İnsan itlərin dostudur? Abxaziyada sahibsiz itləri güllələyirlər
Abxaziyada sahibsiz itlər problemi çox kəskin vəziyyətdədir, çözüm yolu isə sadədir – öldürmək.
Rayonlarda sahibsiz heyvanları odlu silahla öldürürlər, Suxumda isə nəfəsli silahdan preparatlı mizraq atəşi ilə birdəfəlik yatırırlar.
Abxaziyanın yerli büdcəsində olan vəsait problemin ancaq belə radikal həllinə yetir. Heyvanlar üçün sığınacaqların və onların sterilizasiyası üzrə proqramların maliyyələşdirilməsi nəzərdə tutulmayıb.
H
ər dəfə sosial şəbəkələrdə güllələnmiş itlərin şəkilləri yayılanda cəmiyyət çox sərt reaksiya verir.
Bir qisim qətliama qarşı çıxır:
“Necə məxluqlardır? Günahsız heyvanları öldürmək nəyə lazımdır?” – sosial şəbəkələrdən birinin istifadəçisi yazır.
“Nə zaman, nəhayət, sığınacaq tikiləcək?” – digəri sual edir.
Başqa bir qisim hesab edir ki, əksinə, heyvanların öldürülməsi üçün pul ayrılmalıdır.
“Onları yatırmaq və ya güllələmək, sığınacaq tikməkdən daha yaxşıdır. Ucuz başa gələr”.
“Sahibsiz itlərin yaxalanması üçün yaxşı proqram mütləq lazımdır. Yoxsa, bu templərlə nəticədə biz onlardan qorxacağıq”.
Bu iki qrup israrla bir-birinə öz mövqeyini sübut etməyə çalışır. Amma sözlü çəkişmədən başqa heç nəyə nail olmurlar. Respublikada bu gün “Heyvanların mühafizəsi haqda” qanun mövcud deyil, buna görə də hakimiyyətin sığınacaq yaratması, biçarə heyvanların sistemli yaxalanması və sterilizə edilməsi haqda danışmaq mənasızdır.
“Biz ancaq vətəndaşlardan administrasiyaya it dişləməsi və ya aqressiv it gördükləri ilə bağlı ərizə daxil olduğu zaman reaksiya veririk”, – kommunal idarənin rəisi Dmitri Axuba danışır. – “Mütəxəssislər əraziyə gedib vəziyyəti öyrənir və qərar qəbul edirlər. Bir qayda olaraq sahibsiz itlər yatırılaraq öldürülür”.
Nə etməli?
Bir neçə il əvvəl şəhərin mərkəzində olan-qalan bütün pulunu sahibsiz heyvanlara yardıma xərcləyən Evelina nənə yaşayırdı. O, onları yedizdirir, müalicə edirdi. Heyvanlar həmişə onun evinin ətrafına toplaşırdı.
Qaqrada ötən il “Bagira” sahibsiz heyvanlara yardım xeyriyyə fondu açılıb. Onu Səidə Otırba kurort mövsümü ərəfəsində şəhəri sahibsiz heyvanlardan “təmizləyənlərin” qurbanı olan iti Bagiranın xatirəsinə yaradıb.
“Onlar hər yana zəhər tökürdülər, biz də gəzməyə getdiyimiz zaman, itim zəhəri yedi, mən də vaxtında fikir vermədim”, – Səidə Otırba deyir.
O
nun sığınacağında 40-dan çox sahibsiz heyvan var, onlara iki nəfər – Səidə və rəfiqəsi Karina Eksuzyan qulluq edir. Az əvvəl şəhər meri onlara beş min kvadratmetrlik boş ərazi ayırıb (təxminən orta futbol sahəsinin həcmi). Amma fond təşkilatçıları ora köçməyə tələsmir, çünki onların sığınacağı inşa etməyə vəsaiti yoxdur, elə yerin özü də şəhərdən 40 kilometrlik məsafədə yerləşir.
“Bizə ancaq hasar üçün azı 180 min rubl [3 min dollara yaxın] lazımdır. Bütün il boyu 15 min rubl [266 dollara yaxın] pul yığdıq. Biz heyvanları hasarı olmayan yerə apara bilmərik. Onlar qaçacaqlar. Buna görə də yaxınlıqda yer tutmalı oluruq. Tanışlarımız bizim üçün it damları hazırlayıblar”, – Səidə deyir.
Bu da bir itin saxlanması üçün lazım olan bütün xərclər:
İt damı – 3500 rubl [62 dollara yaxın];
Yem – 2400 rubl [43 dollara yaxın];
Peyvəndlər – 490 rubl [9 dollara yaxın];
Analizlər – 1800 rubl [32 dollara yaxın];
Sahənin icarəsi – 12 min rubl [213 dollara yaxın] – bütün heyvanlar üçün.
Səidə Otırbanın sözlərinə görə, Rusiya və Avropadan, qismən də Abxaziyadan (Instagram və Facebook qruplarının iştirakçıları) olan qayğıkeş insanlar kömək edir.
“Bu yaxınlarda Rusiyadan tanımadığım adam zəng vurub, öz avtomobilini bizə verməyi təklif etdi. İndi bizin maşınımız var, əvvəl isə piyada dolaşır, marşrutda gəzirdik”, – o deyib
“Bu gün “ağır” it gətirmişik. Onu qatar vurub. Axşam evə yorğun gəlmişdim ki, hasarın yanında bir küçüyün bağlandığını gördüm. Telefon heç susmur, Abxaziyanın hər yerindən zəng vururlar. Elə olur ki, Pitsundaya gedirəm, iti gətirib, qoyuram, sonra dərhal digərinin dalınca tamam fərqli yerə gedəsi oluram. Müalicə üçün onları Daqomıs və Soçiyə aparırıq”, – Səidə danışır.
Mövcud olduğu müddətdə fond 300-ə yaxın sahibsiz iti müalicə edib və sahibləndirib. Heyvanları onlara respublikanın dörd bir yanından gətirirlər.
Suxum hakimiyyətinə məxsus “Spetsavtoxozyaystvo” müəssisəsinin öz planı var: hər ay müəssisə əməkdaşları 30-a yaxın sahibsiz it və pişiyi məhv edir.