Gürcüstan polisi 2 milyon larilik cərimə yazıb
Gürcüstan DİN əməkdaşları fövqəladə vəziyyət rejiminin pozulması səbəbilə 1 və 2 apreldə 706 nəfəri ümumilikdə 2 milyon 130 lari (700 min dollar) həcmində cərimələyiblər.
Pozulan qaydalar sırasında mağaza və apteklərdə 2 metrlik sosial məsafənin gözlənilməməsi, 3 və daha artıq adamın birlikdə toplanması, komendant saatı tələblərinə tabe olmamaq var.
3 aprel saat 10:00-a olan məlumata əsasən, Gürcüstanda 148 koronavirusa yoluxma halı qeydə alınıb. 5550 nəfər karantində, 281 nəfərə stasionarda saxlanılır. 27 nəfər sağalıb.
Hökumətin qərarı ilə pandemiyanın qarşısını almaq məqsədilə Gürcüstanda martın 21-dən aprelin 21-ə qədər fövqəladə vəziyyət elan olunub və komendant saatı qüvvədədir.
3 və daha artıq sayda insanın birlikdə toplaşması qadağandır. Mağaza və apteklər istisna olunur, amma orada da 2 metrlik sosial məsafə gözlənilmədir. Bütün ictimai, şəhərlərarası nəqliyyatın, o cümlədən də metronun hərəkəti dayandırılıb. Müəyyən istisnalarla qoyulmuş qadağa yalnız fərdi avtomobillərə və taksiyə aid deyil. Ərzaq və digər qida məhsullarından başqa digər bütn malların onlayn satışı dayandırılıb.
Yaşı 70-dən yuxarı olan insanlara yalız yaxınlıqdakı mağazaya, aptekə və ya tibb müəssisəsinə çıxmağa icazə verilir.
- Marneuli epidemioloji partlayış astanasında. Qapalı şəhər necə yaşayır?
- Gürcüstanın bütün ərazisində karantin tətbiq eidilib
Fövqəladə vəziyyət rejiminin pozulmasına görə inzibati cərimə nəzərdə tutulub: fiziki şəxslər üçün 3 min lari (min dollara yaxın), hüquqi şəxslər üçün isə 15 min ları (5 min dollara yaxın) həcmində.