Burada problemlər illərlə toplanıb. Səbəblər hələ də aydınlaşmayıb. Zoopark direktoru işdən çıxıb, amma bu, qeyri-müəyyənliyi daha da artırıb" />

Heyvanların sonsuz xəstəlikləri və tələf olması. Yerevan zooparkından detektiv kimi hekayə

Burada problemlər illərlə toplanıb. Səbəblər hələ də aydınlaşmayıb. Zoopark direktoru işdən çıxıb, amma bu, qeyri-müəyyənliyi daha da artırıb

Yerevan zooparkı, heyvanların ölümü, sahibsiz itlər, volyer, hasar, direktor, istefa, veterinar, Qırmızı kitab, bezoar keçisi, muflon, kenquru, Երևանի կենդանաբանական այգի, կենդանիների անկում, թափառող շներ, ազատավանդակ, ցանկապատ, տնօրեն, հրաժարական, անասնաբույժ, Կարմիր գիրք, բեզոարյան այծ, մուֆլոն, կենգուրու

Yerevan zooparkında dekabrda yenə də itkilər olub. Bu dəfə bezoar kiçisi tələf olub. Bu heyvan növü Ermənistanın Qırmızı Kitabına daxil edilib. Zooparkın baş baytarı onun ölümünün böyük ehtimalla yaşı ilə bağlı olduğunu bildirib. Amma bu, dəqiq deyil, hələ analizin nəticələri çıxmayıb.

Oktyabrın sonunda – noyabrın əvvəlində isə sahibsiz itlər üç kenqurunu və üç muflonu parçalayıb. Bu hadisələr yerevanlıları çox sarsıdıb. Onlara izah edilib ki, həmin saatlarda zooparkda sadəcə mühafizəçi olmayıb və park ətrafında hasar tikilməlidir, buna isə pul yoxdur.

Amma bu da hələ hamısı deyil. 2018-ci ildə xəstəliklər, zəhərlənmələr və digər qeyri-müəyyən hallar zebranın, ayının, timsahın, bezoar keçisinin və iki pələngin ölümünə səbəb olub. Lama, Kamerun keçisi, marallar və dağkeçisi isə vərəmdən ölüb.

Parkda nə baş verir, niyə iki il ərzində bu qədər çox sayda heyvan tələf olub, ünahkar kimdir və vəziyyəti necə düzəltmək olar? Dəqiq cavablar yoxdur, mütəxəssislərin fikirləri müxtəlifdir.

Azadlıqda və məhbəsdə həyat. Yerevan zooparkından video və fotolar

İnsan itlərin dostudur? Abxaziyada sahibsiz itləri güllələyirlər

90 saniyə: Tbilisidə baş verən seldən dörd il keçir

Qarşılıqlı ittihamlar

Երևանի կենդանաբանական այգի, կենդանիների անկում, թափառող շներ, ազատավանդակ, ցանկապատ, տնօրեն, հրաժարական, անասնաբույժ, Կարմիր գիրք, բեզոարյան այծ, մուֆլոն, կենգուրու

Sahibsiz itlərin hücumundan sonra son 8 ildə zooparka rəhbərlik edən Ruben Xaçatryan tutduğu vəzifədən gedib.

O, JAMnews-a müsahibə verməkdən imtina edib, işdən getməsinin səbəbini və ünvanına səslənən ittihamları şərh etmək istəməyib.

Ruben Xaçatryanın ünvanına ittihamları isə zooparkın elə onun tərəfindən işdən qovulan keçmiş əməkdaşları səsləndirib.

Onlar direktorun istefası tələbi ilə çox sayda aksiya keçiriblər, hətta polisə müraciət edib, zoopark direktoruna qarşı 13 maddədən ibarət ittiham sənədi də təqdim ediblər. İttihamlar sırasında qəsdən ziyankarlıq da var: canavarların zəhərlənməsi, şirlərin qətl edilməsi, amma bunlar hələ sübuta yetirilməyib.

Keçmiş əməkdaşlar Ruben Xaçatryanın avtoritar iş metodlarından, mütəxəssilərin fikirlərini nəzərə almamaq xüsusiyyətindən şikayətləniblər. Hətta direktorun zoopark ərazisini başqa məqsədlər üçün istifadə etməkdən ötrü heyvanları qəsdən öldürməsi ilə bağlı versiya da mövcuddur.

Amma zooparkın hazırkı əməkdaşları meriyaya məktub yazıblar və Xaçatryanın istefa ərizəsinin qəbul edilməməsini xahiş ediblər. Onlar güman edirlər ki, heyvanların ölümü və itlərin hücumu onların keçmiş həmkarları tərəfindən mübarizə üsulu kimi təşkil olunub.

