Tbilisidə transgender qadınlar döyülüb
Tbilisidə dörd transgender qadın sərxoş kompaniya tərəfindən döyülüb və qarət edilib. Cinayət avqustun 4-də axşam saatlarında baş verib.
Hücum edənlər patrul polisi gələnə qədər hadisə yerindən qaça biliblər. Zərərçəkənlərə təcili yardım göstərilib. Onların sözlərinə görə, Gürcstanda transgenderlərin haqları qorunmur və onlar tez-tez aqressiya qurbanı olurlar.
• Nifrət içində həyat. Gürcüstanda LGBT və onların valideynləri
• “İnsanların dəyişəcəyinə ümidim yarandı”. Gürcüstandkaı transgenderlər həmrəylik və nifrət haqda
Polis hücum edən şəxslərdən birini saxlayıb.
“İstintaq müəyyən edib ki, sirkə yaxın ərazidə saxlanılan şəxs 2 transgender qadına fiziki zorakılıq gpstərib və sözlə təhqir edib, sonra da hadisə yerindən qaçıb”, – DİN-in bəyanatında bildirilir.
Saxlanılan günahını etiraf edib. Ona qarşı 2 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutan maddə ilə ittiham irəli sürülüb.