Analitiklər 300 milyon dollar və min mütəxəssis hesablayıblar" />

Rusiya dünyanın kiberorduları arasında top 5-dədir

Analitiklər 300 milyon dollar və min mütəxəssis hesablayıblar

Rusiya dünyanın ən mükəmməl kiberqoşunları – hərbi və kəşfiyyat məqsədlərilə kibertəhlükəsizlik üzrə ixtisaslaşmış bölmələr – olan 5 ölkədən biri olub.

Zecurion şirkətinin analitiklərinə istinadən “Kommersant” yazır ki, Rusiya kiberqoşunlara ildə orta hesabla 300 milyon dollar vəsait xərcləyir və bu xüsusi bölmələrdə min nəfərə yaxın insan çalışır.

Ekspertlərin bildirdiyinə görə, rəsmən kiberqoşunlardan dünyanın ancaq onlarla ölkəsi istifadə edir, qeyri-rəsmi isə yüzdən çox. Ən mütəşəkkil kiberqoşunlar ABŞ-a məxsusdur. Orada bu istiqamətdə maliyyələşdirmə ildə 7 milyard dollara çatır, təqribən 9 min xaker dövlətlə əməkdaşlıq edir.

ABŞ-ın ardınca Çin gəlir. Orada kiberqoşunların maliyyələşdirilməsinə ildə təxminən 1,5 milyard dollar xərclənir, kiberordunun sıraları isə təxminən 20 min nəfərdən ibarətdir. Üçüncü yeri Böyük Britaniya (ildə 450 milyon dollar və 2 min nəfər xaker),  dördüncünü isə Cənubi Koreya (ildə 400 milyon dollar və 700 nəfər xaker) tutur.

Analitiklər kiberqoşunların fəaliyyətinin əsas istiqamətlərinin casusluq, kiberhücum və informasiya müharibələrindən ibarət olduğunu deyirlər.


More on JAMnews