İstənilən halda indi Xaçatryanın gedişindən sonra geriyə yalnız qeyri-müəyyənlik qalıb. Vəziyyətin yaxşılaşdırılması istiqamətində addımların atılması hələ ki müşahidə olunmur.

Həlak olmuş kenquru və digər heyvanlar haqda

“Mən kkenquruların öldüyünü eşidəndə mənə çox pis, ağır və kədərli idi”, – son bir ildə bu heyvanlarla işləyən Lianna Badalyan deyir.

Երևանի կենդանաբանական այգի, կենդանիների անկում, թափառող շներ, ազատավանդակ, ցանկապատ, տնօրեն, հրաժարական, անասնաբույժ, Կարմիր գիրք, բեզոարյան այծ, մուֆլոն, կենգուրու, Երևան, Հայաստան

Lianna Badalyan artıq beşinci ildir ki, zooparkda çalışır. Foto: JAMnews

Kenqurular Ermənistana Moldovadan gətirilib, yerli şəraitə adaptasiya olunub, artıq zoopark əməkdaşlarına etibar edirdilər.

“Hər şeydən çox, özlərində də daha çox qarğıdalını sevirdilər. Biri yemək üçün qarğıdalı götürən kimi digərləri də qaçıb gəlirdi. Yazıq bölüşmək istəməsə də, yenə də uzadırdı ki, digərləri də yesinlər”, – Lianna danışır.

O, zooparkda artıq beş ildir ki, çalışır. İndi meymunlarla məşğul olur. Deyir ki, davranışlarından heyvanların əhvalını və ya onların problemini müəyyən edə bilir.

“Heyvanla ünsiyyətdə olanda əhvalındakı, gözünün parıltısındakı dəyişiklikləri çox tez sezə bilirsən. Hətta bilirsən ki, məsələn bu meymun səni sevmir və əgər o, bugün bunu biruzə vermirsə, deməli, onunla nəsə baş verir. Məsələn, meymunlardan biri məni sevmir və mən hər dəfə ona yaxınlaşanda, məni tutub, vurmağa çalışır”, – Lianna gülərək danışır.

Deyir ki, heyvanlar çox həssasdır, diqqət mərkəziində olmağı sevirlər. Buna görə də hər dəfə onların yanından ötəndə himayəsində olan heyvanlara badam, xurma və ya alma verir.

Երևանի կենդանաբանական այգի, կենդանիների անկում, թափառող շներ, ազատավանդակ, ցանկապատ, տնօրեն, հրաժարական, անասնաբույժ, Կարմիր գիրք, բեզոարյան այծ, մուֆլոն, կենգուրու

Bu meymun Liannanı sevmir, amma bu, zoopark əməkdaşının xətrinə dəymir. Foto: JAMnews

Sona çatdırılmamış islahatlar

Zoopark əməkdaşları danışırlar ki, keçmiş direktor irimiqyaslı islahatlara, inkişaf və abadlaşdırma proqramlarına başlayıb. Məsələn, heyvanlar üçü volyerlər quraşdırılıb ki, onların həyat şəraiti maksimum təbii şəraitə uyğul olsun.

Երևանի կենդանաբանական այգի, կենդանիների անկում, թափառող շներ, ազատավանդակ, ցանկապատ, տնօրեն, հրաժարական, անասնաբույժ, Կարմիր գիրք, բեզոարյան այծ, մուֆլոն, կենգուրու

Parkk sakinləri qonaqları diqqətlə nəzərdən keçirirlər. Foto: JAMnews

Səkkizinci ildir ki, zooparkda işləyən baş baytar Harutyun Hovannisyan müsbət dəyişikliklər arasında klinikanın inşa edilməsini də sadalayıb:

“Mən bura yenicə işləməyə gələndə, burada yalnız bir şkaf vardı. Tədricən, heyvanların müalicəsi üçün müasir şərait yaradılıb”.

Երևանի կենդանաբանական այգի, կենդանիների անկում, թափառող շներ, ազատավանդակ, ցանկապատ, տնօրեն, հրաժարական, անասնաբույժ, Կարմիր գիրք, բեզոարյան այծ, մուֆլոն, կենգուրու

Veterinar qamış pişiyini müayinə edir. Foto: JAMnews

Veterinar əcnəbi mütəxəssislərlə əməkdaşlığı, təcrübə mübadiləsi proqramlarının həyata keçirilməsini də mühüm hesab edir. bütün bunları işdən çıxan Ruben Xaçatryan koordinasiya edib. İndi isə məlum deyil ki, əməkdaşlıq davam edəcəy, ya yox.

