Qafqazda koronavirus. 8-9 may, 2020
-
Azərbaycan, Ermənistan, Gürcüstan – yoluxmaların statistikası
AzərbaycanErmənistanGürcüstanYeni yoluxma halları1431468Yoluxanlar2 4223 175626Yeni ölənlər+3+10Ölənlər314410Sağalanlar1 6201 267297 -
Azərbaycanda üç ölüm, yeni hadisələrin kəskin artması
Epidemiya başlayandan Azərbaycanda ümumilikdə 31 nəfər ölüb.
Sutka ərzində 143 nəfər xəstələnib, epidemiya başlayandan 2422 yoluxma halı qeydə alınıb.
1620 nəfər artıq sağalıb.
Aprelin 22-dən Azərbaycanda gücləndirilmiş karantin rejimi yumşaldılıb.
Götürülən qadağalar:
karantinə görə bağlanan bütün mağazalar, ticarət mərkəzlərində yerləşənlərdən başqa, işləməyə başlayıb;
atelyelər, pinəçi emalatxanaları, fotostudiyalar açılıb,
fərdi repetitor fəaliyyətinə və evlərdə təmizlik xidmətinə icazə verilib;
İşdən arayışı olmayan vətəndaşların evdən çıxması üçün lazım olan sms icazə qüvvəsində qalır, amma gündə 2 saatdan 3 saata qədər uzadılıb.
-
Şimali Osetiyada təcili yardım briqadasının bir həkimi və bir sürücüsü Covid-19 virusundan ölüb
“Ossetia News” portalının verdiyi məlumata görə, Şimali Osetiyada eyni təcili yardım briqadasının bir həkimi və bir sürücüsü koronavirusdan ölüb.
Mərhum həkim növbəyə girmədən əvvəl təcili yardım sürücülərini müayinə edib.
Şimali Osetiyada ölənlərin sayı 14 nəfərə çatıb.
Ötən gün ərzində 70 yeni yoluxma halı qeydə alınıb.
Xəstələrin ümumi sayı 1,575-ə çatıb.
• Şimali Qafqazda koronavirus: qurbanların sayı və hakimiyyətə etimadsızlıq kəskin artır
Bu video Vladiqafqazdakı klinikalardan birində çəkilib, dəhlizlərdə böyük növbələr əmələ gəlib və hər kəsdə pnevmoniya əlamətləri var.
Video yerli xəbər portalı “Ossetia News” tərəfindən yayımlanıb
-
Gürcüstanda 3 yeni yoluxma halı, cəmi 626 nəfər
Epidemiya başlayandan 10 nəfər ölüb.
297 nəfər artıq sağalıb.
Gürcüstanda fövqəladə vəziyyət
Martın 21-də elan olunub, mayın 22-ə qədər davam edəcək.
Qadağaların mərhələli yumşaldılması.
Batumi və Kutaisi şəhərləri giriş və çıxışa qapalıdır. İnşaatla bağlı olan bizneslər işə başlayıb. İnternet-mağazaların işi və malların evlərə çatdırılması bərpa olunub.
Fövqəladə vəziyyətin qalan məhdudiyyətləri qüvvəsində qalır.
İctimai nəqliyyat işləmir, 21:00-dan 06:00-a qədər komendant saatı hökm sürür.
Tbilisi və Rustaviyə giriş bağlı qalır.
-
Ermənistanda daha bir ölüm
Epidemiya başlayandan Ermənistanda ümumilikdə 44 nəfər ölüb.
Sutka ərzində 146 nəfər xəstələnib, epidemiya başlayandan 3 175 yoluxma halı qeydə alınıb.
1 267 nəfər artıq sağalıb.
Ermənistanda koronavirusla mübarizə tədbirləri
Ermənistanda fövqəladə vəziyyət mayın 14-ə qədər qüvvədə olacaq.
Amma mayın 4-dən artıq hərəkət məhdudiyyəti aradan qaldırılıb və demək olar ki, bütün biznes sahələri açılıb: müəssisələr, mağazalar, bərbərxanalar, muzeylər.
Şəhərlər və kəndlər arasında ictimai nəqliyyatın hərəkətinə icazə verilib. Amma hələlik yaşayış məntəqələri daxilində hələlik hələ də qadağandır.
• Koronavirusa yoluxub sağalmaq nə deməkdir? Artıq yoluxub sağalmış şəxslər danışır
-
Dünyada artıq 4 milyondan çox insan Covid-19 virusuna yoluxub. Yoluxanların 2-3.4 faizi ölür
Pandemiya Antarktidadan başqa bütün qitələri əhatə edib. Yoluxma və ölüm hallarının mütləq əksəriyyəti 2019-cu ilin dekabrında virusun ilk yayılma episentri olan Çindən kənarda baş verib.
