Ermənistanın keçmiş prezidenti Robert Koçaryan həbsdən azad edildi
Mayın 18-də təyin edilmiş vaxtda (16:00) hakim Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın işi üzrə qərarını elan edib.
Hakim David Qriqoryan Dağlıq Qarabağın hazırkı və keçmiş prezidentləri Bako Saakyanın və Arkadi Qukasyanın zaminliklərini nəzərə alıb. Onlar məhkəmədən öz məsuliyyətləri ilə, onun “iki erməni respublikasının təşəkkül tapmasında rolunu, Qarabağ müharibəsində böyük əməyini və erməni ordusunun inkişafında xidmətlərini” nəzərə almağı xahiş ediblər.
Ermənistanın keçmiş prezidenti beş aydan artıq müddətdə konstitusiya quruluşunun devrilməsi və 3 milyon dollar rüşvət alınması ittihamı ilə həbsdə qalıb.
Koçaryanın işi üzrə proses davam etdiriləcək, lakin o, prosesin gedişi boyunca gəbsdə olmayacaq.
İttiham olunan eks-prezident hakimin qərarı elan etdiyi vaxt məhkəmə zalında deyildi. Onun vəkilləri bildiriblər ki, yaxın saatlarda müdafiə etdikləri şəxs azadlığa çıxacaq.
Hakimin qərarı elan etməsinə qədər nə baş verirdi
Mayın 8-də səhər Hayk Alumyan – eks-prezidentin vəkillərindən biri – təcili mətbuat konfransı çağırıb. O, ölkə hakimiyyətinin və hüquq-mühafizə orqanlaının müdaxiəsini tələb edirdi. O elan edib ki, hakim “Mənim addımım” blokundan parlamentin deputatı Hayk Sarqsyanın təşəbbüsü ilə başıamış təxribatçı hərəkətlərin qarşısı alınmalıdır.
Daha öncə “Facebook” sosial şəbəkəsində deputat aşağıdakı mətni yerləşdirib:
«Məlumat var ki, Robert Koçaryanın işi üzrə hakim təzyiqə məruz qalır və bu gün müttəhimin barəsində qətimkan tədbirini dəyişmək istəyir. Yerevanı tanklarla işğal etmiş, 10 vətəndaşı həyatından məhrum etmiş, minlərlə insanın taleyini korlamış şəxsin Qarabağın iki prezidentinin zəmanəti və məhkəmə binasının həyətində “Qəhrəmana azadlıq” aksiyası keçirən 20-30 nəfərin təzyiqi ilə azadlığa buraxılsın. Yalnız əhəmiyyətlidərəcədə xalq kütləsi, kütlənin güclənən qəzəbi və qaçılmaz cəza hakimi ədalətli qərar qəbul etmməyə məcbur edəcək. Bu gün 13:00-da hamımız məhkəmə binası qarşısında toplanırıq…”
• Məhkəmə Ermənistanın eks-prezidenti Robert Koçaryan haqda həbs qərarı çıxarıb
• Ermənistanın eks-prezidenti Robert Koçaryan həbsdən sonra siyasətə qayıdır
Hayk Sarksyan daha sonra bu yazını silib, amma silinənə qədər yazı artıq yayılıb.
Vəkil Hayk Alumyan bəyan edib ki, deputat Robert Koçaryanın günahsızlıq prezumpsiyasını pozub:
“Əgər bu, məhkəməyə ən kobud və birbaşa təzyiq deyilsə, o zaman nədir? Və bundan sonra bizə deyirlər ki, Ermənistanda hakimlərə təzyiq halı istisnadır. Bu bəyan nağıldır. Son il ərzində ölkədə hakimlərə qarşı təzyiq artıb”.
Koçaryanın vəkili Ermənistan prezidentinə müraciət edərək Konstitusiyanın onun üzərinə qoyduğu konstitusiya quruluşunun qorunması vəzifəsini yerinə yetirməyə səsləyib:
“Hayk Sarksyanın sosial şəbəkədəki öz səhifəsində dərc etdiyi və tərəfdarlarının hələ də yaydığı bəyan birbaşa konstitusiya quruluşunun devrilməsi çağırışından başqa bir şey deyil. Bu, toplaşan xalqın köməyi ilə hakimə təzyiq göstərərək, Robert Koçaryanın həbsdə saxlanılmasına nail olmaq cəhdidir”.
