Qafqazda koronavirus. Ermənistanda əhalini yoluxmadan profilaktika üçün deksametazon qəbulundan çəkinməyə çalışırlar
-
Statistika: xəstələnib, ölüb, sağaldıb - Azərbaycan, Ermənistan, Gürcüstan
Azərbaycan Ermənistan Gürcüstan Yeni hallar 491 560 8 Cəmi xəstələnib 12 729 20 268 906 Yeni ölümlər +6 +18 0 Ümumilikdə ölüb 154 350 14 Bərpa edildi 6 799 9 002 755 -
Ermənistanda əhalini yoluxmadan profilaktika üçün deksametazon qəbulundan çəkinməyə çalışırlar
Ermənistanda sutka ərzində 551 yeni yoluxma və 13 ölüm halı qeydə alınıb. Ümumilikdə pandemiya başlayandan 19708 nəfər yoluxub, onlardan 332 nəfər ölüb, 8854 nəfər sağalıb.
Ermənistanda deksametazon dərmanının bumu başlayıb, bu preparatdan kütləvi şəkildə yoluxmanın qarşısını almaq məqsədilə istifadə edirlər. Bu ajiotaj Böyük Britaniyada preparatın uğurlu kliniki sınağı haqda məlumat yayılandan sonra başlayıb. Səhiyyə Nazirliyi özünümüalicənin təhlükəsi ilə bağlı bəyanatla çıxış edib:
“Deksametazon tərkibli preparatlar… immun sistemini zəiflədir, mövcud və ya gizli xəstəliklərin kəskinləşməsi təhlükəsi yaradır”.
• “Qıfıl altında”: ermənistanlı əmək miqrantları Rusiyaya gedə bilmir
-
Statistika: xəstələnib, ölüb, sağaldıb - Azərbaycan, Ermənistan, Gürcüstan
Azərbaycan Ermənistan Gürcüstan Yeni hallar 438 459 2 Cəmi xəstələnib 11 329 19 157 895 Yeni ölümlər +4 +10 0 Ümumilikdə ölüb 143 319 14 Bərpa edildi 6 325 8 266 741 -
Gürcüstanda Sameqrelo regionunda yeni yoluxma ocağının yaranması təhlükəsi var
Zuqdididə yeni koronavirusa yoluxma halı qeydə alınıb. Epidemioloqların fikrincə, Gürcüstanda sutka ərzində cəmi iki yeni yoluxma təsdiqlənib. Pandemiya başlayandan yoluxanların ümumi sayı 895 nəfərə çatıb. Onlardan 14 nəfər ölüb, 741 nəfər sağalıb.
Gürcüstanın qərbində Sameqrelo regionunda yeni yoluxma təhlükəsi yaranıb. 55 yaşlı kişi iyunun 12-də Yuxarı Lars yerüstü nəzarət-keçid məntəqəsi vasitəsilə Rusiyadan Gürcüstana keçib. O, karantin altında olub, amma ona Zuqdidi şəhərində qardaşının dəfnində iştirak etməyə icazə verilib. Orada onun onlarla insanla təmasda olduğu ehtimal edilir. İndi onun koronavirusa yoluxduğu təsdiqlənib, buna görə də ailə üzvləri və bir neçə digər insan artıq təcrid olunub.
-
Statistika: xəstələnib, ölüb, sağaldıb - Azərbaycan, Ermənistan, Gürcüstan
Azərbaycan Ermənistan Gürcüstan Yeni hallar 338 665 5 Cəmi xəstələnib 11 329 18 698 893 Yeni ölümlər +6 +7 0 Ümumilikdə ölüb 139 309 14 Bərpa edildi 6 192 6 560 739 -
Ermənistanda kəskin yoluxma artımı davam edir, baş nazir küçədə maska paylayır, video
Ermənistanda sutka ərzində 665 yeni yoluxma halı və 7 ölüm olub. Ümumilikdə, pandemiya başlayandan 18 698 nəfər yoluxub, onlardan 309 adam ölüb, 6 560 nəfər sağalıb.
Baş nazir Nikol Paşinyan:
“Biz kütləvi şəkildə maska taxmamağa davam edirik. Vətəndaşlarla dialoqda formalaşan hökumət onları öz sağlamlığının qeydinə qalmağa məcbur etməlidirmi?”
Ermənistanda bütün bizneslər və ictimai nəqliyyat işləyir, amma hər yerdə və həmişə maska taxmaq tələbi qoyulub. Avtobuslar və marşrut taksiləri mütəmadi olaraq dezinfeksiya olunur.
Elan edilib ki, sərhədlər azı iyulun 1-nə qədər bağlı qalacaq.
Koronavirusun iqtisadi fəsadlarını aradan qaldırmaq üçün kimə və necə yardım edilir?
-
Statistika: xəstələnib, ölüb, sağaldıb - Azərbaycan, Ermənistan, Gürcüstan
Azərbaycan Ermənistan Gürcüstan Yeni hallar 329 544 9 Cəmi xəstələnib 10 991 18 033 888 Yeni ölümlər +7 +9 0 Ümumilikdə ölüb 133 302 14 Bərpa edildi 6 075 6 814 731 -
Gürcüstanda ümumilikdə 119 tibb işçisi koronavirusa yoluxub, 1 nəfər ölüb
Ölən tibb işçisi Kvemo Kartli regionundan olan 70 yaşlı tibb bacısıdır.
119 yoluxan tibb işçisindən 101 nəfəri həkim, 18 nəfəri texniki personaldır.
Son sutka ərzində Gürcüstanda 9 yeni yoluxma halı təsdiqlənib, epidemiya başlayandan yoluxanların ümumi sayı 888 nəfərə çatıb. Onlardan 731 nəfər sağalıb, 14 nəfər ölüb.
-
Rusiyada Covid-19 virusunun yayılması səbəbilə bir neçə hərbi zavod dayanıb
Kalininqradda qabaqcıl “OKB Məşəl” müəssisəsinin fəaliyyəti dayanıb, orada uçan aparatlar üçün mühərriklər istehsal olunur. Zavodda ən azı 82 nəfər yoluxub.
Sibirdə Severodvinsk şəhərinə girişlər və çıxışlar bağlanıb, orada atom döyüş gəmiləri və sualtı qayıq istehsal edən iki böyük hərbi müəssisə bağlanıb.
Təcili yardım xəstəxanasının yeddimərtəbəli korpusu COVID-19 pasiyentlərinin müalicəsi üçün uyğunlaşdırılıb.
İyunun 17-ə olan məlumata əsasən, Rusiyada yoluxanların ümumi sayı yarım milyondan çoxdur, ölənlər isə 7478 nəfərdir. Həkimlər və ekspertlər isə yenə də bildirirlər ki, bu statistika saxtalaşdırılıb və real mənzərə xeyli daha pisdir.
-
Koronavirus pandemiyası ilə bağlı Qafqazda hadisələrin xronikası