Üç rusiyalı və bir ukraynalı – 2014-cü ilin iyulunda sərnişin təyyarəsini böyük ehtimalla onlar vurub. Bu insanlar kimdir, onları nə gözləyir, məhkəmə prosesinin növbəti addımı nə olacaq?" />

Şərqi Ukrayna üzərində “Boinq” MN17-nin vurulmasında və 298 nəfərin qətlində şübhəli olanların adları açıqlanıb

Üç rusiyalı və bir ukraynalı – 2014-cü ilin iyulunda sərnişin təyyarəsini böyük ehtimalla onlar vurub. Bu insanlar kimdir, onları nə gözləyir, məhkəmə prosesinin növbəti addımı nə olacaq?

Malaysia Airlines şirkətinin MN17 reysi ilə uçan sərnişin təyyarəsi 2014-cü ilin iyulunda Şərqi Ukrayna səmasında vurulandan sonra ilk dəfə Beynəlxalq İstintaq Qrupu dörd konkret şübhəli şəxsin adlarını açıqlayıb – BBC xəbər verir.

İstintaq Qrupu (tərkibinə Hollandiya, Avstraliya, Malayziya, Belçika və Ukraynanın nümayəndələri daxildir) bildirir ki, təyyarə Rusiya Silahlı Qüvvələrinin 53-cü HHM briqadasına məxsus “Buk” raket qurğusundan vurulub. Briqada Rusiyanın Kursk şəhərində yerləşib.

Şübhəlilərdən üçü rusiyalı, biri isə Ukrayna vətəndaşıdır. Bu şəxslərə qarşı irəli sürülən ittihama görə, məhz onlar “Buk” raket qurğusunu Ukraynanın şərqindəki rayona gətirib, 80-i uşaq olmaqla 298 sərnişin və ekipaj üzvünü qətlə yetiriblər.

Bütün şübhəlilər haqqında beynəlxalq axtarış elan olunub.

Təyyarənin vurulduğu raket qurğusu Rusiyadan Şərqi Ukraynaya necə gətirilib. Video və analiz

Bu insanlar kimdir

Onlardan ən məşhuru Strelkov soyadı ilə tanınan İqor Qirkindir. Budur:

O, Rusiya kəşfiyyatının keçmiş polkovnkidir. Qirkin tanınmamış 2014-cü ildən müharibə gedən Donetsk Xalq Respublikasında (DXR) müdafiə naziri olub. Belə hesab edirlər ki, Qirkin DXR-də ən yüksək çinli hərbçi olub və Kremllə birbaşa əlaqə saxlayıb.

Bu digər şübhəlidir – Xmurıy ləğəbi ilə tanınan Sergey Dubinski:

O, Rusiya hərbi kəşfiyyatının keçmiş əməkdaşıdır. Dubinski Qirkinin müavini olub və o da Kremllə mütəmadi əlaqədə olub – istintaq qrupu belə deyir.

Bu da üçüncü şübhəlim – Gürzə ləğəbi ilə məşhur olan Oleq Pulatov:

O, Rusiya hərbi kəşfiyyatının ehtiyatdakı podpolkovniki, Donetskdə kəşfiyyat xidmətinin rəis müavinidir.

Və dördüncü şübhəli – Leonid Xarçenko, Ukrayna vətəndaşı. O, tanınmamış DXR-ın kəşfiyyat bölüyünün komandiridir:

İstintaq Qrupu hesab edir ki, Dubinski, Pulatov və Strelkov hazırda Rusiyada, Xarçenko isə əvvəlki kimi Ukraynanın şərqində, Ukrayna hakimiyyətinə tabe olmayan ərazidə yaşayır.

Cinayət işi ilin sonunda Hollandiyada məhkəməyə göndriləcək. Məhkəmənin ilk iclası 2020-ci il martın 9-da keçiriləcək.

Rusiya nə deyir?

İyunun 19-da mətbuat konfransında iqtintaq qrupunun nümayəndələri deyiblər ki, şübhəlilərin ekstradisiyası üçün Rusiya hakimiyyətinə müraciət edəcəklər – çünki Rusiya Konstitusiya ölkə vətəndaşlarının başqa ölkələrə təhvil verilməsini qadağan edir.

Eyni zamanda istintaq qrupu Rusiya tərəfindən xahiş edəcək ki, işdə adları hallanan şəxsləri müstəqil şəkildə dindirsin.

İstintaq qrupunun nümayəndəsi vurğulayıb ki, Rusiya indiyə qədər qrupun suallarına cavab verməkdən imtina edib.

Rusiya Müdafiə Nazirliyi Rusiya hərbçilərinin təyyarənin məhv edilməsində əlinin olduğunu inkar edir və аhadisənin alternativ versiyalarını irəli sürüb.

BBC-nin sualına cavab olaraq RF prezidentinin mətbuat katibi Dmitri Peskov deyib:

“Rusiyanın [istintaqda] iştirak etmək imkanı olmaylb, baxmayaraq ki, …bu faciənin ilk günlərindən təşəbbüs göstərib … bu dəhşətli faciənin istintaqının bir hissəsi olmağa cəhd göstərib”.

Təyyarə necə məhv edilib?

Silene Fredriksz, onun oğlu vurulan boinq MN17-də həlak olub. 19 iyun, 2019. REUTERS/Eva Plevier

Silena Fredriks oğlu Braysı itirib. O, Boinq MN17-nin sərnişini olub.

“Bu beş ildə həlak olanların bəzi qohumları həqiqqıti öyrənnmədən dünyasını dəyişib. Biz hamımız yaşlanırıq. …Mən ümid edirəm ki, gözlərimi yummazdan əvvəl həqiqəti öyrənəcəm”, – o, iyunun 19-da mətbuat konfransında deyib.

Boinq-777 sərnişin təyyarəsi 2014-cü il iyulun 17-də Amsterdam aeroportundan havalanıb və növbəti gün Malayziyanın Kuala-Lumpur aeroportuna enməliymiş.

Havaya qalxandan bir neçə saat sonra təyyarə dispetçerlərlə əlaqəni itirib, bu, Rusiya-Ukrayna sərhədinin 50 kilometrliyində baş verib. Təyyarə Donetsk vilayətində, tanınmamış DXR-nın nəzarətində olan ərazidə yerə çırpılıb.

2015-ci ilin oktyabrında Hollandiya Təhlükəsizlik Şurası əminliklə bildirib ki, təyyarə Rusiyanın “Buk” raketi ilə vurulub və bunun da nəticəsində havadaca hissələrə parçalanıb.

Beynəlxaq İstintaq Qrupu (JIT) 2018-ci ilin mayında bəyan edib ki, “Buk” raket sisteminin Rusiyanın 53-cü zanit raket briqadına məxsusdur. Həmin vaxt sübutlar və raket sisteminin Rusiya ərazisindən Şərqi Ukraynaya gətirilməsi marşrutu addımbaaddımtəqdim olunub.


More on JAMnews