Yerevanlılar Azərbaycanla sülh barədə: video-sorğu
Ermənistan-Azərbaycan sərhədində uzun müddətdir sakitlik hökm sürür. Artıq iki ildir ki, tərəflər bir-birinə atəş açmır. Ermənistan və Azərbaycanın liderlərinin dediyi kimi, bu, Yerevan və Bakı arasında aparılan ikitərəfli danışıqların nəticəsidir. Onilliklər boyu düşmən münasibətdə olan iki ölkə yekun sülhə yaxınlaşır.
2025-ci ilin avqustunda Vaşinqton sammiti keçirilib. ABŞ prezidentinin vasitəçiliyi ilə Nikol Paşinyan və İlham Əliyev birgə bəyannamə imzalayaraq “yaxşı qonşuluq münasibətləri yoluna daxil olduqlarını” elan ediblər, xarici işlər nazirləri isə sülh sazişini paraflayıblar.
Bundan əlavə, Yerevan və Bakı nəhayət regional kommunikasiyaların açılması ilə bağlı razılığa gəlib. Bu məsələ uzun müddət tərəflərin yanaşmalarındakı fərqlər səbəbindən demək olar ki, həllolunmaz görünürdü. Lakin bütün mübahisələr TRIPP (Trump route for international peace and prosperity — “Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu”) layihəsi sayəsində aradan qalxdı. Bu marşrut Azərbaycanı onun eksklavı olan Naxçıvanla Ermənistan ərazisindən keçərək birləşdirəcək.
Bir neçə il ərzində tərəflər bu məsələ ilə bağlı razılığa gələ bilmirdi. Azərbaycan “Zəngəzur dəhlizi” adlandırdığı yolun verilməsini tələb edirdi. Ermənistan hakimiyyəti isə bütün yolların açılmasına hazır olduqlarını bildirir, lakin “dəhliz” terminini qəbul etmirdilər, çünki bu, həmin ərazi üzərində suveren hüquqların itirilməsi deməkdir.
Yalnız avqustun 8-də Vaşinqtonda Ermənistan və Azərbaycan liderləri konsensusa gəliblər. Qərara alınıb ki, yol Ermənistanın suveren nəzarəti altında qalacaq, ABŞ isə açılma prosesinə biznes tərəfdaş kimi qoşulacaq. Bununla əlaqədar layihə vasitəçinin adı ilə “Tramp marşrutu” adlandırılıb.
Həm Ermənistanın baş naziri, həm də Azərbaycanın prezidenti bildirir ki, ölkələr arasında sülh artıq əldə olunub.
Bəs Ermənistan sakinləri bu barədə nə düşünür, 30 ildən çox davam edən münaqişədən sonra sülh mümkündürmü? JAMnews Yerevan sakinləri arasında sorğu keçirib.