Gürcüstanda 17 000 doza AstraZeneca peyvəndinin istifadə müddəti bitib
Koronavirusa qarşı 17 minə qədər AstraZeneca peyvəndinin istifadə müddəti bitib və onlar silinməlidir. Bu haqda Gürcüstanın Xəstəliklərə Nəzarət Milli Mərkəzinin (NCDC) direktoru Amiran Qamkrelidze deyib.
AstraZeneca dünyada ən yaxşı peyvəndlərdən biri hesab olunur. Bir çox ölkələrdə Çin istehsalı vaksinlərdən və Pfizer-dən sonra bu, ən çox istifadə olunan vaksindir.
Qamkrelidzenin sözlərinə görə, hakimiyyət AstraZeneca vaksinindən Gürcüstanda daha geniş miqyasda istifadə etmək istəyirdi, amma ona olan tələbat çox az oldu.
Bu 17 000 dozadan 15 000-i yardım kimi alınmışdı.
AstraZeneca Gürcüstana gələn ilk vaksindi və vaksinasiya prosesi də onunla başlayıb.
- Azərbaycanda koronavirusa qarşı vaksinin dördüncü buster dozasına icazə verildi
- Gürcüstanda buster – koronavirusa qarşı üçüncü doza vaksin tətbiqinə başlanılıb
Gürcüstanda koronavirusa qarşı vaksinasiya martın 15-dən başşlayıb. Ölkədə əsasən dörd peyvənddən – Almaniya-Amerika istehsalı Pfizer, Britaniyanın AstraZeneca və Çinin Sinopharm (Pekin) və Sinovac-dan istifadə olunur.
Qamkrelidzenin bildirdiyinə görə AstraZeneca və Pfizer-dən fərqli olaraq in istehsalı vaksinlərin istifadə müddəti iki ildən üç ilə qədərdir. Bundan başqa, bir ay əvvəl Pfizer şirkəti bütün minus 60-90 dərəcə temperaturda saxlanılan Pfizer vaksinlərinin istifadə müddətini üç ay artırmaq qərarına gəlib.
Noyabrın 2-ə olan məlumata görə, Gürcüstanda 1 982 593 peyvənd vurulub. 1 038 193 nəfər (yetkin yaşlı əhalinin 36,5 faizi) vaksinin bir dozasını alıb. Yetkin əhalinin yalnız 33 faizi (942 397 nəfər) hər iki dozanı alaraq tam vaksinasiyadan keçib.
Dövlət planına əsasən, ölkənin hədəfi ilin sonuna qədər əhalinin 60 faizinin vaksinasiyadan keçməsindən ibarət idi. Amma son zamanlar ölkədə vaksinasiya göstəriciləri kifayət qədər azalıb.
Əgər avqustun sonuna qədər hər gün 20 mindən çox insan vaksinasiyadan keçirdisə, son zamanlar gün ərzində orta hesabla üç min doza peyvənd vurulur. Məsələn, noyabrın 1-də cəmi 3 369 nəfər vaksinasiyadan keçib.
Amiran Qamkrelidzenin sözlərinə görə, vaksinasiya templərini yüksəltmək üçün daha effektiv tədbirlər görülməlidir.
“Biz yenidən velosiped icad edə bilmərik. Əgər güclü stimul yoxdursa və ya əgər biz heç bir məhdudiyyət tətbiq etmiriksə, daha çox insan könüllü vaksinasiyadan keçməyəcək”, – Qamkrelidze deyib.
Noyabrın 2-də Gürcüstanda 5 553 yeni yoluxma halı qeydə alınıb, daha 47 nəfər vəfat edib.
Ölənlərin ümumi sayı artıq on mini keçib – ölkədə virus yayılan andan indiyə qədər 10 136 nəfər koronavirusdan ölüb.