Bakıda kafelər, restoranlar və parklar açılacaq, sms-siz küçəyə çıxmaq mümkün olacaq
Mayın 18-dən Azərbaycanda bir çox karantin məhdudiyyətləri aradan qaldırılacaq.
Bakıda və bir sıra böyük şəhərlərdə:
- kafe və restoranlar açılacaq, amma hələlik onlar saat 18:00-a qədər işləyəcəklər;
- parklar və bağlar açılacaq;
- vətəndaşların hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılacaq – küçəyə çıxmaq üçün artıq işdən arayışa və sms-lə icazə almağa ehtiyac olmayacaq.
Ölkənin digər regionlarına bütün bu qadağalar hələ mayın 4-dən aradan qaldırılıb.
Bununla yanaşı bütün ölkədə:
- muzeylər və sərgi zalları açılacaq;
- 65 yaşdan yuxarı insanlar evdən çıxa biləcək.
Sərhədlər hələ də qapalı qalacaq, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinə və Abşeron yarımadasına giriş və çıxış hələ də qadağandır, toy və yas mərasimləri, mədəni və əyləncəli kütləvi tədbirlər keçirmək olmaz, idman zalları və ticarət mərkəzləri bağlıdır.
Son zamanlar Azərbaycanda yeni yoluxma hallarının yüksək göstəricisi müşahidə olunur. Mayın 15-də 101 yeni yoluxma halı təsdiqlənib, daha bir nəfər vəfat edib. 53 nəfər sağalıb.
Beləliklə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 2980 nəfərə çatıb, onlardan 36 nəfər ölüb, 1886 nəfər sağalıb.
Yoluxanların yarıdan çoxu Bakının payına düşür.