Onların müəllifləri və ifaçıları demək olar ki, bir ay sürən etiraz hərəkatının simvollarına çevrildilər " />

Ermənistan inqilabının mahnıları və şüarları

Onların müəllifləri və ifaçıları demək olar ki, bir ay sürən etiraz hərəkatının simvollarına çevrildilər

Ermənistanda baş tutan məxməri inqilab küçə sənətinin müxtəlif təzahürləri ilə müşayiət olunub. Yerevanda həmin günlərdə çox müxtəlif musiqi – istənilən zövqdə səslənib, müxtəlif plakatlar qaldırılıb – əllə yazılan əyri-üyrü yazılardan kalliqrafiya şedevrlərinə qədər. Burada biz hərəkat iştirakçılarının daha çox xoşuna gələn epizodları veririk.

 
İnqilabın himni: “Mənim addımım, vətəndaşın mahnısı”

Yazı dərc olunan zaman “Youtube”da baxış sayı: 1,140,315

Hərəkatın himni “Mənim addımım” mahnısı oldu. Sözlərin müəllifi inqilabın lideri və artıq Ermənistanın baş naziri olan Nikol Paşinyandır, musiqini Ayk Stver (Ayk Ayrapetyan) yazıb.

Ayk altı ildir ki, Kiyevdə yaşayır və işləyir.  Əvvəlcə sözlərə musiqi yazmaq və mahnını ifa etmək təklifini o, öz qardaşından alıb. Qardaşı Mxitar Ayrapetyan “Mənim addımım” təşəbbüsünün müəllifi və üzvüdür, etiraz hərəkatı bu təşəbbüsdən başlayıb, indi o, diaspora naziridir.  

“Musiqi və onun ifası üzərində işləyəndə, onun bu qədər populyar olacağını təsəvvür edə bilməzdim. Əlbəttə, əsası inqilabdır. Amma onu da başa düşürdüm ki, o, ancaq müsbət nəticə əldə edildiyi halda tanınacaq. Bu inqilabın bir neçə simvolu olub, onlardan biri də bu mahnıdır. Xoşbəxtəm ki, “Mənim addımım” təşəbbüsü mənim mahnımdan başlayıb”, – Ayk Stver deyir. Yeri gəlmişkən, məxməri inqilab illərində o, Yerevana qayıdaraq, nümayişlərdə iştirak edib.

Tata Simonyanın “Salam, Ermənistan” mahnısı

Populyar müğənni Tata Simonyan da inqilaba mahnı həsr edib. Aprelin 26-da o, özünün sosial şəbəkədəki səhifəsində kompozisiyanın yazılması və aranjmanı üzərində işin necə getməsi barədə bir dəqiqəlik video yerləşdirib. Bir neçə gün sonra “Youtubе”da  artıq Tata Simonyanın “Salam, Ermənistan” mahnısı varıydı. Sayılı günlər ərzində mahnı populyarlaşır və şəhərin küçələrində şütüyən maşınlardan eşidilirdi.

Yazı dərc olunan zaman “Youtube”da baxış sayı: 3,674,560

Ümumi həmrəylik günlərində səslənən başqa mahnılar

Bu inqilabı “məxməri”, həm də “sevgi” və ya “həmrəylik” inqilabı adlandırırlar. Sevgi, həmrəylik və dözümlülük isə müxtəlif musiqi zövqləri olan adamların bir-birinə münasibətində də özünü göstərirdi.

Əks halda çətin ki, küçələrdə bu qədər müxtəlif mahnılar bir-birinin ardınca səslənə bilərdi:

Hip-hop ifaçısı HRAG-ın “ԴՈՒԽՈՎ” kompozisiyası

[«ԴՈՒԽՈՎ» inqilabın simvollarından biridir, “cəsarətlə risk et” deməkdir. Bu yazı inqilabın lideri Nikol Paşinyanın kepkasının üstündə varıydı, sonra da plakatlarda, hərəkat iştirakçılarının köynəklərində yazıldı – JAMnews]

 

NEW GRAY qrupunun “Azad ol” mahnısı

 

Edo Barnaulskinin ifasında “Nikol Paşinyan”


İnqilabın trubası

1988-ci ildən Ermənistanın müstəqilliyi uğrunda hərəkatın simvolu “Çay niyə səs-küy salıb” filmindən trubanın məşhur melodiyasıydı. Truba çalan Aşot Mirzoyanın ifasında o, Yerevanın küçələrinə adamlar toplayır, mitinqin başlamasından xəbər verirdi. Düz 30 il sonra trubanın elə həmin səsləri Respublika meydanında səslənirdi.  

