Avropa Parlamenti və Avropa Şurası Rusiyanın əməllərinə fərqli reaksiya verir" />

Rusiyaya qarşı Avropa sanksiyaları: sözdə və əməldə

Avropa Parlamenti və Avropa Şurası Rusiyanın əməllərinə fərqli reaksiya verir

Moskva, dekabr 2018. REUTERS/Tatyana Makeyeva

Avropa Rusiyaya qarşı münasibətini eyni zamanda bir neçə istiqamətdə sərtləşdirir:

• Sanksiyalar uzadılıb;

• Rusiyanın inşa etdiyi “Şimal axını – 2” qaz kəmərini dəstəkləməmək tövsiyə olunub;

• “Rusiyanın Ukraynaya qarşı Kerç boğazında təcavüzkar əməlləri” üzrə qətnamə qəbul olunub.

Hər bir qərar haqda qısaca.

Ukrayna və Rusiya: müharibədə rəqib, yoxsa ticarətdə tərəfdaş?

Rusiya – dünya kiber ordularının top-5-liyində

Rusiya və Qərbin qarşılıqlı ittihamlarında qəfildən Gürcüstan gündəmə gəlib

Sanksiyanın uzadılması

Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaları daha yarım il, 2019-cu ilə qədər uzadıb.

Əvvəlcə 2014-cü ildə Avropa İttifaqı ABŞ və bir neçə digər ölkə RF-ə qarşı sanksiya elan etdi. Səbəb Ukraynanın Krım ərazisi idi. Moskvanın dəstəyi ilə orada referendum keçirilib və çoxluq Krımın Rusiya tərkibinə daxil olmağın lehinə səs verib. Bu qərarı Ukrayna və beynəlxalq ictimaiyyət Krımın ilhaqı kimi qəbul edib.

Daha sonra Şərqi Ukraynada müharibə başladı. Beylənxalq ictimaiyyət Rusiyanı müharibədə fəal iştirakda və separatizmi dəstəkləməkdə ittiham etdiyi üçün bu ölkəyə qarşı sanksiyalar genişləndirilib.

Daha sonra bu sanksiyalar bir neçədəfə də gücləndirilib və uzadılıb. Hazırkı sanksiyanın müddəti 2019-cu il yanvarın 31-də bitir.

Sanksiya müddətinin növbəti dəfə uzadılması bu cür əsaslandırılıb: Avropa İttifaqı Minsk sazişinin yerinə yetirilməsində tərəqqi görmür.

 

“AŞ Minsk sazişinin tətbiqində sıfır tərəqqini nəzərə alaraq iqtisadi sanksiyaların müddətini uzadır”, – Avropa Şurasının sədri Donald Tusk Twitter səhifəsində yazıb.

 

 

Minsk sazişi Şərqi Ukraynada vəziyyəti nizamlayır və eyni zamanda Donetsk və Luqansk vilayətləri ərazisində hərbi əməliyyatların tam dayandırılmasını da nəzərdə tutur. Bu razılaşmalar Rusiya, Ukrayna, bu iki tanınmamış separatçı respublika və ATƏT arasında imzalanıb. Protokolun imzalanmasına baxmayaraq, Ukraynanın şərqində hərbi əməliyyatlar bu günə qədər davam etdirilir və beynəlxalq ictimaiyyət bunda Rusiyanı günahlandırır.

“Şimal axını – 2”

Avropa Parlamenti qətmanələq qəbul edib – Bu qətnamələr Rusiya və Ukrayna arasındakı “Şimal axını – 2” qaz kəməri bağlı münasibətləri, həmçinin Kerç boğazında və Azov dənizində gəmiçiliklə bağlı iki problemi əks etdirir.

“Şimal axını – 2”- Avropanın enerji təhlükəsizliyini təhdid edən siyasi layihədir

“Şimal axını – 2” Rusiyadan Baltik dənizi vasitəsilə Almaniyaya uzanan “Şimal axını” qaz kəmərinin yeni qoludur.

Layihənin əsas tərəfdarları Rusiya prezidenti Putin və Almaniya kansleri Merkeldir. Sonuncu nəhəng Almaniya biznesinin maraqlarını müdafiə edir.

Layihənin əleyhinə çıxanlar, məsələn, ilk növbədə Polşa və Baltika ölkələri hesab edirlər ki, bu qaz kəməri Avropanın Rusiyadan asılılığını artıracaq və Ukrayna iqtisadiyyatını zəiflədəcək, çünki hazırda Rusiya qazı Avropaya məhz Ukrayna ərazisindən ötürülür.

Avropa Parlamentinin qətnaməsində “Şimal axını – 2” “Avropanın enerji təhlükəsizliyini təhdid edən siyasi layihə” adlandırılıb və onun inşasının dayandırılmasına çağırış edilib.

“Şimal axını – 2” qaz kəmərinin inşaatı məsələsi Almaniya hökumətinin konsepsiyası mərhələsindədi və onlar layihənin dayandırılması ilə bağlı edilən çağırışa hələlik reaksiya vermirlər.

Kerç boğazında azad gəmiçilik

Kerç boğazı Qara və Azov dənizlərini birləşdirir. Rusiya və Ukrayna arasında mövcud olan sazişə müvafiq olaraq, Azov dənizi və Kerç boğazı hər iki ölkənin ərazi suları hesab edilir və hər iki ölkənin gəmiləri xüsusi icazə istəmədən bu ərazilərdən azad istifadə edə bilər.

Amma 2014-cü ildə Krımın ilhaqından və yarımada ilə Rusiyanın materik hissəsi ilə birləşdirən Kerç körpüsünün inşasından sonra Rusiya Kerç boğazını öz ərazi suları elan edib.

Noyabrın 25-də Rusiya hərbçiləri Kerç boğazında Ukraynaya aid üç hərbi gəmiyə hücum edib. Gəmilər Azov dənizinə istiqamət alıbmış. Rusiyalılar gəmilərin ekipajlarını ələ keçirib və bu zaman üç dənizçi yaralanıb.

Avropa Parlamentinin qətnaməsində bu əməllər “təcavüz” adlandırılıb, “Ukrayna gəmilərinin və ekipajlarının dərhal və qeyd-şərtsiz azad edilməsi” tələbi əks olunub.

 


More on JAMnews