ABŞ Dövlət Departamenti etiqad azadlığı ilə bağlı 2016-cı ilə olan hesabatını dərc edib " />

ABŞ Dövlət Departamenti: Gürcüstanda etiqad azadlığı məsələlərində problemlər qalır

ABŞ Dövlət Departamenti etiqad azadlığı ilə bağlı 2016-cı ilə olan hesabatını dərc edib

ABŞ Dövlət Departamentinin 200 dövlətdə din azadlığı məsələlərinin öyrənilməsinin nəticələrinin əks olunduğu hesabatında 13 səhifə Gürcüstana həsr olunub.

Gürcüstan ekspertlərinin qiymətinə görə, Gürcüstan üçün nəticələr ağırdır və ölkədə dini azlıqların qarşılaşdığı ciddi problemlərdən xəbər verir.

Sənəddə qeyd olunur ki, Gürcüstan Konstitusiyasının dövlət tərəfindən etiqad azadlığını, dini konfessiyaların bərabərhüquqluluğunu təmin etməsinə baxmayaraq, Gürcüstanda pravoslav kilsənin üstün vəziyyəti problem olaraq qalır, çünki başqa dini qrupların bu üstünlüyü yoxdur.

Hesabata əsasən, söhbət sovet dövründə müsadirə olunan binaların qaytarılmasından gedəndə, hökumət pravoslav kilsəsinə üstünlük verir, başqa konfessiyaların isə belə bir hüququ olmur. Nümunə kimi Tbilisidə üç, Samtsxe-Cavaxetidə bir kilsəni qaytarmağa çalışan, amma buna nail ola bilməyən Erməni Apostol Kilsəsi göstərilir.

Hesabata həm də dini əlamətlərə görə 19 hüquq pozuntusu halı daxil edilib ki, qeyri-hökumət təşkilatları və ombudsmen institutunun məlumatına görə, onların araşdırılması effektiv aparılmır.

Hesabatda dini azlıqların nümayəndələrinə qarşı zorakılıq halları haqqında informasiyaya diqqət çəkilir. Konkret olaraq, “İyeqova şahidləri”nə 11 hücum faktı.

Hesabatda Gürcüstan ordusunda xidmət edən müsəlmanlar üçün ilk ibadətxananın açılması faktı proqressiv bir addım kimi qiymətləndirilir, bununla belə həm də qeyd olunur ki, penitensiar müəssisələrdə ancaq pravoslav kilsələr fəaliyyət göstərməyə davam edir və başqa dinlərin nümayəndələri üçün ibadətxanaların olmaması həll olunmayan problem olaraq qalır.

Hesabatda Abxaziya və Cənubi Osetiyada pravoslav kilsə obyektlərinə zərərin yetirilməsi, həm də Abxaziyada dini ibadətlər zamanı Gürcü Pravoslav Kilsəsinin xadimlərinin hüquqlarının pozulması faktları qeyd olunur.

Hesabat ancaq 2016-cı ilə toxunur. 2017-ci ilə aid hesabat gələn il açıqlanacaq.

 


More on JAMnews