Ən çox yoluxmaya məruz qalan ölkələrin ilk beşliyi:
ABŞ — 1,322,163 yoluxma, 78,616 ölüm.
İspaniya — 260,117 yoluxma, 26,299 ölüm.
İtaliya — 217,185 yoluxma, 30,201 ölüm.
Böyük Britaniya — 211,364 yoluxma, 31,241 ölüm.
Rusiya — 187,859 yoluxma, 1,723 ölüm.
Ekspertlər bildirirlər ki, əslində virusun nə dərəcədə ölümcül olduğu aydın deyil, müəyyən mənada ona görə ki, əksər hallarda – yüngül və əlamətsizlər də daxil olmaqla – ümumiyyətlə diaqnoz olunmur.
ABŞ-ın Milli Allergiya və İnfeksion Xəstəliklər İnstitutundan bildirilir ki, virusun ölümcüllüyü 2 faizə yaxındır.
Ümumdünya Səhiyyə Təşkilatı isə ölümcüllük səviyyəsini 3,4 faiz kimi dəyərləndirir.
-
Trump Rusiyanı ağciyərlərin süni ventilyasiyası aparatları ilə təmin etməyi təklif edib, Putin razılaşıb
Reuters yazır ki, telefon danışığı zamanı ABŞ və Rusiya prezidentləri koronavirus pandemiyası ilə mübarizə metodlarını, eləcə də beynəlxalq silah bazarına nəzarət məsələlərini müzakirə ediblər.
ABŞ yoluxanların və ölənlərin sayına görə dünyada birinci yerdədir – burada 1 milyon 304,142 nəfər yoluxub, 78 min nəfərə yaxın insan ölüb.
Rusiya, yoluxanların sayına görə dünyada beşinci yeri tutur – 187.859 nəfər yoluxub, onlardan 1.723 nəfər ölüb.
-
Azərbaycan, Ermənistan, Gürcüstan – yoluxmaların statistikası
AzərbaycanErmənistanGürcüstanYeni yoluxma halları751458Yoluxanlar2 2793 029623Yeni ölənlər0+1+1Ölənlər284310Sağalanlar1 5761 218288 -
Azərbaycanda 75 yeniyoluxma, cəmi 2279 nəfər
Epidemiya başlayandan 28 nəfər ölüb.
1576 nəfər artıq sağalıb.
Aprelin 22-dən Azərbaycanda gücləndirilmiş karantin rejimi yumşaldılıb.
Götürülən qadağalar:
karantinə görə bağlanan bütün mağazalar, ticarət mərkəzlərində yerləşənlərdən başqa, işləməyə başlayıb;
atelyelər, pinəçi emalatxanaları, fotostudiyalar açılıb,
fərdi repetitor fəaliyyətinə və evlərdə təmizlik xidmətinə icazə verilib;
İşdən arayışı olmayan vətəndaşların evdən çıxması üçün lazım olan sms icazə qüvvəsində qalır, amma gündə 2 saatdan 3 saata qədər uzadılıb.
-
Gürcüstanda 10-cu ölüm
Epidemiya başlayandan 623 yoluxma halı qeydə alınıb. 288 nəfər artıq sağalıb.
Gürcüstanda fövqəladə vəziyyət
Martın 21-də elan olunub, mayın 22-ə qədər davam edəcək.
Qadağaların mərhələli yumşaldılması.
Batumi və Kutaisi şəhərləri giriş və çıxışa qapalıdır. İnşaatla bağlı olan bizneslər işə başlayıb. İnternet-mağazaların işi və malların evlərə çatdırılması bərpa olunub.
Fövqəladə vəziyyətin qalan məhdudiyyətləri qüvvəsində qalır.
İctimai nəqliyyat işləmir, 21:00-dan 06:00-a qədər komendant saatı hökm sürür.
Tbilisi və Rustaviyə giriş bağlı qalır.
• Gürcüstanlı ekspertlər iqtisadi böhrandan çıxış yolları haqda
-
Cənubi Osetiyada daha 15 nəfər yoluxub
Əlavə 37 nəfər isə test nəticələrini gözləyir.
244 nəfər karantin altına alınıb. Onlardan 160 nəfər Rusiyada oxuyan, hazırda vətənə qayıdan tələbələrdir. Digər 78 nəfər Şimali Osetiyadan evə qayıdanlardır.
İlk yoluxma halı Cənubi Osetiyada mayın 6-da qeydə alınıb.
Rusiyada olan Cənubi Osetiya sakinləri respublika hökumətinin ayırdığı xüsusi nəqliyyat vasitələri ilə mütəşəkkil dəstələr şəklində respublikaya qayıdır və gəldikdən dərhal sonra karantin altına alınır.
