Gürcüstanda dekabrdan “yaşıl pasportlar” tətbiq olunacaq, təqaüdçülərə isə peyvəndə görə pul veriləcək
Gürcüstanda “yaşıl pasportlar” vaksinasiya
Dekabrın 1-dən Gürcüstanda şəxsin tam vaksinasiyadan (iki doza) keçdiyini və ya son 72 saatda PCR testin mənfi nəticəsini və ya 24 saatlıq antitel testini və ya koronavirusdan sağaldığına dair sertifikatın əks olunduğu “yaşıl pasportlar” tətbiq ediləcək. Həmçinin yanvarın 1-ə qədər koronavirusa qarı peyvənd vurduran təqaüdçülərə 200 lari [$60 yaxın] ödəniləcək.
Bu qərarlar haqda Gürcüstanın baş naziri İrakli Qaribaşvili bildirib.
O qeyd edib ki, digər ölkələrdən fərqli olaraq, koronavirusa yoluxub sağalanlar “yaşıl pasport”dan müddətsiz istifadə edə bilər.
“Yaşıl” status nə deməkdir?
Dekabrın 1-dən vətəndaşlar müxtəlif obyektlərə ancaq “yaşıl pasport”la buraxılacaqlar. Məsələn:
● iaşə obyektləri;
● kinoteatrloar, opera, muzeylər;
● əyləncə mərkəzləri;
● qumar biznesi obyektləri.
Qeyd etmək lazımdır ki, tələb ancaq ziyarətçilərə aid olacaq, işləyən personala yox. “Yaşıl pasport” 18 yaşdan yuxarı vətəndaşlar və turistlər üçün mütləq olacaq.
Peyvənd vurduran təqaüdçülərə 200 lari
Bu gündən yanvarın 1-ə qədər vaksinasiyadan keçən hər bir təqaüdçü 200 lari [$60 yaxın] həcmində pensiyasına birdəfəlik əlavə alacaq. Əlavə məbləğ peyvəndin birinci dozası vurulandan sonra verilir.
“Vaksinasiya məcburi olmayacaq”
Gürcüstanda vaksinasiya mməcburi olmayacaq – baş nazir İrakli Qaribaşvili bildirib.
“Ölkəmizdə vaksinasiya məcburi olmayacaq, bu bizim qəti qərarımızdır və biz bu qərarı dəyişməyəcəyik. Biz vətəndaşlara izah etməliyik ki, vaksinasiya həqiqətən də pandemiyanın bitməsi üçün çıxış yoludur və biz deməliyik ki, vaksinasiya bizi ölümdən qoruyur. Bu, bizim vətəndaşlarımıza izah etməli olduğumuz əsas arqumentdir”, – Qaribaşvili deyib.
- Gürcüstanda 17 000 doza AstraZeneca peyvəndinin istifadə müddəti bitib
- Gürcüstanda vaksinasiya əleyhdarlarının 37,5 faizi sonsuzluqdan və ya ölümdən qorxur
Gürcüstanda koronavirusa qarı vaksinasiya martın 15-də başlayıb. Ölkədə vaksinasiya əsasən dörd– Almaniya-Amerika istehsalı Pfizer, Britaniyanın AstraZeneca və çinin Sinopharm (Pekin) və Sinovak peyvəndi ilə həyata keçirilir.
AstraZeneca və Pfizer vaksinindən fərqli olaraq Çin istehsalı vaksinlərin istifadə müddəti iki ildən üç ilə qədərdir – Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze aydınlıq gətirib.
Bir neçə gün əvvəl o bildirmişdi ki, koronavirusa qarşı 17 000-ə qədər AstraZeneca peyvəndinin istifadə müddəti bitdiyi üçün silinib.
Dövlət planına əsasən, ölkənin hədəfi ilin sonuna qədər əhalinin 60 faizinin vaksinasiyadan keçirilməsi idi. Amma son zamanlar ölkədə peyvəndləmə kampaniyasının göstəriciləri enməyə başlayıb.
Əgər avqustun sonunda hər gün 20 mindən çox adam peyvənd vurdururdusa, son zamanlar gün ərzində orta hesabla üç min doza peyvənd vurulur. Məsələn, noyabrın 1-də cəmi 3 369 nəfər vaksinasiyadan keçib.
Noyabrın 8-ə olan məlumata əsasən, Gürcüstanda 2 005 229 peyvənd vurulub. Onlardan 1 049 193 nəfəri (yetkin əhalinin 36,9 faizi) bir doza peyvənd vurdurub. Yetkin əhalinin cəmi 33,4 faizi (952 831 nəfər) tam vaksinasiyadan (iki doza) keçib.
Noyabrın 8-də Gürcüstanda koronavirusa 2 191 yeni yoluxma halı qeydə alınıb, daha 72 nəfər ölüb.