Bazarda epidemiya. Gürcüstanın ən böyük yarmarkası Liloda epidemioloqların işi haqda fotoreportaj
Tbilisinin kənarında yerləşən Gürcüstanın ən böyük əşya bazarı Liloda koronavirus aşkarlanıb – ən azı 11 ticarətçinin yoluxduğu məlumdur.
Bazar bağlanmayıb, amma epidemioloqlar orada öz “piştaxtalarını” açıblar və 24 iyul səhər saatlarından bütün yarmarka işçilərini kütləvi şəkildə ekspress-testdən keçirirlər.
Ticarətçilərin böyük əksəriyyəti Qardabani şəhərindən və Kvemo Kartli regionunun digər rayon və kəndlərindən olan etnik azərbaycanlılardır. Məhz bu region son günlərdə koronavirusun qəfil yayılmasının episentrinə çevrilib. 11 nəfər yoluxan şəxsin hamısı bu regiondandır.
Lilo bazarı orada işləyən minlərlə insan üçün əsas qazanc mənbəyidir. Ən müxtəlif malların bol çeşidinə və qiymətlərin ucuzluğuna görə yalnız Tbilisidən yox, bütün Gürcüstan ərazisindən yüz minlərlə insan buradan tez-tez alış-veriş edir.
Əgər Lilo bağlanmalı olsa, bu, çox sayda insan üçün böyük zərbə olacaq.
Lilo bu günlərdə necə görünür? – fotoreportaj