Ilham Əliyev

Ilham Əliyev

İlham Əliyev (1961-ci il dekabrın 24-də anadan olub) – 2003-cü ildən Azərbaycanın prezidentidir. Ona qədər bu vəzifəni atası Heydər Əliyev tutub – 1993-cü ildən 2003-cü ilə qədər.

 

Heydər Əliyev öldüyü zaman İlham Əliyev artıq ölkənin baş naziri, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti və iqtidarda olan Yeni Azərbaycan Partiyasının sədr müavini idi.

 

İlham Əliyev 4 dəfə prezident seçilib – 2003, 2008, 2013 və 2018-ci illərdə. 2009-cu ildə ölkədə Konstitusiyaya dəyişiklik edilməsi üçün referendum keçirilib. Qəbul edilmiş bu dəyişikliklərə əsasən, ardıcıl prezident seçilməklə bağlı məhdudiyyət aradan qaldırılıb.

 

İlham Əliyevin həyat yoldaşı Mehriban Əliyeva hazırda vitse-prezident vəzifəsini tutur.

 

Azərbaycanda Heydər Əliyev tərəfindən qurulan və İlham Əliyev tərəfindən davam etdirilən rejim bir çox beynəlxalq təşkilatlar və müstəqil ekspertlər tərəfindən avtoritar və repressiv hesab olunur. Onlar həmçinin ölkədə seçki şəffaflığı, insan haqları və söz azadlığı ilə bağlı ciddi problemlərin olduğunu bildirirlər.

Ən Populyar

JAMnews-u dəstəkləyin

Biz JAMnews-da müstəqil redaksiya siyasəti seçmişik. Siz bizi dəstəkləyəcəksiz? Yoxlanılmış faktlar, balanslı, ağlabatan izahlar – JAMnews məhz bu cür jurnalistika ilə təmin etmək istəyir. Biz çoxsaylı komandayıq – regionun hər yanında yaşayan redaktorlar və jurnalistlər. Heç kim bizim üçün gündəm yaratmır, heç kim bizim redaktorları redaktə etməyə cəsarət etməz – buna görə də, biz sizə hər gün hadisələri reallığa maksimum yaxın nəql edirik. Sizin istənilən köməyiniz bizə işimizi davam etməyə dəstək olacaq və bir fincan qəhvənin dəyəri olan 1 dollar bizim üçün çox önəmlidir. Təşəkkür edirik!

JAMnews-u dəstəkləyin