Qarabağda yaralanan rusiyalı jurnalist ağır vəziyyətdə Yerevana gətirilib
Oktyabrın 8-də Dağlıq Qarabağda Şuşa şəhərinin atəşə tutulması zamanı yaralanan rusiyalı jurnalist Yuri Kotyonok ağır vəziyyətdə Yerevana gətirilib.
Ermənistanın “Baqramyan 26” Telegram kanalının yazdığına görə, bütün gecə Stepanakertdə yaralı jurnalistlə bir neçə cərrah briqadası məşğul olub. O, hələ də süni komadadır.
Kotyonok döş qəfəsindən, qarın nahiyyəsindən və əzalarından çox sayda yara alıb, çox qan itirib.
•Nişangahda həyat: Azərbaycanın Azad Qaraqoyunlu kəndi atəş xəttində. Foto
•Atəş altında insanlar necə yaşayır? Stepanakertdən hekayə və fotolar
“Segodnya.ru” saytının baş redaktoru Yuri Kotyonok, “Rusiya zabitləri” portalında çalışan Levon Arzanov və jurnalistləri müşayiət edən Rusiya vətəndaşı Qrant Baladyan Şuşada Kazançetsots (Müqəddəs Xilaskar İsa məbədi) kilsəsində bombardmanın nəticələrini çəkdikləri zaman yaralanıblar.
Rusiya mediasının məlumatına əsasən, rusiyalı jurnalistlərin yaralanması təkrar zərbə zamanı baş verib.
Ötən gün Levon Arzanov əməliyyat olunub, onun həyati təhlükəsi yoxdur.