Rusiyanın baş naziri koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirilib
Rusiyanın baş naziri Mixail Mişustin aprelin 30-da koronavirus diaqnozu və 39 dərəcə qızdırma ilə xəstəxanaya yerləşdirilib.
Mixail Mişustinin əvəzinə hökumət başçısı vəzifəsini indiyə qədər Putinin iqtisadi məsələlər üzrə köməkçisi olmuş baş nazirin birinci müavini Andrey Belousov həyata keçirəcək.
Prezident Putin Mişustinin “birgə qərarların hazırlanmasında iştirakını” davam etdirəcəyinə ümid etdiyini, amma “baş nazir qayıdana qədər iqtisadi siyasət üzrə heç bir mühüm qərar qəbul edilməyəcəyini” bildirib.
Mixail Mişustin bir ay əvvəl “koronavirusun yayılması təhlükəsinin artıq minimuma endirildiyi” haqda bəyanatla çıxış etmişdi.
Aprelin 30-a olan məlumata əsasən, Rusiyada 106,498 nəfər yoluxub, onlardan 1,073 nəfər ölüb. Son sutka ərzində yeddi mindən çox yoluxma halı və yüzdən çox ölüm qeydə alınıb.