Gürcüstanın sabiq hərbçisi prokurorluğun qərarı sayəsində axşam Kiyev həbsxanasından çıxıb" />

Qiya Tsertsvadze azadlıqda

Gürcüstanın sabiq hərbçisi prokurorluğun qərarı sayəsində axşam Kiyev həbsxanasından çıxıb

Qiya Tsertsvadze həbsdən azad edilib. Rusiyanın tələbilə Ukraynada həbs edilən Gürcüstan DİN xüsusi təyinatlı dəstəsinin keçmiş zabiti yanvarın 26-da axşam həbsxananı tərk edib. Bu haqda məlumatı Rustavi-2 telekanalı yayıb.

 “Gürcü” Saakaşvilinin “ukraynalı”dan dörd fərqi

• Maydanda “gürcü snayperləri” olubmu?

• Şərh: Deportasiya olunmuşlar – 2017

Tsertsvadzenin azad edilməsi Urkayna Prokurorluğunun ekstradisiya ilə bağlı işə xitam verməsi ilə mümkün olub.

Tsertsvadzenin azad edilməsi onun tərəfdarları üçün gözlənilməz olub.

Tsertsvadzenin azad edildiyini Ukraynanın Baş prokuroru Yuri Lutsenko da Facebook səhifəsində təsdiqləyib. “Ukrayna özününküləri satmır, özününkülər gürcü olanda da həmçinin”, – o qeyd edib.

Xatırladaq ki, bu gün Kiyev Apellyasiya Məhkəməsi Tsertsvadzenin haqqında çıxarılmış 40 sutkalıq həbs qətimkan tədbirini qüvvədə saxlamışdı. Məhkəmə Kollegiyası bunu ilkin instansiyanın iş üzrə materialları Apellyasiya Məhkəməsinə zamanında göndərmədiyi ilə əsaslandırıb. İş üzrə növbəti məhkəmə iclası fevralın 3-ə təyin edilmişdi.

Gürcüstan DİN xüsusi təyinatlı dəstəsinin sabiq podpolkovniki Georgi Tsertsvadze bir neçə gün əvvəl Rusiyanın tələbilə Kiyev Beynəlxalq Hava Limanında saxlanılmışdı. Abxaziya və 2008-ci il Rusiya-Gürcüstan müharibəsinin veteranı olan Tsertsvadze son zamanlar könüllü olaraq Ukraynada terror əleyhinə əməliyyatlarda iştirak edirdi. Rusiya hakimiyyəti onu 2003-cü ildə baş vermiş qətli törətməkdə ittiham edir. Amma onun haqqında beynəlxalq axtarış 2016-cı ilin dekabrında elan edilib. Vəkilinin və müxalifət nümayəndələrinin sözlərinə görə, Gürcüstan hakimiyyəti Tsertsvadzenin şəxsi məlumatlarını Rusiyaya ötürüb.


More on JAMnews