Gürcüstanın müxalif telekanalının aksioneri 4 il həbs cəzası alıb
Tbilisi şəhər Məhkəməsi “Mtavari arxi” (“Əsas”) müxalif telekanalının aksioneri Giorgi Ruruanı qanunsuz odlu silah əldə etmək və daşımaqda təqsirli bilib və dörd il azadlıqdan məhrumetmə cəzasına məhkum edib.
Bununla belə Ruruanın azad edilməsi bu il martın 8-də hakimiyyət və müxalifət arasında imzalanan qarşılıqlı anlaşma haqda memorandumun bir hissəsi idi.
Memorandumun birinci bəndi yeni seçki sxeminə – 120 deputat partiya siyahıları üzrə, 30-u isə majoritar dairələr üzrə – keçidi nəzərdə tuturdu. İkinci bəndə əsasən isə siyasi məhbuslar: Tbilisinin keçmiş meri Qiqi Uqulava, keçmiş müdafiə naziri İrakli Okuraşvili və Giorgi Rurua azad edilməli idi.
İqtidarda olan “Gürcü arzusu” partiyası zamanla ikinci bəndin olduğunu inkar etməyə başladı, çünki hakimiyyətin iddiasına görə Gürcüstanda siyasi məhbus yoxdur.
- Gürcüstanda etiraz ayları geridə qalıb? İqtidar partiyası və müxalifət 2020-ci il parlament seçkiləri ilə bağlı razılığa gəlib
- Gürcüstan öhdəliklərini yerinə yetirərsə, Avropa İttifaqından 500 milyon avro alacaq
- Gürcüstan Qərbdən üz çevirib, rusiyayönlü olur? Amerikalı senatorların ABŞ dövlət katibinə məktubu
Amma Qərbin kəskin tənqidi nəticəsində Gürcüstan prezidenti Salome Zurabişvili Uqulava və Okruaşvilini əfv edib. Rurua isə həbsdə qalıb. Tbilisidə çoxları belə hesab edir ki, onun həbsinin əsas səbəbi müxalif telekanalın həmsahibi olması və müxalifətin aksiyalarına maddi dəstək göstərməsi ilə bağlıdır.
Giorgi Rurua 2019-cu il noyabrın 18-də, müxalifətin mitinqi dağıdılandan bir neçə saat sonra həbs edilib. Özü qanunsuz silah daşımaqla bağlı ittihamı rədd edir və bu işi siyasi motivli sayır.