Qafqazda koronavirus. Azərbaycanda və Ermənistanda yeni yoluxmaların sayına görə anti-rekordlar
-
Statistika: xəstələnib, ölüb, sağaldıb - Azərbaycan, Ermənistan, Gürcüstan
Azərbaycan Ermənistan Gürcüstan Yeni hallar 590 711 3 Cəmi xəstələnib 14 305 21 717 914 Yeni ölümlər +7 +14 0 Ümumilikdə ölüb 174 386 14 Bərpa edildi 7 503 10 797 768 -
Ermənistanda növbəti anti-rekord – sutka ərzində 711 yeni yoluxma
Son sutkada 14 nəfər ölüb, epidemiya başlayandan ölənlərin ümumi sayı 386 nəfərə çatıb.
Ümumilikdə 21717 nəfər yoluxub, onlardan 10797 nəfər sağalıb.
Bu gün xəstəxanadan evə buraxılanlar arasında 99 yaşlı İkinci Dünya Müharibəsi veteranı da var.
Ermənistanda fövqəladə vəziyyət rejimi iyulun 13-ə qədər davam etməlidir.
Ermənistanda koronavirusun iqtisadi fəsadlarını aradan qaldırmaq üçün kimə və hansı yardım ediləcək?
-
Statistika: xəstələnib, ölüb, sağaldıb - Azərbaycan, Ermənistan, Gürcüstan
Azərbaycan Ermənistan Gürcüstan Yeni hallar 508 418 3 Cəmi xəstələnib 13 715 21 006 911 Yeni ölümlər +6 +12 0 Ümumilikdə ölüb 167 372 14 Bərpa edildi 7 503 10 144 768 -
Rusiyada, Peterburq xəstəxanasında 155 yoluxma halı, baş həkim isə ordenlə təltif olunub
Peterburqda Pokrovski xəstəxanasında yoluxan 155 nəfərdən 87 nəfəri tibb personalıdır. Rəsmi araşdırma başlayıb, ilkin əsas nəticələrdən biri xəstəxana daxilində epidemioloji rejimin kobud şəkildə pozulmasıdır.
Hələ apreldə xəstəxananın həkimləri və tibb bacıları müdafiə vasitələri ilə təmin olunmaları üçün yalvarırdılar və bir neçə video-müraciət yaymışdılar.
Xəstəxananın baş həkimi Marina Baxoldina hər şeyi inkar edirdi. İyunun 21-də isə Rusiya prezidenti onu “koronavirus infeksiyası ilə fədakar mübarizəsinə görə” “Əmək Qəhrəmanı” adı ilə təltif edib.
Həmin xəstəxananın reanimatoloq həkimi Sergey Sayapin iş yerində koronavirusa yoluxub və artıq sağalıb. O, “Azadlıq Radiosu”na bildirib ki, “baş həkimin təltif olunması həqiqətən epidemiya ilə mübarizə aparanların ələ salınmasıdır”.
-
Statistika: xəstələnib, ölüb, sağaldıb - Azərbaycan, Ermənistan, Gürcüstan
Azərbaycan Ermənistan Gürcüstan Yeni hallar 478 320 2 Cəmi xəstələnib 13 207 20 588 906 Yeni ölümlər +7 +10 0 Ümumilikdə ölüb 161 360 14 Bərpa edildi 7 168 9 131 791 -
Ermənistan Çindən tibb avadanlığı alıb
Ermənistanda sutka ərzində 520 yeni yoluxma və 10 ölüm halı qeydə alınıb. Pandemiya başlayandan ümumilikdə 19708 nəfər yoluxub, onlardan 332 nəfər ölüb, 8854 nəfər sağalıb.
Ermənistanda fövqəladə vəziyyət iyulun 13-ə qədər davam etməlidir.
Yük təyyarəsi Çindən Yerevana tibb avadanlıqları gətirib. Bu avadanlıqlar büdcə vəsaiti hesabına alınıb.
Xəstəxanalar da ağciyərlərin süni ventilyasiyası aparatları, fərdi təmiz hava təminatı aparatları, tibbi müdafiə maskaları, xüsusi geyim və diaqnostika testləri ilə təmin ediləcək.
-
Azərbaycanda üç gündür, sutkalıq yoluxma sayı rekord vurur
Ötən sutka ərzində Azərbaycanda növbəti rekord yoluxma sayı qeydə alınıb – 491 hal. Ümumilikdə pandemiya başlayandan 12729 nəfər yoluxub.
Sutka ərzində daha 6 nəfər ölüb və ölənlərin ümumi sayı 154 nəfərə çatıb.
6799 nəfər sağalıb.
Azərbaycanda karantin rejimi yenidən sərtləşdirilib. İnsanlar yenə də evdən yalnız sms-icazə alandan sonra 2 saatlıq çıxa bilir. Bu sistem Azərbayanda 2020-ci ilin aprelində tətbiq olunub.
Karantin rejimi avqustun 1-ə qədər uzadılıb.
·Koronavirusu gizlətmək, yoxsa iqnor etmək? Hər ikisi! Bakıdan hekayə
-
Dünyada sutka ərzində yeni yoluxma hallarının rekord sayı
Ümumdünya Səhiyyə Təşkilatı sutka ərzində 183 min yeni yoluxma halı qeydə alıb – bu, bütün pandemiya müddətində rekord göstəricidir.
Bütün dünyada pandemiya başlayandan ümumilikdə 9 milyon insan virusa yoluxub.
Son bir gün ərzində yeni yoluxma hallarının əksəriyyəti Braziliyada – 55 min, ABŞ-da – 37 min və Hindistandadır – 15 min yeni yoluxma halı.
Pandemiya başlayandan bütün dünyada koronavirusdan 470,804 nəfər ölüb.
Yoluxanların sayına görə ilk beş ölkə:
ABŞ — 2,3 milyon
Braziliya — 1 milyon
Rusiya — 585 min
Hindistan — 426 min
Böyük Britaniya — 304 min.
• “Məzarlıqda yox, evdə qalın”. Ölkələr yeni koronavirus dalğasının öhdəsindən necə gəlir?
-
Koronavirus pandemiyası ilə bağlı Qafqazda hadisələrin xronikası