirusdan ilk ölüm halı
Ermənistan Səhiyyə Nazirliyinin mətbuat katibi Alina Nikoqosyanın verdiyi məlumata əsasən, xroniki xəstəlikləri olan 72 yaşlı kişi vəfat edib. Azərbaycanda üçüncü, Ermənistanda isə ilk ölüm
-
Gürcüstanda 3 yeni yoluxma halı, ümumilikdə 77 oldu
6 pasiyentin vəziyyəti ağırdır.
Ümumilikdə yoluxanlardan 10 nəfər sağalıb.
4055 nəfər karantində, 252 nəfər stasionarda saxlanılır.
Martın 21-də koronavirus pandemiyasının qarşısını almaq üçün Gürcüstanda fövqəladə vəziyyət elan olunub.
Martın 23-də daxili yayılma səbəbilə Marneuli və Bolnisi şəhərləri bağlanıb.
-
Ermənistanda 25 yeni yoluxma halı, ümumilikdə 290 nəfər oldu
İki pasiyentin vəziyyəti çox ağır kimi dəyərləndirilir. 18 nəfər sağalıb.
Martın 16-dan Ermənistanda fövqəladə vəziyyət qüvvədədir.
Şəhərlərarası nəqliyyat dayandırılıb, sakinlər evlərində qalmağa məcburdurlar. Xüsusi ehtiyac olduğu təqdirdə küçəyə çıxarkən üzərlərində pasport və doldurulmuş xüsusi anket olmalıdır, bu anketdə hansı saatda və hansı məqsədlə evdən çıxdığı göstərilməlidir.
-
Koronavirus pandemiyası ilə bağlı Qafqazda hadisələrin ötən xronikası