“Təşəkkür, əzizim!” – karantində rahat olan bakılı qadının minnətdarlığı
Azərbaycanda evdən çıxmaq qadağan olunub: bəziləri adi günlərdən daha çox əylənir
“Martın 28-də doğum günüm idi. Və məni təbrik edən hər kəs mütləq əlavə edirdi ki, məyus olma, gələn il necə lazımdır, virussuz və karantinsiz qeyd edərsən.
Onların heç ağlına da gəlmir ki, doğum günümün bu günlərə təsadüf etdiyi üçün mən hətta şadam. Adətən mən çox fikirləşirəm ki, hara gedim, necə qeyd edim, kimi çağırım, heç nə eləmək istəmirəm, “amma lazımdır” və sair.
Karantin isə mənim əvəzimə qərar qəbul etdi. Təşəkkür, əzizim!”
- Azərbaycanda karantin rejimi on minlərlə insanı işsiz qoyub
- “Mən koronavirusdan yox, darıxmaqdan öləcəm”, – karantin rejimi dövründə bakılı nəyə ehtiyac duyur?
Bakılı Tara karantin günləri onu hətta sevindirir və o özünü daha rahat hiss edir. zarafatla deyir ki, evdə otura bilməyənlərə onlayn təlimlər keçə bilər.
“Mən beynəlxalq təşkilatda işləyirəm, hələ martın əvvəlindən bizi distant fəaliyyətə keçiriblər. Mən tək yaşayıram və xüsusi olaraq hardasa əylənmirəm. Səs-küylü kafelərdənsə dostlarla mətbəxdə oturmaq mənim daha çox ürəyimcədir.
Yəni karantinə qədər də mən axşamları daha çox evdə keçirirdim. Amma bununla yanaşı özümü bir növ yanlış hiss edirdim. Sanki bütün dünya şənlənir, mən isə oturub dəhşət filmlərinə baxıram.
Mənə elə gəlirdi ki, mən divanda uzandığım müddətdə həyat yanımdan axıb gedir. İndi isə mən tək deyiləm, anlayırsan? Bütün dünya divanda uzanıb.
Bir də belə bir məqam var. İnsanların harasa tələsməyinə ehtiyac yoxdur, qaçhaqov keçib, vaxt çoxalıb vəonlar daha ünsiyyətcil, yumşaq, bir0birinə daha diqqətcil olublar.
Məsələn, 30 ildir dostluq elədiyim və bunun 25 ilini İsraildə yaşayan bir rəfiqəm doğum günümü unuda bilərdi. Bu il isə internetlə evimə meyvə səbəti sifariş verib. Yeri gəlmişkən, bunda bir növ təmas effekti var.
Digər dostlarım və tanışlarım da daha ünsiyyətcil və mülayim olub, bu ünsiyyət virtual olsa da. Əsl möcüzədir.
Başa düşürəm ki, bu, çox eqoistcə səslənir. Ətrafda belə dəhşət baş verir, insanlar xəstələnir, ölür, işini itirir. Amma yalan danışmaq istəmirəm – mən özümü bu günlərdə rahat hiss edirəm.
Əlbəttə, səfərlər, insanlar və baristadan ləzzətli kofe üçün darıxıram. Və ümid edirəm ki, insanlar arasında yaranmış bu yaxınlıq və istilik karantinlə birlikdə bitməyəcək”.
31 mart səhər saatlarına olan rəsmi məlumata əsasən, Azərbaycanda 273 Covid-19 virusuna yoluxma halı qeyd edilib. Yoluxanlardan dörd nəfər ölüb, iyirmi altı nəfər artıq sağalıb. Ölkədə gücləndirilmiş karantin rejimi tətbiq edilib.