Birləşmiş müxalifətdən prezidentliyə namizəd Qriqol Vaşadze toplaşanlara bildirib ki, müxalifət məhkəmə qaydasında seçkilərin nəticələrinə etiraz etmək niyyətindədir.

“Hüquqşünaslamız məhkəməyə təqdim edəcəyimiz ərizə üzərində işləyirlər. Mənim tələbim seçkiləri tanımamaqdır. İndiki vəziyyətlə barışan deyilik”, – deyə Qriqol Vaşadze bildirib.  

REUTERS/ დავით მძინარიშვილი

O, hakimiyyətə böhranın aradan qaldırılması üçün işçi qrup yaratmağı təklif edib. Buna vaxt da ayırıb – dekabrın 16-na qədər:

“Vətəndaş nəzarəti altında sivil şəkildə, Avropasayağı, konstitusional qaydada hüquq müstəvisində birlikdə bu siyasi böhrandan çıxaq”.

Qriqol Vaşadze toplaşan tərəfdarlarını müxalifətin tələbləri ilə tanış edib:

•  növbədənkənar parlament seçkiləri;

•  seçki sisteminin dəyişdirilməsi [müxalifət ancaq proporsinal sistemlə seçki keçirməyi, majoritar sistemi isə ləğv etməyi tələb edir. Beynəlxalq ekspertlər də eyni tövsiyyələri verir. Hakimiyyət qanunvericiliyi dəyişməyə hazır olduğunu bildirir, amma 2020-ci il deyil, 2024-cü il seçkiləri üçün_JAMnews]

•   müxalifətin fikrincə, seçkilərin saxtalaşdırılması üçün alət olan dairə seçki komissiyalarının ləğv edilməsi;

REUTERS/David Mdzinarişvili

Skupe ilə böyük ekrandan mitinq iştirakçılarına Hollandiyada olan Mixail Saakaşvili müraciət edib. O, Gürcüstanın siyasi proseslərində uzaqdan çox fəal iştirak edir.

REUTERS/ David Mdzinarişvili

Məhz Saakaşvili birinci olaraq müxalifəti seçkilərin nəticələrini tanımamağa və növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb etməyə çağırıb.  

Noyabrın 28-də seçki məntəqələri bağlanandan sonra, müxalifətin namizədi Qriqol Vaşadzenin məğlub olunduğu məlum olandan dərhal sonra Saakaşvili “Rustavi-2” telekanalının efirində əhalini seçkilərin elan olunmuş nəticələrini tanımamağa, polislə ordunu isə itaətsizliyə çağırıb. Bir qədər sonra Saakaşvili ritorikasını yumşaldıb – kəskin çağırışları dayandırıb, amma yenə də təkid edir ki, gürcü xalqı növbədənkənar seçkilər uğrunda mübarizə aparmalıdır.

Saakaşvilinin ekranda görünməsini mitinq iştirakçıları alqışlarla qarşıladı.

REUTERS/ David Mdzinarişvili