Harutyun Hovannisyan deyir ki, məsələn, zoopark a son zamanlar İngiltərədən mütəxəssislər gəlirdi, onlar 20 heyvana stomatoloji xidmət göstəriblər:

“Bu, çox böyük və bahalı iş idi. Əgər zoopark həmkarları ilə əməkdaşlıq etməsə, əcnəbi mütəxəssislər bura gəlməsə və öz təcrübələrini bölüşməsələr, zoopark təcrid olunmuş vəziyyətə düşəcək”.

Երևանի կենդանաբանական այգի, կենդանիների անկում, թափառող շներ, ազատավանդակ, ցանկապատ, տնօրեն, հրաժարական, անասնաբույժ, Կարմիր գիրք, բեզոարյան այծ, մուֆլոն, կենգուրու

Zooparkda 180 növdə heyvan və quş yaşayır. Foto: JAMnews

Veterinar hədsiz çox sayda heyvanların ölməsi ilə bağlı danışılanları şişirtmə hesab edir. O bildirir ki, digər ölkələrlə müqayisədə göstəricilər orta həddən aşağıdır:

“Heyvanların ölüm halları həmişə olub. Zoopark canlı orqanizmdir – burada doğulur, yaşayır və ölürlər. Hər bir canlının özümüm yaşam müddəti var. Bundan başqa xəstəliklər də olur, bunların qarşısını almaq mümkün deyil. Elə olur ki, heyvanlara digər heyvanlar hücum edir və ya onlar özləri bir-birinə xəsarət yetirir”.

Ekspert rəəyi

Veterinar, “Endemik və təhlükə altında olan növlərin mühafizəsi” fondunun rəhbəri Manuk Manukyan hesab edir ki, zooparkın növbəti direktoru özündən əvvəlkinin yanlışları haqda bilməlidir:

“Zooparkın iidarə olunması ilə bağlı bütün qərarlar yalnız direktor tərəfindən təkbaşına verilirdi və vəhşi heyvanlara aidiyyatı olan mütəxəssislərlə razılaşdırılmırdı – burada belə mütəxəssislər ümumiyyətlə olmayıb.

Ekspert komissiyasının yaradılmasına ehtiyac var. Heyvanlarla bağlı olan bütün məsələlər erməni mütəxəssislərlə müzakirə olunmalıdı, çünki yerli zooloqlar həm heyvanların, həm də landşaftın xüsusiyyətlərinə bələddirlər”.

Onun sözlərinə görə, zooparkın hasarlanması problemi həmişə aktual olub. Əsassız şəkildə böyük valyerlərin quraşdırılması əvəzinə bu problemin həllinə pul xərcləmək daha doğru olardı.

Ekspert misal olaraq şirlər üçün quraşdırılmış volyeri göstərir. Bildirir ki, volyerlərin quraşdırılmasına çox böyük vəsait xərclənib. Halbuki volyer iki qat kiçik ola bilərdi, çünki şirlər çox da  hərəkət edən heyvanlar deyil. Qalan məbləği isə zooparkın hasarlanmasına xərcləmək olardı.

Manuk Manukyan bildirir ki, volyerlərin landşaftı da standartlara uyğun deyil. Məsələn, ayılar hərəkətli heyvanlardır və onların volyeri yamacda yerləşdiyi üçün öz arakəsmələrini sökə, dağıda və azadlığa çıxa bilərlər.

Երևանի կենդանաբանական այգի, կենդանիների անկում, թափառող շներ, ազատավանդակ, ցանկապատ, տնօրեն, հրաժարական, անասնաբույժ, Կարմիր գիրք, բեզոարյան այծ, մուֆլոն, կենգուրու

Ayıların volyeri. Foto: JAMnews

“Muflonların arakəsmələrinin də dağıdılmaq ehtimalı var. Və heyvanlar Yerevan küçələrinə çıxa bilərlər”, – veterinar deyir.

Bundan sonra necə olacaq?

Hazırda zooparkın sərhədləri müəyyən edilir. Məlum olub ki, hansısa təşkilatlar əraziləri zəbt ediblər. Meriya əraziləri azad etmələri üçün onlarla danışıqlar aparır. Parkın sərhədləri tam müəyyən ediləndən sonra meriya, nəhayət, parkı hasarlayacaq. Ehtimal olunan müddət 2020-2021-ci illərdir.

Yerevan zooparkı 35 heqtarlıq ərazidə yerləşir. Burada 180 növdə heyvan yaşayır.

Parkın əsası 1940-cı ildə qoyulub və mövcud olduğu 80 il müddətində parkın hasarı olmayıb.

Qara qaranquş. Foto: JAMnews


More on JAMnews