Mətbuat konfransı zamanı baş prokurora müraciət də səslənib – bu bəyanatı cinayət haqda məlumat kimi qəbul edib, cinayət işi qaldırmaq. Vəkilin sözlərinə görə, bunun əsası hakimə təzyiq göstərərək, lazım olan hökmü əldə etməkdir.
Vəkil polis rəisindən xahiş edib ki, deputatın elan etdiyi aksiyanın keçirilməməsi üçün tədbirlər görülsün.
Ermənistanın baş nazirinə də müraciət edilib:
“Hörmətli cənab baş nazir, bizim hamımıza məlumdur ki, bu cür şəxslər sizin razılığınız olmasa belə çağırış səsləndirə bilməz. Sizi heç olmasa ən son məqamda hadisələrin bu cür inkişafının qarşısını almağa çağırıram”.
Məhkəmə zalından kənarda
Məhkəmə binası qarşısında dinləmələr davam etdiyi günlərdən daha çox insan toplaşıb. Vəziyyət kifayət qədər gərgin olub.
Bunun nə dərəcədə Hayk Sarqsyanın çağırışının nəticəsi olduğunu demək çətindir.
Toqquşmalara yol verməmək üçün məhkəmə binası qarşısında polis nəfərlərinin də sayı artırılıb.
Eks-prezidentin tərəfdarları və əleyhdarları bir-birlərini təhqir etməməklə bağlı razılığa gəlməyə çalışıblar – məhkəmə prosesinin daha əvvəlki dörd günündə olduğu kimi. Amma buna nail olmaq çətin mümkün olub – hamı partlama həddində olub.
Eks-prezidentin tərəfdarları “Robert qəhrəmandır”, əleyhdarları isə “Robert canidir” şüarlarını səsləndiriblər.
Bununla yanaşı əvvəlki günlərdə olduğu kimi musiqi hər iki akiyanı müşayiət edib.
Hakimin qərarı elan olunandan sonra tərəfdarlar şənlənib, onun azad olunmasının əleyhdarları isə məhkəmə binası qarşısındakı ərazini tərk ediblər.
Təfərrüatlar – eks-prezident nədə ittiham olunur?
Robert Koçaryan digər şəxslərlə əvvəlcədən əlbir olaraq konstitusiya quruluşunu devirməktə ittiham olunur və bu iş üzrə 2018-ci ilin dekabrında həbs olunub. O zaman prezident seçkilərinin nəticələrini tanımayanların nümayişi zorakılıqla dağıdıldığı zaman silah tətbiq olunmuş, iki nəfəri hüquq-mühafizə orqanlarının nümayəndələri olmaqla 10 nəfər həlak olmuşdu.
Bu iş üzrə Koçaryan artıq 2018-ci ilin dekabrından həbsdə idi, 2019-cu ilin fevralında isə ona qarşı 927 milyon dram (3 milyon dollara yaxın) rüşvət almaqla bağlı növbəti ittiham irəli sürüldü. 2018-ci ilin noyabrında Silva Ambartsumyanın ehtimal olunan rüşvəti verməsi ilə bağlı səsləndirdiyi bəyanat bu ittiham üçün əsas olub. Onun bəyanatında Koçaryanın prezidentliyi dönəmindən söz açılırdı.
“Mən ərəblərlə saziş imzaladım və mənə mane olmasınlar deyə Ermənistan prezidenti Robert Koçaryana və baş nazir Serj Sarqsyana pul ödədim”, – o zaman məətbuat konfransında Ambartsumyan demişdi.
Onun sözlərinə görə, söhbət dağ-mədən şirkətinin aksiyalarının 100 faizinin ərəb şeyxlərinə satılmasından gedir. Sazişin öz dəyəri isə 40 milyon dollar təşkil edib.
Koçaryan bildirib ki, ikinci ittiham onun üzərinə əmlakını müsadirə edə bilmək üçün qoyulub. O xatırladıb ki, birinci ittiham üzrə onun əmlakına artıq həbs qoyulmuşdu. Amma konstitusiya quruluşunun devrilməsi işi üzrə əmlakın müsadirəsi kimi əlavı sanksiya nəzərdə tutulmur, ehtimal olunan rüşvət işində isə bu istisna deyil.
