Nə baş verib və niyə, Ukrayna və Rusiyanın versiyaları, NATO və Avropa İttifaqının reaksiyası " />

Ukraynanın gəmiləri Rusiya tərəfindən atəşə tutulub və ələ keçirilib. Yaralanlar var

Nə baş verib və niyə, Ukrayna və Rusiyanın versiyaları, NATO və Avropa İttifaqının reaksiyası

Nə baş verib

Noyabrın 25-də rusiyalı sərhədçilər Ukraynanın Qara dənizdən Azov dənizinə yollanan hərbi gəmilərini atəşə tutub və taran edib.

O cümlədən Ukraynanın daxili işlər naziri Arsen Avakovun Twitter hesabına yüklənən bu videoda Rusiya gəmisinin Ukraynaya aid yedəyi necə qəsdən və aqressiv şəkildə taran etdiyini görmək olar. DİQQƏT — videoda senzuradan kənar ifadələr səslənir.

• Ukrayna və Rusiya: müharibədə düşmən yoxsa ticarət tərəfdaşları?

• Ukrayna ilə Rusiya arasında “nəqliyyat müharibəsi” dərinləşir. Nə baş verir və nə gözləməli?

• Rusiya dünyanın kiberorduları arasında top 5-dədir

Hadisələr aşağıdakı kimi cərəyan edib.

• Noyabrın 25-də səhər Rusiya bəyan edib ki, Ukraynanın hərbi gəmiləri Rusiya sərhədini pozub. Onlar Qara dənizə çıxıb, Kerç boğazına tərəf yollanıb və əvvəlcədən gəmilərin keçməsi ilə bağlı müraciət etməyib, Rusiya FTX-i xəbər verir.

• Rusiyanın sərhəd gəmisi, arxasınca üç hərbi gəmi gələn Ukrayna yedəyini taran edib.

• Rusiya boğazı mülki gəmilər üçün bağlayıb, hərbi təyyarələr Kerç boğazında keşik çəkməyə başlayıb.

• Ukrayna Rusiyanı “açıq aqressiv əməllərdə” ittiham edir.

• Noyabrın 25-də axşam Ukrayna bildirib ki, Rusiya hərbiçiləri Ukrayna gəmilərini atəşə tutub və ələ keçirib. Xəbər verilib ki, üç gəmi — artilleriya gəmiləri “Berdyansk” və “Nikopol” və “Yana Kapu” reyd yedəyi Odessadan Mariupola yollanırdı və beynəlxalq sularda idilər.

•  Ukrayna altı Ukrayna hərbiçisinin yaralanması barədə məlumat verib. Ələ keçirilmiş gəmi heyəti ümumilikdə 20 nəfər idi.

• Noyabrın 26-da səhər erkən (daha doğrusu, gecə yarısı) Rusiya DTX bildirib ki, üç Ukrayna gəmisi ələ keçirilib və üç Ukrayna hərbiçisi yaralanıb. Yaralılara yardım edilib, Ukrayna HDQ-i gəmiləri tərəfindən RF dövlət sərhədinin pozulması ilə bağlı cinayət işi açılıb. Saxlanılan Ukrayna gəmiləri Kerç limanına çatdırılıb, Rusiya DTX-sı xəbər verib.  

Ukraynanın Hromadske telekanalı canlı yayımda baş verənləri izləyir

Ancaq Rusiya Kerç boğazını öz ərazisi hesab edir, heç bir ölkə bu mövqeni dəstəkləmir

© 2018 Google

İnsidentin baş verdiyi Kerç boğazı Azov dənizini Qara dənizlə birləşdirir.

2003-cü ildə bağlanan Rusiya-Ukrayna müqaviləsinə görə, bu iki ölkənin bayrağı altında üzən gəmilər orada azad gəmiçilikdən istifadə edir.

Amma 2014-cü ildə, Krımın ilhaqından sonra Rusiya Kerç boğazını öz ərazi suları bəyan edib.  

Krım Ukraynada kütləvi etirazlar nəticəsində hakimiyyət dəyişəndən və Rusiyayönlü prezident Yanukoviç ölkədən qaçandan sonra Rusiya tərəfindən ilhaq edilib. Bu hadisələrin daha bir nəticəsi şərqdə iki qondarma respublika olan – Donetsk və Luqansk respublikalarının yaranması oldu, onlar Rusiyanın o cümlədən hərbi dəstəyindən istifadə edir.

 

Dünyanın heç bir dövləti, o cümlədən Rusiyanın ən yaxın müttəfiqləri olab Belarus, Ermənistan və Qazaxıstan Krımı Rusiyanın tərkibində tanımayıb

Ukraynanın reaksiyası

Kiyevdə Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının baş tutan iclasında ölkə prezidenti  Pyotr Poroşenko hərbi vəziyyətin elan edilməsini dəstəkləyib.

• “Gürcü” Saakaşvilinin “ukraynalı”dan dörd fərqi

• Rəy: niyə uğur Vladimir Putindən üz döndərib?

Noyabrın 26-da bu məsələnin Ali Radanın növbədənkənar iclasında nəzərdən keçiriləcəyi gözlənilir.

Poroşenko vəd edib ki, hərbi vəziyyət təcili səfərbərlik demək deyil. Onun sözlərinə görə, o, vətəndaşların hüquq və azadlıqlarının məhdudlaşdırılmasına gətirib çıxarmamalıdır.

Amma artıq noyabrın 26-na keçən gecə Ukraynanın hərbi qüvvələri tam hərbi hazırlıq vəziyyətinə gətirilib.

Rusiyanın reaksiyası

Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova Ukraynanı təxribatda ittiham edib.

 

“Quldurlar”, —  Mariya Zaxarova özünün “Facebook” səhifəsində yazıb.

“Metodları da quldur metodlarıdır: əvvəl təxribat, sonra güc təzyiqi, sonra da aqressiya ittihamları”.

 

Beynəlxalq reaksiya

NATO və Aİ-də bildiriblər ki, Kerç boğazındakı hadisələri izləyirlər və tərəfləri gərginliyi artırmamağa çağırıblar.

NATO-nun bəyanatında o cümlədən deyilir ki, alyans Ukraynanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyir. NATO Rusiyaya Ukrayna gəmilərinin Azov dənizinin limanlarına maneəsiz girişini təmin etmək çağırışı ilə müraciət edir.  

Avropa İttifaqı rəhbərliyi də Rusiyanı Ukrayna gəmilərinin Kerş boğazında sərbəst keçməyini təmin etməyə, hər iki tərəfi isə “maksimal səbirli” hərəkət etməyə çağırıb.  


More on JAMnews