Tbilisidə belə fəlakət olmamışdı " />

Tbilisi daşqınından dörd il ötür

Tbilisidə belə fəlakət olmamışdı

2015-ci il iyunun 13-də baş verən faciədən dörd il ötür. Vera çayının dərəsində başlayan daşqın 24 nəfərin ölümünə səbəb olub, 2 nəfər isə hələ də itkin düşmüş sayılır.

Ölənlər arasında üç zoopark işçisi, xilasedicilər var.

Tbilisidə leysan yağışı 13 iyun 2015-ci ildə gecə başlayıb və iyunun 14-ü səhərə qədər davam edib. Nəticədə Vera çayında suyun səviyyəsi xeyli qalxıb. Fəlakətin episentrinə Tbilisi zooparkı və paytaxtın mərkəzi avtomobil magistrallarından biri düşüb. Fəlakətin vurduğu maddi zərər təxminən 50 milyon laridir.

Daşqın zooparkı demək olar ki, tamamilə məhv edib. Heyvanların böyük hissəsi tələf olub, bir hissəsi də volyerlərdən çıxıb, şəhərə qaçmışdı. 5 şir, 6 pələng, 6 ayı və 13 canavar Tbilisi küçələrinə çıxmışdı. Yerli begemotu zooparkın ətrafında görmüşdülər, onun fotoları tanınmış xarici KİV-də dərc olunmuşdu.   

foto: Beso Qulaşvili

İyunun 17-də yoldan keçən bir adam zooparkdan qaçan pələnglərdən birinin qurbanı olmuşdu.

Zərərçəkənlərə könüllülər də fəal şəkildə yardım göstərirdi. Onlar təmizlik işlərində iştirak edirdilər, lazımlı əşyaların yığılması və qəbulunu təşkil edirdilər. Onlar öz addımlarını sosial şəbəkələrdə əvvəlcədən planlaşdırır və koordinasiya edirdilər. Nəticədə bu işə yüzlərlə gənc cəlb olunmuşdu.

Mütəxəssislər baş verən fəlakəti Tsxneti-Betaniya yolunda torpaq sürüşməsilə izah edirlər. Dayanmadan yağan yağıntılar təxminən 1 milyon kub-metr torpağın sürüşməsinə gətirib çıxarıb. Bütün bu su, torpaq, palçıq, kökündən qopardılmış ağaclar Vera çayının dərəsinə tökülərək, çayın ağzını bağlayıb ki, bu da çayda suyun səviyyəsinin qalxmasına və çayın məcrasından çıxmasına səbəb olub.

Facebook Comments

More on JAMnews