Beynəlxalq müşahidəçilər: seçkilər rəqabətli olub, amma ədalətli keçməyib
“Prezident seçkiləri rəqabətli mühitdə keçib, namizədlər azad seçki kampaniyası keçirə biliblər, halbuki seçkilərin özü ədalətli olmayıb”, — noyabrın 28-də Gürcüstanda prezident seçkilərinin ikinci turunun gedişatını izləyən beynəlxalq müşahidəçilər belə bir rəylə çıxış ediblər.
•Birləşmiş müxalifət seçkilərin nəticələrini tanımır və küçələrə çıxır
•Bülletenlər hesablanıb. Gürcüstanın beşinci prezidenti Salome Zurabişvili oldu
•Seçkilər barədə bilməli olduğumuz hər şey
Seçkilərin nəticələrinə həsr olunan birgə mətbuat konfransında beynəlxalq müşahidəçilər bir çox təhlükəli tendensiyalara diqqət çəkiblər. Onların arasında əvvəlki seçkilərdə müşahidə olunmayan tendensiyalar da olub.
Müşahidəçilər qeyd edib ki, baş tutan seçkilərdə hakimiyyət administrativ resursun istifadəsi təcrübəsini bir az da genişləndirib.
Birgə bəyanatla dörd təşkilat çıxış edib – “ATƏT-in Demokratiya İnstitutu və insan haqları ofisi” (ODIHR), ATƏT-in Parlament Assambleyası, Avropa Şurası Parlament Assambleyası və Avropa Parlamenti.
Bəyanatda deyilir ki, seçkilər zamanı partiya ilə dövlət arasında sərhəd silinib ki, bu da səsvermə prosesində əsk olunub. Beynəlxalq müşahidəçilər vurğulayıb ki, seçki iştirakçılarından biri əsassız olaraq digərlərindən daha böyük üstünlüyə malik olub və bundan istifadə edib. Bundan əlavə, bildirilib ki, seçkiqabağı kampaniya neqativ şəraitdə keçib ki, bu da seçki prosesinə pis təsir edib.
Müşahidəçilər televiziya efirində və sosial şəbəkələrdə həm siyasətçilərin özlərinin müraciətlərində, həm də onların tərəfdarlarının çıxışlarında nifrət dilinin presedentsiz yüksək səviyyədə istifadəsinə diqqət çəkiblər. Müşahidəçilər missiyası qeyd edib ki, çox vaxt dövlət nümayəndələri və yüksək vəzifəli məmurlar da həmin dildə danışıb.
Missiya seçkilər dövründə KİV-in də işini qiymətləndirib. Müşahidəçilərin fikrincə, özəl KİV-lər öz mövqelərini tutub, “İctimai televiziya isə özunun müstəqil olmaq vəzifəsini yerinə yetirə bilməyib”, — birgə rəydə deyilir.
Burada həm də qeyd olunur ki, namizədlərin seçkiqabağı reklamı onların bir-birinə qarşı yönəlib, namizədlərin öz proqramlarına və qalib gəldikləri halda planlarına az yer ayrılıb.
“Hər iki namizəd TV-də pullu və pulsuz siyasi reklam müddətindən öz proqramının reklamından çox, rəqibinə qarşı neqatib kampaniya üçün istifadə edib”, — deyə müşahidəçilər vurğulayıb. Onlar həm də hakimiyyətin reaksiya vermədiyi faktlara da diqqət çəkiblər.
•Həftə ərzində beş döyülmüş müxalifətçi – seçkiqabağı dövrdə Cavaxeti “qaynar nöqtə”yə çevrilib
Hakimiyyətin 600 min Gürcüstan vətəndaşının borclarının silinməsi ilə bağlı seçkiqabağı təşəbbüsünü, həm də hakimiyyətin səsverməyə bir az qalmış əsirgəmədiyi sosial xarakterli vədlərini müşahibəçilər kobud pozuntu hesab edir. Missiya elektoratın səslərinin satın alındığını hesab edir.
“Hakimiyyətin ikinci tur ərəfəsində borcların silinməsi ilə bağlı verdiyi bəyanat mübahisəli görünür, çünki bununla hakim partiyanın lideri ilə assosiasiya olunan özəl fond məşğul olmalıdır”, — deyə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) rəhbəri Andrey Xunko bildirib.
Onun sözlərinə görə, “yoxsulluq səviyyəsinin yüksək olduğu və effektiv nəzarət mexanizmlərinin olmadığı ölkənin siyasətində pulun rolunun artması demokratik seçkilərə ictimai etibarın artmasına xidmət etmir”.
Müşahidəçilər hesab edirlər ki, gərginliyə baxmayaraq, səsvermənin özü müdafiə ilə bağlı bütün lazımi prosedurlarla və mütəşəkkil şəraitdə keçib. Eyni zamanda onlar vurğulayır ki, seçki günündə seçki məntəqələrində seçki siyahılarına malik olan və kimin səsverməyə gəlib-gəlmədiyini yoxlayan koordinatorlar olub. Müşahidəçilərin fikrincə, bu koordinatorların seçki məntəqələrinin yanında olması gərginliyin yaranmasına səbəb olurdu.
• “ATƏT-in Demokratiya İnstitutu və insan haqları ofisi” (ODIHR), ATƏT-in Parlament Assambleyası (OSCE PA), Avropa Parlamenti (EP) və Avropa Şurası Parlament Assambleyasının (PACE) nümayəndələrindən ibarət missiya Gürcüstanda prezindent seçkiləri ilə bağlı yekun hesabatı iki ay ərzində açıqlayacaq.
• Beynəlxalq Müşahidəçilər Missiyası 32 ölkədən olan 215 nümayəndədən ibarətdir, onların arasında ODIHR-dən 184 uzunmüddətli və qısa müddətli, ATƏT-in Parlament Assambleyasından 11 parlamentari və əməkdaş, Avropa Parlamentindən 10 və AŞPA-dan 5 nəfər var.