Luqar laboratoriyasına haker hücumu – mühüm informasiya oğurlanıb
Gürcüstanın Səhiyyə Nazirliyinə və Luqar laboratoriyasına haker hücumu olub. DİN-in məlumatına əsasən, kiber-hücum qonşu ölkələrin ərazisindən edilib. Oğurlanmış sənədlərin bir hissəsi xarici səhifələrdən birinə yüklənib və kütləvi istifadəçi üçün açıqdır.
DİN-in məlumatına əsasən, Səhiyyə Nazirliyinin kompüter sisteminə kiber-hücum sentyabrın 1-də baş verib, məqsəd nazirliyin mərkəzi aparatının və struktur vahidlərinin, o cümlədən də Luqar laboratoriyasının məlumat bazasından tibbi sənədlərin, həmçinin pandemiyanın idarə olunması ilə bağlı mühüm informasiyanın əldə edilməsidir.
“Sistemə qanunsuz daxil olmaqla əldə edilən sənədlərin bir hissəsi hazırda xarici veb-səhifələrdən birinə yüklənib və geniş istifadəçi kütləsi üçün açıqdır. Bununla yanaşı həmin səhifələrə ictimaiyyəti qorxutmaq və etimadsızlıq yaratmaq məqsədi daşıyan aşkar yalan informasiya, qəsdən saxtalaşdırılmış sənədlər də yüklənib”, – DİN bəyan edib.
DİN artıq araşdırmağa başlayıb.
Bu mürəkkəb və spesifik cinayətin tez və effektiv araşdırılması üçün kömək almaq məqsədilə Gürcüstan yaxın saatlarda müttəfiq ölkələrin müxafiq xidmətlərinə müraciət edəcək – Daxili İşlər Nazirliyindən bildirilir.
Gürcüstan hökumətinin saytlarına genişmiqyaslı kiber-hücum 2019-cu il oktyabrın 28-də də baş vermişdi.
Tbilisi, London və Vaşinqton Moskvanı növbəti dəfə suverenlik və ərazi bütövlüyünə təzavüzdə günahlandırır.
Rusiyanın Gürcüstana qarşı kiber-hücumları haqda nə bilirik?
Ötən il prezident administrasiyasının saytı, o cümlədən də məhkəmələrin, yerli özünüidarə orqanlarının, qeyri-hökumət təşkilatlarının, media qurumlarının veb-səhifələri kiber-hücum qurbanı olmuşdu.
Haker hücumları nəticəsində “İmedi” və “Maestro” telekanalları yayımlarını dayandırmaq məcburiyyətində qalıb. Holdinq hücum nəticəsində böyük malddi və texniki ziyana məruz qalıb.
Gürcüstan tərəfinin Böyük Britaniya, ABŞ və digər beynəlxalq tərəfdaşlarla birgə apardığı araşdırma nəticəsində müəyyən olunub ki, bu kiber-hücumun arxasında Rusiya SQ Baş Qərargahının hərbi kəşfiyyatı dayanır.
Hətta bu qurumun Gürcüstana qarşı işləyən konkret hissəsi də müəyyən edilib. Bu, kiber-şəbəkələrdə “74455-ci idarə”, o cümlədən də “qum soxulcanı” kimi tanınan RF SQ Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin Xüsusi Texnologiyalar Mərkəzidir (GTsST).