Dağlıq Qarabağ ətrafında hərbi əməliyyatlar başlayandan sonra Azərbaycanın Tərtər rayonu intensiv artilleriya atəşinə tutulur. Həlak olanlar və yaralananlar var, çoxları evini tərk etməli olub. «Кавказский узел» nəşrinin jurnalistləri cəhbəyanı bölgədə olublar.
Yerli sakinlərin bildirdiyinə görə, onlar artıq 30 ildir ki, müharibə şəraitində yaşayırlar, amma bu miqyasda atışma heç vaxt olmayıb. Onlar deyirlər ki, onilliklər boyu qorxu və səksəkə içində yaşamaqdan yorulublar və tezliklə qarşıdurmanın bitməyinə ümid edirlər.
Azərbaycanın Tərtər şəhərinin atəşə tutulmasının nəticələri. Foto: Əziz Kərimov, “Kavkazskiy Uzel”
Sentyabrın 27-dən Dağlıq Qarabağ ətrafında və Azərbaycan-Ermənistan sərhədində genişmiqyaslı hərbi əməliyyatlar davam edir. Azərbaycanın Baş Prokurorluğunun məlumatına əsasən, Ermənistan silahlı qüvvələrinin atəşi nəticəsində 24 yerli sakin həlak olub.
İndi Tərtər şəhəri və ətraf kəndlərdə qalmaq təhlükəlidir, kişilər ailələrini digər rayonlara, qohumlarının yanına aparırlar.
Azərbaycanın Tərtər şəhərinin atəşə tutulmasının nəticələri. Foto: Əziz Kərimov, “Kavkazskiy Uzel”Azərbaycanın Tərtər şəhərinin atəşə tutulmasının nəticələri. Foto: Əziz Kərimov, “Kavkazskiy Uzel”Azərbaycanın Tərtər şəhərinin atəşə tutulmasının nəticələri. Foto: Əziz Kərimov, “Kavkazskiy Uzel”
Tərtər rayonunun Ələsgərli kəndinin 63 yaşlı sakini Kamil Quliyev özü gecələr Bərdə şəhərində sığınacağa çevrilmiş çayxanada qalır.
Gündüz isə öz kəndinə gedir ki, mal-qarasını, toyuq-cücəsini yemləsin, amma çox qalmır, gecələr atışma daha intensiv olur.
Azərbaycanın Bərdə şəhərində hərbçilər tabutda cəhbədə həlak olmuş silahdaşlarının nəşini dəfn etməyə aparırlar. Foto Əziz Kərimov, “Kavkazskiy Uzel”Azərbaycanın Tərtər şəhərinin atəşə tutulmasının nəticələri. Foto: Əziz Kərimov, “Kavkazskiy Uzel”Azərbaycanın Tərtər şəhərində yerli sakin yarıdağılmış evinin həyətində. Foto: Əziz Kərimov, “Kavkazskiy Uzel” Azərbaycanın Tərtər şəhəri atəşə tutulandan sonra yerli sakin. Foto: Əziz Kərimov, “Kavkazskiy Uzel”