2020-ci ilin mart ayının sonundan etibarən Cənubi Osetiyada bütün təhsil müəssisələri və bir çox şirkət bağlanıb. Aprelin 5-dən etibarən Rusiya və Gürcüstanla sərhədləri tamamilə bağlanıb.
-
Ermənistanda daha bir ölüm, 145 yeni yoluxma
Ermənistanda epidemiya başlayandan bəri ümumilikdə 43 nəfər ölüb.
Epidemiya başlayandan 3 029 yoluxma halı qeydə alınıb. 1 218 nəfər artıq sağalıb.
Ermənistanda koronavirusla mübarizə tədbirləri
Ermənistanda fövqəladə vəziyyət mayın 14-ə qədər qüvvədə olacaq.
Amma mayın 4-dən artıq hərəkət məhdudiyyəti aradan qaldırılıb və demək olar ki, bütün biznes sahələri açılıb: müəssisələr, mağazalar, bərbərxanalar, muzeylər.
Şəhərlər və kəndlər arasında ictimai nəqliyyatın hərəkətinə icazə verilib. Amma hələlik yaşayış məntəqələri daxilində hələlik hələ də qadağandır.
-
Gürcüstanda Qara dəniz bölgəsindəki Acaranın bütün kəndlərində karantin qaldırıldı
Gürcüstanda 8 yeni yoluxma halı qeydə alınıb. Cəmi 623 koronavirus infeksiyası təsdiqlənib.
Bunlardan 288-i sağalıb, 9-u ölüb.
Acara bölgəsindəki Kobuleti şəhərində koronavirusun yayılma təhlükəsi yüksək olduğuna görə aprelin 12-dən bəri tamamilə bağlanan dörd kənd karantindən çıxıb.
Tbilisidəki Boçorişvili xəstəxanasının tibb bacısında Covid-19 virusu təsdiqlənib. Məlum olub ki, o, Kaxeti bölgəsindəki Saqareco şəhər xəstəxanada da çalışır. Onun təmasda olduğu 60 nəfər müəyyənləşdirilib, test yoxlamasından keçirilib.
Gürcüstanda fövqəladə vəziyyət
Martın 21-də elan olunub, mayın 22-ə qədər davam edəcək.
Qadağaların mərhələli yumşaldılması.
Batumi və Kutaisi şəhərləri giriş və çıxışa qapalıdır. İnşaatla bağlı olan bizneslər işə başlayıb. İnternet-mağazaların işi və malların evlərə çatdırılması bərpa olunub.
Fövqəladə vəziyyətin qalan məhdudiyyətləri qüvvəsində qalır.
İctimai nəqliyyat işləmir, 21:00-dan 06:00-a qədər komendant saatı hökm sürür.
Tbilisi və Rustaviyə giriş bağlı qalır.
-
Dağıstanda infeksion fəlakət yaşanır. Yoluxanların və ölənlərin rəsmi statistikası kəskin azaldılır
Həkim Məhəmməd Abdulhabirov Dağıstanda epidemiya ilə bağlı vəziyyəti fəlakət adlandırıb və prezident Putinə müraciət ünvanlayıb.
“Yoluxanların və ölənlərin rəsmi statistikası kəskin azaldılır. Həmkarlarımın, tanışlarımın, doğmalarımın kənd və şəhərlərdən verdikləri məlumatlar həyəcanvericidir: stasionarlar dolub-daşır, təcili yardım çağıranlar yeddi saatdan çox gözləməli olur, test tədqiqatlarının nəticələri isə 5-7 günə əldə edilir.
Dərmanlar çatışmır; kompüter müayinəsi kəskin bahalaşıb, ağciyərlərin kompüter tomoqrafiyasında böyük növbələr var.
Tibb işçiləri üçün maska və müdafiə formaları çatmır, tibb personalı arasında yoluxma və ölüm halları yüksəkdir”.
“Bu, xahişdən daha artıqdır! Bu, dağıstanlıların xilası naminə yalvarışdır!” – müraciətdə bildirilir.
Mayın 7-də məlum olub ki, Dağıstan müftisi Əhməd Abdulayev də koronavirusa yoluxub. Onun ailə üzvləri də xəstələnib.Mayın 8-də Dağıstanda 2372 yoluxma hadisəsi təsdiqləndi, onlardan 16 nəfər öldü.
Dağıstan Şimali Qafqazda yoluxma sayına görə lider olaraq qalır.
Mənbə: ROD İnsan Hüquqları Mərkəzi
• Şimali Qafqazda koronavirus: qurbanların sayı və hakimiyyətə etimadsızlıq kəskin artır
-
Koronavirus pandemiyası ilə bağlı Qafqazda hadisələrin xronikası