Azərbaycanda koronavirusdan onuncu ölüm, 65 yeni yoluxma halı və 58 sağalan
Azərbaycanda COVID-19 koronavirusundan onuncu ölüm və 65 yeni yoluxma halı qeydə alınıb. Daha əvvəl xəstələnənlərdən isə növbəti 58 nəfər sağalıb.
Beləliklə, hazırda yoluxanların ümumi sayı 991 nəfərə çatıb. Ümumilikdə 159 nəfər sağalıb və xəstəxanadan evə buraxılıb.
Azərbaycanda gücləndirilmiş karantin rejimi (fövqəladə vəziyyət deyil) elan olunub.
Əksər təşkilatların, müəssisələrin və kommersiya obyektlərinin fəaliyyəti dayandırılıb. Həmçinin metro, park və bağlar, əyləncə mərkəzləri bağlanıb.
Aprelin 5-dən vətəndaşların hərəkətinə ciddi məhdudiyyət tətbiq olunub – evdən çıxmaq üçün ya işdən arayış olmalıdır, ya da sms vasitəsilə hakimiyyətdən icazə almaq lazımdır.