Məhkəmə dinləmələri dörd gün davam edib.
İlk üç günün detalları bu materialda
Ermənistanın eks-prezidentinin azad edilməsi məsələsi uzanır
Eks-prezidentin işi üzrə həbs qətimkan tədbirinin saxlanması və ya dəyişdirilməsi ilə bağlı məhkəmə prosesinin son günü haqda ətraflı məlumat bu materialda
Ermənistanın eks-prezidenti həbsdən azad ediləcəkmi – hakim iki günə qərar verəcək
“1 mart” işi və Koçaryanın həbsinə gətirib çıxaran hadisələr
2018-ci ilin dekabrından Koçaryan “1 mart” işi üzrə həbsdədir. Söhbət 2008-ci il hadisələrindən gedir. O zaman, prezident seçkilərindən sonra Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın tərəfdarlarının təşkil etdiyi aksiyalar davam edirdi. Onlar liderlərinin qalib olduğuna əmin idilər və seçki nəticələrinə yenidən baxılmasını tələb edirdilər. Mərkəzi Seçki Komissiyası isə səsvermə nəticələrinə əsasən, Serj Sarqsyanı qalib elan etmişdi.
Nümayişin dağıdılmasında silah tətbiq olunmuş, 10 nəfər həlak olmuşdu. Həmin vaxt ölkənin prezidenti Robert Koçaryan idi. Mərkəzi Seçki Komissiyasının məlumatına əsasən, prezident seçilən Serj Sarqsyan hələ vəzifə başına keçməmişdi. Buna görə də nümayişin amansızca dağıdılmasında və konstitusiya quruluşunun devrilməsində hazırdda Koçaryan ittiham olunur.
“1 mart” işi üzrə istintaq Ermənistanda baş tutan “məxməri” inqilaba qədər ölü nöqtədən tərpənməyib. İnqilab lideri Nikol Paşinyanın başçılığı altında yeni hökumət dərhal bu işin üstünə düşüb.
Nəticədə 2018-ci ilin iyulunda Robert Koçaryana qarşı artıq 1 mart 2008-ci il işi üzrə konstitusiya qurulunun devrilməsi ilə bağlı ittiham irəli sürülmüşdü.
İyuıun 28-də o bu ittihamla ilk dəfə həbs edilmişdi. Amma iki həftə sonra azad olunmuşdu. Apellyasiya Məhkəməsi ilk instansiya məhkəməsinin onun haqqında çıxardığı həbs qərarını qanunsuz elan etmişdi. Robert Koçaryanın eks-prezident kimi konstitusiyada təsbit olunan toxunulmazlıq hüququ buna əsas olmuşdu.
Daha sonra noyabrın 15-də kassasiya məhkəməsi işə yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarıb.
2018-ci il dekabrın 7-də apellyasiya məhkəməsi yenidən eks-prezidentin həbsi haqda qərar çıxarıb.
Həmin gündən Ermənistanın ikinci prezidenti yenidən həbsxanadadır.
Robert Koçaryan bəyan edir ki, onun işi vendettodur, hazırkı Ermənistan hakimiyyəti ondan qisas almağa çalışır.
Koçaryan həbsini niyə siyasi sifariş hesab edir?
Ermənistanın hazırkı baş naziri Nikol Paşinyan 2008-ci il prezident seçkilərində prezidentliyə namizəd Levon Ter-Petrosyanın maraqlarını təmsil edib. O, seçki nəticələri elan ediləndən sonra başlanan etiraz aksiyalarında fəal iştirak edib. 1 mart faciəsindən sonra müxalif siyasətçi kütləvi iğtişaşların təşkilində ittiham olunduğu üçün bir il dörd ay müddətində gizlənib.
1 iyul 2010-cu ildə Paşinyan könüllü şəkildə prokurorluğa gəlib, həbs olunub və yeddi il müddətinə azadlıqdan məhrum edilib. Bir il 11 aydan sonra Ermənistnın müstəqilliyinin 20 illiyinə həsr olunmuş amnistiyaya düşüb. Hüquq müdafiəçiləri hesab edirlər ki, hakimiyyət beynəlxalq strukturların təzyiqi altında bu addımı atmağa məcbur olub.