Azərbaycana səyahət

Azərbaycana səyahət ömrünüz boyu unutmayacağınız və “mən bura əvvəllər niyə gəlməmişdim?” deyəcəyiniz xatirələrlə zəngin olacaq. Təkcə onu demək kifayətdir ki, dünyada mövcud olan 11 iqlim qurşağının 9-na Azərbaycanda rast gəlinir.

Siz burada dəniz kənarında dincələ, qədim və müasir üslubu özündə unikal şəkildə birləşdirmiş Bakıda gəzişə, Azərbaycanın qeyri-adi dadı ilə seçilən mətbəxi ilə tanış ola, ölkənin regionlarındakı dağları, meşələri, Avropanın ən yüksəkdə yerləşən yaşayış məntəqəsi sayılan Xınalığı görə, hələ də Qırmızı kitaba düşmüş vəhşi heyvanların yaşadığı Talış dağlarının meşələrini gəzə, saysız-hesabsız digər məşhur və o qədər də tanınmayan yerlərdə ola bilərsiniz.

Baqal və Lahıcı birləşdirən körpü. Lahıc və Basqaldan fotoreportaj
photo icon video icon

Basqal və Lahıc – Tarix və Sənətkarlıq

İsmayıllının qədim və tarixi kəndlərindən olan Basqal və Lahıc, həm yerli, həm də xarici turistlər üçün əvəzsiz məkanlardır. Bu kəndlər yalnız tarixi abidələri və gözəl təbiəti ilə deyil, həm də öz unikal mədəniyyəti və sənətkarlıq ənənələri ilə seçilirlər.

Ən Populyar