Gürcüstanlı və ermənistanlı yeniyetmələr xüsusi reyslə ABŞ-dan Tbilisiyə gətirildilər
Aprelin 12-də ABŞ-dan xüsusi reyslə 79 gürcüstanlı və 35 ermənistanlı yeniyetmə Tbilisiyə gətirilib. Onlar orada məktəblilərin mübadiləsi üzrə beynəlxalq proqramlar çərçivəsində təhsil alırdılar.
Amerika onlar üçün Qətərin paytaxtı Dohaya qədər uçuşu təmin edib, Dohadan Tbilisiyə isə Gürcüstan hökumətinin dəstəyi ilə uçublar.
Tbilisi hava limanında bütün uzaqlar məcburi termoskrininqdən keçiriliblər.
Sonra Gürcüstan vətəndaşları avtobuslarla Tbilisidən Kaxeti regionuna çatdırılıblar, burada onları iki mehmanxanada iki həftəlik karantinə yerləşdiriliblər. Onlar burada həkimlərin sutkaboyu müşahidəsi altındadırlar, karantin zonasını polis mühafizə edir.
Ermənistan vətəndaşları hava limanından birbaşa Yerevana yola düşüblər.
- Qafqazda koronavirus. Yenilənmə
- «Çıxan kimi ilk işim arvadımı öpmək olacaq» — Gürcüstanda karantiindən yeddi hekayə
Aprelin 12-də Gürcüstanda koronavirusa 242 yoluxma halı qeydə alınıb. 60 pasiyent sağalıb, üç nəfər ölüb.
Üç yoluxmuş Gürcüstan vətəndaşı xaricdən müalicə almaq üçün Gürcüstana gətirilib.
4,929 nəfər karantindədir, 405 nəfər stasionar müşahidə altındadır.