Gənc truba çalan, bəstəkar Aleksandr Arutunyan da Aşot Mirzoyandan nümunə götürdü.

Aleksandr Arutunyanın sosial şəbəkədəki səhifəsindən foto

19 yaşlı konservatoriya tələbəsi niyə səhnəyə çıxmaq və məşhur melodiyanı ifa etmək qərarına gəldiyi barədə danışır:      

“Mitinq vaxtı tez-tez öz ailə üzvləri, dostları ilə birlikdə etiraz aksiyalarına qoşulan, amma hərəkata heç bir musiqi mesajı verməyən konservatoriya tələbələrinə rast gəlirdim. Çoxları qorxurdu ki, hərəkat öz məqsədinə çatmaya bilər və onları konservatoriyada sıxışdırmağa başlayacaqlar. Mən trubamı götürdüm, meydana getdim, özünü təqdim etdim. Məni çağırdılar və mən 1988-ci ilin məşhur melodiyasını ifa etdim. İstəyirdim ki, insanlar daha cəsarətli olsun, tələbələr isə daha qətiyyətli addım atsın”.

Növbəti günlərdə Yerevanın küçələri Aleksandr üçün konsert zalı oldu. Əlində truba məşhur melodiya və digər kompozisiyaları ifa edərək, o dostları ilə etiraz edir, yolları bağlayırdı.



Video: “Hetq” onlayn qəzetinin “Facebook” səhifəsindən

 

Bir çox konservatoriya tələbələri etiraz günlərində küçələrdə olublar. Şəhərin müxtəlif yerlərində onlar Ermənistanda ən hörmətli bəstəkar Komitasın əsərlərini ifa edir, beləliklə də yığışan adamlara öz dəstəklərini ifadə edirdilər.


“Azadlıq” radiostansiyasının videosu

İnqilabın plakatları


Yerevan mitinqləri və yürüşləri zamanı minlərlə plakat və şüar arasında ən təsirli olanı Ruben Malayanın işləriydi.

Ruben Malayanın sosial şəbəkədəki səhifəsindən fotolar

Rəssam hər gün bir neçə plakat çəkərək, inqilabın populyar sloqan və şüarlarını təsvir edir, onları küçələrdə insanlara paylayırdı. Ruben Malayanın sözlərinə görə, çoxu onun studiyasına qayıtmadı. Amma ən sevimli plakatları hələlik özündədir və Ruben sərgi təşkil etmək üçün münasib məqam gözləyir.


Tankyan və “Xeyirxah leylək”


İnqilab iştirakçıları məşhur “System of A Down” rok qrupunun solisti Serj Tankyanın gəlişini səbirsizliklə gözləyirdilər. Erməni əsilli amerikalı müğənni fəal vətəndaş mövqeyi olan adamdır və hərəkatın ilk günlərindən o, etirazların lideri və iştirakçılarına dəstəyini ifadə edib. Bu zaman da təəssüflə qeyd edirdi ki, Ermənistana nə vaxt gələcəyini bilmir.   

Rok musiqi sevərlərin kumirinin çoxdan gözlənilən səfəri mayın 7-də baş tutub. Yerevanda deyirdilər ki, Tankyan hər gün kütləvi mitinqlərin keçirildiyi Respublika meydanında konsertlə çıxış edəcək. Musiqiçi bu şayiələri inkar etdi. Amma öz pərəstişkarlarını məyus etməmək və yığışanları dəstəkləmək üçün Tankyan onlarla birlikdə və musiqi müşayiəti olmadan “Xeyirxah leylək” mahnısını ifa etdi. Onu Ermənistanda demək olar ki, hamı sevir və tanıyır.  

Facebook Comments

More on JAMnews